Evlənmək və Ailə Qurmaq

 
Evlənmək və Ailə Qurmaq

Evlənmək və Ailə Qurmaq

Bismillahir-rehmanir-rehim

Evlənmək və Ailə Qurmaq


1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs (qadın və ya kişi) evlənsə, öz dininin yarısını qorumuşdur. Qalan yarısında da gərək təqvalı olsun.” (“Kafi”, 5-ci cild, səh. 328)
2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah yanında yatmış evli şəxs, gündüzləri oruc tutub gecələri oyaq qalan subay adamdan üstündür.” (“Biharul-ənvar”, 103-cü cild, səh. 221)
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs dünyadan pak-pakizə getmək istəsə, gərək ailə qursun və subay halda ölməsin.” (“Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 385)
4-İmam Sadiq (ə) buyurmuşdur: Bir kişi atamın hüzuruna gəldi. Həzrət ondan soruşdu: “Evlisənmi?” Cavab verdi: “Xeyr!” Buyurdu: “Bütün dünya və onda olanları, tək halda gecələyim (subay qalım) deyə, mənə versələr, qəbul etmərəm.” (Sonra buyurdu:) “Evli adamın qıldığı iki rükət namaz, subay adamın gecələr oyaq qalıb gündüzlər oruc tutmasından fəzilətlidir.” Sonra atam on yeddi dinar pul verib buyurdu: “Bu pul ilə evlən.” (“Biharul-ənvar”, 103-cü cild, səh. 217)
5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Evli şəxsin qıldığı iki rükət namaz, gecələri oyaq qalıb ibadət edən, gündüzləri isə oruc tutmaqla keçirən subay adamın əməlindən fəzilətlidir.” (“Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 380)
6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs maddi məsələlərdən və həyat xərclərindən qorxub evlənməsə, deməli, Allah və Onun vədəsi barədə sui-zənn (pis güman) etmişdir.”
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ən pis ölülər o kəslərdir ki, ailə qurmaqdan boyun qaçırmışlar.” (“Təhzib”, 7-ci cild, səh. 239)
8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ümmətimin yaxşıları evlilər, pisləri isə subaylardır.” (“Biharul-ənvar”, 103-cü cild, səh. 221)
9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ailə qur, yoxsa məsihi rahiblərindən, yaxud Şeytanın qardaşlarından olarsan.” (Yenə orada, 13-cü cild, səh 221)
10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Asimanın rəhmət qapıları dörd yerdə açılır: Yağış yağdıqda, övlad ata-ananın üzünə (məhəbbətlə) baxdıqda, Kəbənin qapısı açıldıqda və nikah baş verdikdə.” (“Biharul-ənvar”, 103-cü cild, səh. 221)

Evlənmək və Ailə Qurmaq

11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ey cavanlar! Sizdən hər kəsin qüdrəti (imkanı) varsa, ailə qursun. Çünki bu işlə gözləriniz qadınlardan çəkilər və namusunuz qorunar.” (“Vəsailuş-şiə”, 14-cü cild, səh. 153)
12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ailə qurun, qızları ərə verin, subay kişiləri evləndirin. Hər bir müsəlmanın şərəf və səadəti odur ki, qızlar ərsəyə çatdıqda, onu ərə versin.”
13-Həzrət Peyğəmbəri-Əkrəm (s) tərki-dünyalıqla məşğul olmağın, ailə qurmağı tərk etməyin qarşısını almış və qadının ərə getməkdən imtina etməsini qadağan etmişdir. (Yenə orada, 14-cü cild, səh. 248)
14-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs cavan ikən ailə qursa, Şeytan nalə çəkib deyər ki, vay olsun mənə, vay olsun mənə, bu gənc dininin üçdə ikisini mənim şərrimdən qorudu.” (“Biharul-ənvar”, 103-cü cild, səh. 221)
15-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Subay oğlan və qızlarınızı evləndirin. Həqiqətən, mütəal Allah onların əxlaqlarını yaxşılaşdırar, ruzilərini bol edər və abır-şərəflərini artırar.” (Yenə orada, 103-cü cild, səh. 222)
16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah dərgahında İslamda nikahla abad olmunuş evdən sevimli, təlaqla viran olmuş evdən pis və qəzəbli bir şey yoxdur.” (“Kafi”, 5-ci cild, səh. 328)
17-İmam Sadiq (ə) buyurmuşdur: “Subaylarını evləndirənlər qiyamət günündə Allahın rəhmət nəzəri ilə baxdığı şəxslərdəndir.” (“Təhzib”, 1-ci cild, səh. 404)
18-İmam Əli (ə) buyurmuşdur: “Ən üstün vasitəçilik iki nəfərin ailə qurmasında, mütəal Allah onların arasında şəri nikah qərar versin deyə, vasitəçi olmaqdır.” (Yenə orada, 7-ci cild, səh. 215; “Kafi”, 5-ci cild, səh. 331)
19-İmam Kazim (ə) buyurmuşdur: “Üç dəstə qiyamət günündə heç bir kölgə olmayan zaman Allahın rəhmət kölgəsində qərar tutarlar: Mömin qardaşını evləndirənlər, mömin qardaşına xidmət edib hacətini yerinə yetirənlər və mömin qardaşının sirrini faş etməyib gizli saxlayanlar.” (“Biharul-ənvar”, 74-cü cild, səh. 356)
20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs halal yolla ailə qurmağa çalışsa, mömin kişini evləndirib mömin qadını ərə versə, Allah-taala bu zəhmət və xərcin əvəzində onu behişt huriləri ilə evləndirər, bu yolda dediyi hər söz və götürdüyü hər qədəm üçün bir illik ibadət savabını yazar.” (Yenə orada, 103-cü cild, səh. 221)

Evlənmək və Ailə Qurmaq

21-İmam Sadiq (ə) buyurmuşdur: “Günahların ən pisi üçdür: Nahaq qətl, qadının mehriyyəsini verməmək, (yaxud təxirə salmaq) və işçinin haqqını ödəməmək.”
22-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs iki möminin ailə qurmasına çalışaraq onları evləndirsə, Allah-taala əvəzində onu hər biri dürr və yaqutdan tikilmiş qəsrdə olan min Huril-eynlə evləndirər.” (“Vəsailuş-şiə”, 21-ci cild, səh. 153)
23-İmam Kazim (ə) buyurmuşdur: “Sözsüz, qiyamət günündə Allahın xüsusi lütf və rəhmət kölgəsi vardır ki, onun altında yalnız peyğəmbərlər, onların vəsiləri, mömin qulu azad edən möminlər, başqa möminin borcunu ödəyən mömin bəndə, mömin qadınla kişinin ailə qurmasında zəhmət çəkib, onların haqqını boynuna götürən mömin qərar tapar.” (Yenə orada, 20-ci cild, səh. 46)
24-İmam Əli (ə) buyurmuşdur: “Qadının mehriyyəsini çox etməyin, çünki (bu iş) düşmənçiliyə səbəb olar.”
25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Xeyir-bərəkəti daha çox olan nikah odur ki, xərci az olsun.” (“Kənzül-ümmal”, 16-cı cild, səh. 229)
26-İmam Sadiq (ə) buyurmuşdur: “Allahın Rəsulu qiyməti otuz dirhəm olan bir zirehi mehriyyə qərar verib, Əli (ə) ilə Fatiməni evləndirdi.” (“Vəsailuş-şiə”, 21-ci cild, səh. 251)
27-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qadının mübarək (bərəkətli) olmaması mehriyyəsinin çoxluğu və əxlaqının pis olmasındadır.” (“Biharul-ənvar”, 50-ci cild, səh. 321)
28-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs bir ovuc buğda və ya xurmanı (qarşı tərəfin razılığı ilə) mehriyyə qərar versə, onun nikahı halal və düzdür.” (“Kənzül-ümmal”, 16-cı cild, səh. 321)
29-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ailə qur, hətta (mehriyyəsi) dəmir üzük olsa belə.” (Yenə orada, 16-cı cild, səh. 321)
30-İmam Sadiq (ə) buyurmuşdur: “Oğrular üç dəstədir: Zəkat verməyənlər, qadınların mehriyyəsini verməyib (özünə) halal sayanlar və borc alıb qaytarmaq fikrində olmayanlar.” (“Biharul-ənvar”, 96-cı cild, səh. 12)

Evlənmək və Ailə Qurmaq

31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər dinini və əxlaqını bəyəndiyiniz bir kəs elçiliyə gəlsə, onu qəbul edib qızınızı verin.” O həzrətdən “əgər onun nəsəbi pis olsa, nə edək?” – deyə soruşduqda, Həzrət əvvəlki sözü təkrar edərək əlavə etdi: “Dini və gözəl əxlaqı olduğu halda, əsil-nəsəbinin məşhur olmadığına görə ona qız verməsəniz, yer üzündə böyük fitnə-fəsad baş verəcəkdir.” (“Təhzib”, 7-ci cild, səh. 394)
32-İmam Cavad (ə) buyurmuşdur: “Hər kəs sizə elçi gəlsə, onun dinindən və düzlüyündən yəqinlik hasil etdikdən sonra ailə qurmağa razı olun.” (“Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 393)
33-Bir kişi imam Hüseyn (ə)-ın yanına gəlib dedi: “Mənim bir qızım var, onu neçə adama ərə versəm yaxşı olar?” Həzrət buyurdu: “Onu Allahdan qorxan (təqvalı olan) bir adama ərə ver, çünki həmin şəxs sənin qızını sevsə, əzizləyəcək, amma acığı gəlsə, əzab-əziyyət (zülm) etməyəcəkdir.” (“Əl-müstətrəf”, 2-ci cild, səh. 218)
34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qızını imansız və fasiq bir adama ərə versə, sözsüz, onunla qohumluq əlaqəsini kəsmişdir.” (“Məhəccətul-beyza”, 3-cü cild, səh. 94)
35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qadınla təkcə onun gözəlliyinə görə evlənmə; çünki onun gözəlliyi iffətsizliyinə səbəb ola bilər. Həmçinin qadının mal-dövlətinə görə də onunla evlənmə; çünki bu iş onun tüğyan və itaətsizlik etməsinə səbəb ola bilər. Sən qadınla onun dininə görə ailə qur.” (Yenə orada, 3-cü cild, səh. 85)
36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qadınla, təkcə onun gözəllik və camalına görə ailə qursa, Allah o qadının gözəlliyini onun üçün əzab-əziyyət səbəbi edər.” (“Vəsailuş-şiə”, 20-ci cild, səh. 53)
37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qadının mal-dövlətinə görə onunla ailə qursa, Allah onu həmin mal-dövlətə həvalə edər; hər kəs qadının gözəlliyinə görə onunla evlənsə, o qadında xoşlamadığı və acığı gəldiyi şeyləri görəcəkdir; hər kəs qadınla dininə görə ailə qursa, Allah o yaxşılıqların hamısını onun üçün cəm edəcəkdir.” (“Təhzib”, 7-ci cild, səh. 399)
38-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs qadınla təkcə mal-dövlətinə görə ailə qursa, mütəal Allah onu yalnız həmin mal-dövlətə həvalə edər. (Yəni çətin vaxtlarda Allahın lütf və mərhəmətindən binəsib qalar.)” (“Kafi”, 5-ci cild, səh. 333)
39-İmam Səccad (ə) buyurmuşdur: “Hər kəs Allah xatirinə və sileyi-rəhimə görə ailə qursa, Allah onun başına izzət tacı qoyar.” (“Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 385)
40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs bir qadınla təkcə onun gözəlliyinə görə evlənsə, istədiyinə çatmayacaqdır.
Hər kəs qadınla, təkcə onun malına görə evlənsə, mütəal Allah onu təkcə o mala vəkil edər. Sizlərə dindar qadın seçməyi tövsiyə edirəm. (Çünki bütün xeyir və bərəkət onun vücudunda qoyulmuşdur.)” (“Təhzib”, 7-ci cild, səh. 399)

Evlənmək və Ailə Qurmaq


Geri dön

maiw mm

  • 3 oktyabr 2011 09:22
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər dinini və əxlaqını bəyəndiyiniz bir kəs elçiliyə gəlsə, onu qəbul edib qızınızı verin.” O həzrətdən “əgər onun nəsəbi pis olsa, nə edək?” – deyə soruşduqda, Həzrət əvvəlki sözü təkrar edərək əlavə etdi: “Dini və gözəl əxlaqı olduğu halda, əsil-nəsəbinin məşhur olmadığına görə ona qız verməsəniz, yer üzündə böyük fitnə-fəsad baş verəcəkdir.” (“Təhzib”, 7-ci cild, səh. 394)

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

Zaurcik2011

  • 3 oktyabr 2011 02:27
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.ailede hormet en basda durur

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

... Deryam ...

  • 3 oktyabr 2011 01:46
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
ALLAH HER KESE WEREFLI,EXLAQLI AILE QURMAGI NESIB ETSIN ...ALLAH RAZI DEYERLI XEBER UCUN ....

--------------------

.::BaBy_FaCe_WiSe::.

  • 2 oktyabr 2011 22:58
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
21-İmam Sadiq (ə) buyurmuşdur: “Günahların ən pisi üçdür: Nahaq qətl, qadının mehriyyəsini verməmək, (yaxud təxirə salmaq) və işçinin haqqını ödəməmək.”

ela...

--------------------

FLY TIME

  • 2 oktyabr 2011 22:54
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
xebere gore twk feel

_WITH YOU_

  • 2 oktyabr 2011 22:50
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
təşəkkur

Zoluwka

  • 2 oktyabr 2011 22:28
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

--------------------
♀+♂=ღ

MiLeyla

  • 2 oktyabr 2011 22:10
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
maraqlidi,oxudum,ALLAH RAZI OLSUN.

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Iriska

  • 2 oktyabr 2011 21:41
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
“Hər kəs halal yolla ailə qurmağa çalışsa, mömin kişini evləndirib mömin qadını ərə versə, Allah-taala bu zəhmət və xərcin əvəzində onu behişt huriləri ilə evləndirər, bu yolda dediyi hər söz və götürdüyü hər qədəm üçün bir illik ibadət savabını yazar.”

Cox sagol....

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

ASMIYA

  • 2 oktyabr 2011 21:18
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
REBBIM HER KESIN HEYATINI XEYIRLI QAPIDAN ACSIN. INSA ALLAH. AMA KI, INDI HEDISLERE, ALLAHIN BUYRUKLARINA EMEL EDENMI VAR KI? VARSADA COK AZDIR.

ISLAM DINININ BU QEDER YAYILDIGI ULKEDE BELE TURKLER NECE GELDI YASAYIRLAR. CEKINDIKLERI YER YOK. DININE BAGLI INSANLAR DA COKDUR. AMA KI, MUSELMANAM DEYIB DININE EKS OLAN YALNISLIQLARI EDEN DE VAR AXI. NOLACAQ SONU HEC BILMIREM. AMA BELE GETSE HEC YAXSI OLMAYACAQ.

REBBIM DOGRULUKTAN AYRILMAYAN KULLARINI KORUSUN. INSA ALLAH. BIZLER DE ICINDE. AMIN. ALLAHIM RAZI OLSUN.
recourse

--------------------


_2011_GOZELI_

  • 2 oktyabr 2011 21:05
  • Məqalə: 6
  • Şərh: 390
  • Bal:
{awards}
tesekkurlerr

--------------------
HEYATTTTTTTTTTTTTTTTTTIN QEDRINI BILMEK LAZIMDIIIIIIIII

seher mehi

  • 2 oktyabr 2011 20:41
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
{awards}
Tesekkurler.Allah butun genclee xeyirli,gozel bext yazsin.Amin.

--------------------
Heyat coooooooooooooooooooooooooooox maraqlidir

sevgi yalandir

  • 2 oktyabr 2011 20:39
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
allah razi olsun ....

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Мой Мир

  • 2 oktyabr 2011 20:33
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
cox maraqlidir eline saglik
allah razi olsun ....

--------------------
∞♥

romantik_awk

  • 2 oktyabr 2011 20:29
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 31

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}