Mədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələr

 
Mədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələr

İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı

Qardaşlıq andlaşması ilə müsəlmanlar fərd olaraq bir-birilərinə möhkəmcə birləşmiş oldular. Müsəlmanlar Mədinəyə yığışdıqdan sonra artıq müstəqil bir camaat olmuşdular. Belə bir camaatın formalaşmağı özüylə birlikdə sosial nizamlama ehtiyacını da meydana gətirmişdi. Vəzifə və məsuliyyətlərin bilinməsi, ayrıca, onları digər cəmiyyətlərdən müstəqil edəcək xüsusiyyətlərin ortaya çıxarılması gərəkirdi.
Mədinədə müsəlmanlar xaricində iki ayrı birlik yenə var idi. Bunlar yəhudilər və müşriklərdir. İnanc, din, ehtiyac, məsləhət, hiss və meyl cəhətiylə müsəlmanlardan ayrılırdılar. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) müsəlmanların öz aralarında müqavilə imzaladığı kimi, müsəlmanlarla yəhudilər və müsəlmanlarla müşriklər arasında da aralarındakı əlaqələrdə tabe olmaq gərəkən prinsipləri ehtiva edən müqavilələr imzaladı.

Mədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələrMədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələrMədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələr

Edilən andlaşmalar bu şəkildə kağıza yazıldı:
1- Qureyşli və Yəsribli möminlər və müsəlmanlar və onlara tabe olanlarla, yenə onlara sonradan qatılmış olanlar və onlarla bərabər cihad edənlər, bax bunlar digər insanlardan ayrı bir ümmət təşkil edirlər.
2- Möminlər arasında qan diyətinin ödənməyi və döyüş əsirlərinin qurtuluş fidyəsinin ödənməyi daha əvvəlki adətə görə ola bilər. Möminlər bir-birilərinə fidyə və diyət məsələsində yardım etməlidirlər.
3- Möminlər öz aralarından təcavüz və bir iş etməyi hazırlayana və ya bir cinayət işləyənə, bir haqqa təcavüz edənə, ya da möminlər arasında bir qarışıqlıq çıxarmaq qəsdində olan şəxsə qarşı olacaqlar. Bu şəxs onlardan birinin övladı olsa belə!...
4- Heç bir mömin bir kafir üçün bir mömini öldürə bilməz və bir mömin əleyhinə heç bir kafirə yardım edə bilməz.

Mədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələrMədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələrMədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələr

5- Allahın zimməti (himayə və təminatı) bir təkdir. Möminlərdən ən əhəmiyyətsizlərindən birinin tanıdığı himayə onların hamısı üçün hökm ifadə edir.
6- Yəhudilərdən müsəlmanlara tabe olanlara yardım və dəstək veriləcəkdir.
7- Sülh möminlər arasında bir təkdir.
8- Kim qəsdən bir mömini öldürərsə, ona qisas tətbiq olunur. Ancaq, öldürülənin vəlisinin əhv etməyi istisnadır. Bütün möminlərin qatilə qarşı olmağı zəruridir.
9- Bir möminin bir qatilə yardım etməyi və ona sığınacaq bir yer təmin etməyi halal deyildir.
10- Möminlər, barəsində ixtilafa düşdükləri hər hansı bir şey olarsa, onu Allaha və Rəsuluna həvalə edəcəklər.
Bu müqavilənin kənarında Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) müxtəlif vaxt və münasibətlərdə, möminlərin bir-birilərinə qarşı olan iman qardaşlığı haqlarını bəyan etmiş və möminləri bir-biriylə yardımlaşmağa sövq etmişdir. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın müsəlmanlar arasında formalaşdırdığı bu İslam qardaşlığı dünya tarixinin bildiyi ən yüksək zirvəyə çatmışdır.

Mədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələrMədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələrMədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələr

Müşriklərə gəldikdə, onlar tam bir çöküntü içindəydilər. Başda rəisləri və liderləri olmaqla böyük əksəriyyəti İslamı qəbul etdilər. Müsəlmanlara qarşı çıxmağa heç bir gücləri yox idi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onlarla bu razılığa gəldi.
-Heç bir müşrik bir Qureyşlinin mal və canını himayəsi altına götürə bilməz və heç bir möminə bu xüsusda mane ola bilməz. Müşriklərlə edilən bu sözləşmə ilə onlardan gələ biləcək bu davranışın qarşısı kəsilmiş oldu.

Yəhudilərlə isə bu xüsuslar üzərində ittifaq edildi


1- Yəhudilər möminlərlə birlikdə bir ümmətdirlər. onların dini özlərinə, möminlərin dini özlərinədir. Onların xərcləmələri özlərinə, möminlərin xərcləmələri özlərinə aiddir.
2- Bu andlaşmanı imzalayanlarla, qarşı edilən döyüşdə möminlər və yəhudilər bir-birilərinə yardım edəcəklər. Yəsribə baş verə biləcək bir hücumda hər camaat öz bölgəsini müdafiə edəcək və bir-biriylə yardımlaşacaqdır.
3- Hər iki camaat arasında günah olmadan, nəsihət və yaxşılıq olacaqdır.
4- Bir nəfər andlaşmadan günahından dolayı məsul tutula bilməz.
5- Məzluma yardım ediləcəkdir.
6- Yəhudilər döyüşdükləri müddətcə möminlərlə bərabər xərcləmələr edəcəklər.
7- Yəsrib bölgəsi bu andlaşmanı edənlərə haram (müqəddəs)`dır.

Mədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələrMədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələrMədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələr

8- Yəhudilərlə möminlər arasında zühurundan qorxulan bütün ölüm və mübahisə hadisələri Allaha və elçisinə həvalə olunacaqdır.
9- Nə Qureyşlilər və nə də onlara yardım edənlər himayə altına alınmayacaqdılar.
10- Bu yazı (andlaşma), bir haqsız hərəkət və ya bir cinayət işləyən ilə cəzası arasına girə bilməz.
Edilən bu andlaşma ilə Mədinə xalqını təşkil edən müsəlmanlar, yəhudilər və müşriklər yalnız bir ölkənin hüquq sahibi, vətəndaşları olaraq birləşmişdilər. Beləcə, müsəlmanların idarəçiliyində müstəqil və suveren Mədinə dövləti qurulmuş oldu. Bu dövlətin başçısı Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) idi.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və müsəlmanlar Allah (Cəllə Cəlaluhu)`a dəvət vəzifələri barəsində işlərini davam etdirdilər. Dəvət məclislərində müsəlman, müsəlman olmayan hər kəs iştirak edə bilirdi.
Allahın elçisi (Səllallahu Aleyhi və Səlləm) onlara Allahın kitabından ayələr oxuyur və onları Allah (Cəllə Cəlaluhu)`a çağırırdı. İman edənləri mənən təmizləyir və onlara kitab və hikməti öyrədirdi.

Qureyşin təhrikedici rəftarı və oyunları


Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Mədinədə asayiş və nizamı təmin etməyə, həyatın hər sahəsini islah edib nizamlamağa, beləcə dinlərini ən yaxşı şəkildə yaşayıb yaşadacaq etibarlı bir mühit formalaşdırmağa çalışarkən, Qureyşli müşriklər də boş durmurdular.İslamı və onun dəvətçisini ortadan qaldırmaq üçün müxtəlif oyunlar və hiylələr arxasında qaçırdılar.
Bunun üçün Yəsrib (Mədinə) müşriklərinə bir ultimatum göndərərək onlardan müsəlmanlarla döyüşməmələrini və Mədinədən qovmalarını istədilər. Bunu etməzlərsə, onları öldürmək və qadınlarına ələ keçirməklə təhdid etdilər. Yəsrib müşrikləri onların bu istəklərini yerinə yetirməkçün əməli fəaliyyətə keçdilər. Ancaq, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onlara vəz və nəsihət etdi. Mədinə müşrikləri onun nəsihətlərinə qulaq asaraq etmək istədikləıri şeydən əə çəkərək dağılışdılar.
Ayrıca, Evs qəbiləsinin başçısı Səd ibni Muaz (radiyəllahu anhu) ümrə üçün Məkkəyə getmişdi. Yanlarında Əbu Safvan Ümeyyə ibni Xələf olduğu halda Allahın evini təvaf etdi. Bu əsnada Əbu Cəhl ilə qarşılaşdılar. Əbu Cəhl onu tanıdıqda təhqir və təhdidlər yağdırdı : "Dinini tərk edən bir kəsi yurdunuza qəbul etdiyiniz halda təhlükəsizlik içində Məkkəyə gəlib təvaf edirsən. Amma, Vallahi, əgər Əbu Safvanla birlikdə olmasaydın, ailənə sağ-salamat qovuşa bilməzdin."

Mədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələrMədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələrMədinədə İslam cəmiyyəti və ümmətinin formalaşdırılmağı dövründə baş verən hadisələr

Əbu Cəhlin bu sözü müşriklərin artıq müsəlmanları Məscidi-Harama qoymayacaqları və Məkkə hüdudu daxil Məkkəyə girmələri halında onları öldürəcəkləri mənasına gəlirdi. Və ayrıca Qureyşin Yəsrib yəhudiləri ilə gizli əlaqələri mövcud idi. Yəhudilər isə, İncildə İsa (Əleyhissalam)`nın da bildirdiyi kimi ilan idilər. Evs və Həzrəc arasındakı köhnə döyüş və kin hislərini yenidən canlandırmağa, iki qəbilə arasında nifrət hisləri meydana gətirməyə çalışırdılar.
Bu şəkildə müsəlmanlar Mədinə daxili və xarici bir çox təhlükəli ünsürün əhatəsi ilə üzbəüz idilər. Müsəlmanların qorxusu o qədər artdı ki, silahlarıyla yatıb qalxmağa başladılar. Allahu Təalanın bu kərim kəlamı enənə qədər Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın baş tərəfində növbə tutdular. "Allah səni insanlardan qoruyacaqdır." Bu kərim ayə nazil olan kimi Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) səhabələrə müraciət edərək : Ey insanlar, artıq məni gözləməyinizə ehtiyac yoxdur. Allah (Cəllə Cəlaluhu) məni qoruyacaqdır deyə buyurdu.


Geri dön

sevgi yalandir

  • 3 oktyabr 2011 18:04
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
DEYERLİ XEBERE GORE MUELLİFE TSEKUR

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Musique Sage

  • 3 oktyabr 2011 16:44
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
tesekkur edirem

SeL_cAn

  • 3 oktyabr 2011 16:27
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
Heç bir mömin bir kafir üçün bir mömini öldürə bilməz və bir mömin əleyhinə heç bir kafirə yardım edə bilməz.

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

lider

  • 3 oktyabr 2011 16:17
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER EZYETE GORE

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 23

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}