Hamilə qadının iştahı barədə

 
Hamilə qadının iştahı barədə

Adətən hamiləyə belə deyirlər: “sən iki nəfərin əvəzinə yeməlisən!”

Amma elə deyil. Həkim məsləhət görməyibsə, çox yeməyin mənası yoxdur.
Hamilə qadın yeməyin kəmiyyətinə deyil, keyfiyyətinə nəzarət etməlidir.
Ancaq hamilənin iştahası barədə yəqin çox şey eşitmisiniz.
Kimi hamiləliyin ilk ayları qatıqdan, ya da, məsələn,
şirniyyatdan başqa bir şey yeyə bilmədiyini deyir.
Kimi də nəinki ekzotik şeylərə meyl edir,
üstəlik gecənin bir aləmində durub divarın gəcini,
təbaşiri, karandaşı, ya da diş pastasını yeməkdən özünü güclə saxlayır.

Bəs həkimlər nə deyir?
Hamilə qadının qışın oğlan çağında qarpız arzusuna düşməsinin səbəbi nədir?
Qadın nazlanır, yoxsa doğrudan da ehtiyacı var?
Həkimlərin cavabı birmənalı deyil.
Hamilənin iştahasını dəyişən faktorlar çoxdur;
orqanizmdə gedən yeni proses, harmonal dəyişikliklər,
psixoloji və hətta milli xüsusiyyətlərdən irəli gələn faktorlar var.
Əvvəla hamilə qadının bədənində köklü dəyişiklik gedir.
Nəticədə bəzi minerallara, vitaminlərə ehtiyac yaranır.
Qadın özü isə konkret hansı vitaminə ehtiyacı olduğunu anlamır, yaranan tələbatı hansısa dadla uyğunlaşdırır və “qəribə yeməklər”, hətta yeməli olmayan şeyləri yemək istəyir.
Həkimlər hamilənin nəyəsə həddən artıq meyl göstərməsini bədəndə yaranan çatışmazlıqla izah edirlər. Məsələn, gələcək ana bütün gün pendir yeyirsə, deməli natrium çatışmazlığı var. Dondurmaya meyl kalsium çatışmazlığının göstəricisidir. Kələmə meyl yoda ehtiyacın olduğundan xəbər verir. Belə hallarda həkimə müraciət etmək, qan analizi vermək, lazım olan vitaminləri lazım olduğu qədər qəbul etmək vacibdir.
Hamilənin iştahası bəzən yaşadığı regionla bağlı olur. Azərbaycanda hamilələrin tez-tez turşu yediyini müşahidə edirik. Rusiyada da hamilə qadınlar turşuya meyl edir. Amma Avropada qadınlar hamilə olanda çox vaxt şirin və yağlı şeylər istəyirlər. İstənilən halda nəzərə alın ki, mədənizi (xüsusilə hamiləlik dövründə) qorumalısınız. Həkimlə məsləhətləşin, iştahanıza uyğun, amma zərəri olmayan şeylər yeməyə çalışın.

Hamilənin menyusu
Hamilə qadının qidalanması dölün inkişafına birbaşa təsir edir. Gələcək körpənizin çəkisi, uzunluğu, sağlamlığı sizin hamiləlik dövründə qidalanmağınızdan asılıdır. II Dünya müharibəsi zamanı Leninqrad mühasirədə qaldığından, hamilə qadınlar aclıqla üzləşdiyindən uşaqlar yarımçıq doğulur, çəkiləri həddən artıq aşağı olur, yeni doğulanların çoxu vəfat edirdi. Odur ki, qidalanmanıza nəzarət edin.
Düzdür, normal qidalanma qısa müddətə pozularsa, bunun dölün inkişafına güclü təsiri olmur, döl ananın bədənindəki ehtiyatlar hesabına inkişaf edir. Amma davamlı pozuntu, həddən az, ya həddən çox qidalanma hamiləliyə mənfi təsir edər.

Qadağandır...
Hamiləsinizsə, körpənizin sağlamlığı naminə bəzi şeylərdən imtina etməlisiniz!
Kofe və çaxır qan təzyiqini artırır. Bu isə hamilələr üşün arzuolunmazdır.
Pivə və şoraba böyrəyin yükünü artırır. Nəzərə alın ki, hamilə olduğunuz üçün böyrəkləriniz normadan artıq fəaliyyət göstərir. onlara əlavə yük lazım deyil.
Alkoqol gələcək körpənin formalaşmaqda olan orqan və sistemlərinə mənfi təsir göstərər.
Qızartma, acı, hisə verilmiş və yağlı yeməklər isə qaraciyəri və öd kisəsini həddən artıq yükləyir. Onsuz da hamiləlik dövründə uşaqlıq böyüdüyündən bəzi orqanların yeri daralır, fəaliyyətində çətinlik yaranır.

Allergiyali, ya da yaxınları allergiyalı olan qadınlara şokolad, sitrus bitkiləri, ekzotik meyvələr, dəniz məhsulları, qoz yemək məsləhət görülmür. Hər bir adamin müxtəlif şeylərə allergiyası ola bilər və hər bir qadın onda allergiyaya səbəb olan ərzaq məhsullarını tanıyır. Ola bilər ki, kimdəsə allergiyaya səbəb olan şokolad başqa birinə təsir etmir. Şokolada allergiyası olmayan adamın isə, məsələn, dəniz bitkilərinə allergiyası ola bilər. Hamilə qadın allergiyaya səbəb ola biləcək ərzaq məhsullarından çəkinməli, ya da onlarin istifadəsini minimuma endirməlidir.

Vacibdir…
Meyvə-tərəvəz: istənilən meyvə-tərəvəz (allergiyaya səbəb olanları çıxmaqla) hamilə qadına xeyirdir. Onları həm bişmiş, həm də çiy şəkildə yemək olar. Meyvə-tərəvəzi yeməkdən əvvəl yaxşıca yumalısınız.

Giləmeyvələr—qarağat, qaragilə, quşüzümü, itburnu həm C vitamini mənbəyi, həm də hamilə qadinin böyrəyinin əsil köməkçiləridir. Bunları dəmləmək, kompot, kisel hazırlamaq, şəkər tozuyla qarışdırıb yemək olar.
Sıyıq gələcək ana üçün ideal səhər yeməyidir. Yarma, qarabaşaq, qarğıdalı və yulaf yarmasından hazırlanmış sıyıqlar çox xeyirlidir. Onların tərkibində vitaminlər, dəmir, karbohidratlar var. Belə yarmaları suda qaynadıb, süd və azacıq yağ əlavə etmək olar. Sıyığa şəkər tozu, quru meyvələr də atsanız iştahanız artar. (Quru meyvələrdən albuxara, üzüm, əncir və ərik qurusunu yuyub, qurudun. Sonra ət maşınından keçirib, qatın. Soyuducuya qoyun, hər dəfə yeməkdən əvvəl bir qaşıq yemək məsləhətdir.)

Süd məhsulları kalsium mənbəyidir. Demək olar ki, bütün süd məhsullarından—süd, qatıq, şor, pendir, kəsmik, yoqurtdan istifadə etmək məsləhətdir.
Ət zulal, dəmir və B vitamininin əsas mənbəyidir. Təzə ət almaq məsləhətdir. Döndurulmuş ət bəzi kəyfiyyətlərini itirir. Amma konservləşdirilmiş ət məhsullarından, məsələn, kolbasa və sosiskadan imtina edin. Onlarin tərkibində hamiləyə lazım olmayan yağ və konservantlar var.
Balıq: D vitamini və fosforla zəngindir. Bu isə gələcək körpənizin sinir sisteminin formalaşması uçün vacibdir. Amma balığın yağsız növləri məsləhət görülür


Geri dön

sevgi yalandir

  • 3 oktyabr 2011 18:23
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
xebere gore tewekkurle

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Zaurcik2011

  • 3 oktyabr 2011 12:42
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
xebere gore tewekkurler.ne ureyiniz isteyir onuda yeyin

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

RUFET_KERIMOV

  • 3 oktyabr 2011 12:26
  • Məqalə: 0
  • Şərh: 241
  • Bal:
{awards}
SUPER XEBERDI

--------------------
afto_xuliqan....10-kk-517

Sirli Melek

  • 3 oktyabr 2011 11:38
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Hamilə qadının qidalanması dölün inkişafına birbaşa təsir edir.

Hamilə qadının qidalanması dölün inkişafına birbaşa təsir edir.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

..:MeleK kiz:..

  • 3 oktyabr 2011 10:57
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
aaa men hamile olmadigim ucunbilmirem maraqli xeberdi ama

MiLeyla

  • 3 oktyabr 2011 10:17
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
maraqli idi

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Inciciceyi

  • 3 oktyabr 2011 10:05
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
ikinci werhde menden oxumadim. emeye hormet

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 55
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 386
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 331
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}