Payız modası

 
Payız modası

Fəsillərin dəyişməsi insanlara həm sevinc, həm də saysız- hesabsız qayğılar gətirir. Payız isə qayğıların ən bol dövrüdür. Yeni dərs ili, yeni iş ili başlayır. Yayın istisindən qurtulub sərin payız günlərinə qovuşacağımız günlər çox uzaqda deyil. Bu isti günlərdə bunu düşünməyin özü insana bir sərinlik gətirir, deyilmi? Etiraf edək ki, yayda özümüzü, az qala, bütünlüklə unudur, xarici görkəmimizə, makiyajımıza, geyim tərzimizə lazımi qədər diqqət yetirmirik. Bir sözlə, hər şeyi payıza saxlayırıq. Payız isə bir addımlığımızdadır. Buna görə də yəqin ki, indi bütün işgüzar qadınları bir şey maraqlandırır: yeni dəb, yeni qardirob, yeni kosmetika stili və
sairə.
XX əsr modanı insanların həyatının ayrılmaz hissəsinə çevirdi. Bu fakt həm qadınların, həm də kişilərin yaşam tərzini kəskin surətdə dəyişdi. Xüsusilə də şəhər şəraitində yaşayan və çalışan, cəmiyyətdə mövqeyi olan insanlar moda ilə hesablaşmaya bilmirlər. Doğrudur, geyimini mütləq dəblə uyğunlaşdırmaq barədə qətiyyən düşünməyən, bunu özünə dərd etməyən insanlar da az deyil. Ancaq böyük şəhərdə, mərkəzdə yaşayırsınızsa, təəssüf ki, bunsuz keçinə bilməyəcəksiniz.

Son illərdə moda sahəsində müşahidə edilən ən maraqlı cərəyan geriyə qayıdışdır. Bu fakt özünü əsasən, ötən əsrin son on illiyində büruzə verməyə başlayıb. Qəribə də olsa, ildən ilə yenilənən modanın birdən-birə geriyə qayıtması və keçmişi təkrarlaması insanları qətiyyən narahat etmədi. Əksinə, hamı böyük həvəslə XX əsrin ortalarını xatırladan tərzdə geyinməyə başladı. Son illərdə modanın, demək olar ki, kuliminasiya nöqtəsinə qədər inkişaf etməsi belə, bu faktın ciddiliyinə xələl gətirə bilmədi. Qarşıdan gələn fəsildə «mod» adlı dəb cərəyanının yenidən gündəmə gəlməsi bu faktı bir daha təsdiqləyir. Bəs «mod» nədir? Yenə Avropaya üz tutaq. «Mod» ötən əsrin 50-ci illərində Böyük Britaniyanın iqtisadi böhrandan sonra hələ özünə gəlmədiyi bir dövrdə yaranan dəb cərəyanıdır. «Yaxşı ailələrin» övladları artıq əvvəlki kimi işsiz gəzib, valideynlərinin pulunu sağa-sola xərcləyə bilmirdilər. Bahalı əyləncələrdən kənarda qalmaq istəməyən gənc qızlar və oğlanlar təmiz «ofis» işlərinə üz tutmağa başladılar.

Ailə ənənələrindən kənar olan, rok-n-roll pərəstişkarları — yəni qaba, kobud britaniyalı gənclər tezliklə özləri üçün yeni bir stil yaratdılar. Onların «mod» adlandırdıqları bu stil adını «modernləşmə» sözündən götürüb. Yeni cərəyan yaşlı nəslin qəbul edə bilmədiyi mini ətəklərdən, isti, qaynar rənglərdən və rəng çalarlarının qarışığından olan vilivet pencəklərdən, dəri gödəkçələrdən, qalın altlığı olan botilərdən və başqa ultra-modern geyim və aksessuarlardan ibarət idi. Bütün görünüşü ilə cəmiyyətə etiraz edən cərəyan sanki «Böyük olmaq istəmirəm! Darıxdırıcı olmaq istəmirəm! Valideynlərimə oxşamaq istəmirəm!» deyə üsyan edirdi. Bütün gənclərin həvəslə uyduqları bu dəb tezliklə bütün dünyanı çulğamağa başladı və hər yerdə eyni həvəslə qəbul olundu. Bütün inkişaf etmiş ölkələrin gəncləri canla-başla «mod»u izləməyə və tətbiq etməyə başladılar. Bir qədər sonra isə «mod» təbii olaraq, yavaş-yavaş yerini başqa cərəyanlara verməyə başladı.

Dizaynerlər, demək olar ki, tamamilə İv Sen-Loran, Meri Kuant və Pako Rabann kimi dahi modelyerlərin minimalist şedevrlərini təkrarlayırlar. Podiumlara nəzər salsanız, hər yerdə oxşar stilləri görəcəksiniz: parlaq rəngli, şəffaf olmayan kalqotkalar, müxtəlif rəngli parçaların birləşməsindən ibarət olan dar, qısa donlar, sarafanların altından geyinilən uzun və dar boğazlı vadolazkalar, böyük, dekorativ düymələr, paltoların və jaketlərin qısaldılmış qolları… Bir sözlə, romantik detallardan tamamilə uzaq bir stil.

Parlaq, qara dəriyə olan maraq dəbin pijon stilini ona tamamilə zidd olan roker stili ilə birləşdirir. Bu payızın ayaqqabı dəbinin əsas tendensiyasının əksinə olaraq, «mod» stilindəki ansamblları boğazı qısaldılmış, nazik altlıqlı çəkmələr və alçaq dabanlı kəskin biz burunlu ayaqqabılar müşayiət edir. Bu stil qadına ciddi və işgüzar görünüş verməyə bilər, ancaq cazibədar və ecazkar görünəcəyinizə əmin ola bilərsiniz. Klassik kostyumlar, köynəklər, enli şalvarlar və dar qısa ətəklər şirkət və ofislərdə çalışan xanımların həmişə ən yaxın dostu olub. Bu il onları unutmağa çalışın. Doğrudur, dəb tendensiyaları həmişə olduğu kimi bu dəfə də klassik cərəyanı saxlayacaq, ancaq hər halda bu ağır geyimlərdən bir qədər dincəlmək pis olmazdı.

İndi isə payız modasında makiyaj haqqında. Makiyajın ötən ilki tendensiyaları qadınların həyatına yetərincə rahatlıq gətirmişdi. Hər cizgini təbii formada saxlamağı və solğun rəngləri tələb edən stil səhərlər güzgünün qabağında dayanmağa sərf etdiyimiz vaxtı yarıbayarı azaltmışdı. Artıq bu makiyaj stilini unudun. Qarşıdan gələn fəsilin tələbi bizi yenə də güzgünün qabağında ləngidəcək. Makiyajın bu ilki tendensiyası ötən əsrin 60-cı illərini büsbütün təkrarlayacaq. Böyük diqqət və vaxt tələb edən göz haşiyələri və çox parlaq dodaqlar makiyajın ən vacib çalarları olacaq. Ənlik, kirşan və göz kölgələri kimi digər dekorativ kosmetika vasitələrindən necə və nə dərəcədə istifadə etmək isə sizin öz işinizdir. Lakin diqqəti çox cəlb etməməsi üçün ənliyi və kölgələri açıq rəngdə etməyə çalışın. Tuş yenə də qadınların ən yaxın dostu olacaq. Saç rənglərində təbii və tünd çalarlar üstünlük təşkil edir. Ancaq bu, sarışın qadınların imicinə qətiyyən xələl gətirmir. Qardirobumuza yenilik gətirmək üçün payız mövsümündə nələrin dəbdə olacağına bir də nəzər salaq.
Payız modası
Payız modasında geyim

* Paltar
Mini ətəklər, düzbucaqlı və A siluetli paltarlar, qrafik naxışlar, parlaq rənglər, laklı dəri, iri detallar, modernləşmiş ekstravaqant dəstlər, vodolazkalar, sarafanlar, velivet pencəklər, dar və qısa şalvarlar, qısa və dar gödəkçələr.

* Ayaqqabı
Biz burunlu, çox alçaq "şpilka" dabanlı ayaqqabılar, küt burunlu, qısa boğazlı payız çəkmələri, alçaq dabanlı, düzbucaq burunlu tuflilər.

* Aksessuarlar
Şəffaf olmayan tünd rəngli kalqotkalar, hündür, dairəvi ətraflı şlyapa və papaqlar, iri plastik haşiyəli eynəklər, laklı dəridən ekstrovaqant dizaynlı, qart çantalar. Təbii ki, həmişə olduğu kimi,ÿbudəfə də qardirobunuzun əsas amili şəxsi əlavələriniz və zövqünüzdür. Sizə yaraşmayan geyim ən dəbli olsa belə, onu unudun! Yeni mövsümdə uğurlu seçim arzu edirik.
Mənbə Bizim Əsr jurnalı


Geri dön

Miracle..

  • 19 oktyabr 2011 22:28
  • Məqalə: 0
  • Şərh: 205
  • Bal:
bu il dar yox daha gen etekde dar manjetli ve nisbeten kapri stilli walvarlar debdedi daha cox warflar ve babet deyil tam eksi hundur ayaqqabilar va cox qabarig deyil daha ince buruglu saclar reng ise qehveyi umumiyetle mence sacda deb yoxdu yeni burdaki hec uygun ve hecde debli deyil twk

--------------------
_Contra spem spero_

nicegirl

  • 16 oktyabr 2011 10:58
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
Tewekkurler

_WITH YOU_

  • 15 oktyabr 2011 10:12
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
təşəkkur

Su Perisi

  • 12 oktyabr 2011 13:07
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
xebere gore sagolun


Şərh-1000

--------------------

H.o.S.t _ FaNaTka

  • 11 oktyabr 2011 01:11
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
təşəkkürlər

təşəkkürlər

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

KaRola_16

  • 8 oktyabr 2011 00:01
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
TEWEKKURLER...

--------------------

Alone angel

  • 7 oktyabr 2011 21:15
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
melumata gore twk

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

AMINA

  • 7 oktyabr 2011 19:56
  • Məqalə: 4
  • Şərh: 165
  • Bal:
{awards}
GOZEL MELUMATA GORE COOOX SAGOLUN...

--------------------
Esil deyer qelbdedi hayif o insanlaraki deyerini itirir

..::Nice Lady::..

  • 3 oktyabr 2011 23:28
  • Məqalə: 0
  • Şərh: 156
  • Bal:
{awards}
bu ilin walvar debin hec hec beyenmedim fellow

--------------------
....Ya ümidsizsiniz, ya ümid sizsiniz, Ya çarəsizsiniz, ya çarə sizsiniz....

LOVE IS DEAD

  • 3 oktyabr 2011 21:00
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
hec beyenmirem bu ilki debi . yenede ozum istediyim kimi geyinecem )))Teshekk fellow urler

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

castle_walls

  • 3 oktyabr 2011 19:27
  • Məqalə: 0
  • Şərh: 581
  • Bal:
{awards}
bu payiz hec.apar tulla.xosum gelmedi.bunu kim diyir bele.Hayif deyil converse o boyda tufli neye lazim eee.Menim payiz debim:Converse,All star.Sade jeanc,qara kapison.bes deyil? fellow


--------------------
Bu gunler bizim omrumuzden kecher
Menim son umidim achilan seher
Senin ellerin,menim elimden
Ayrilarag qovushar ebedi goylere..

sevgi yalandir

  • 3 oktyabr 2011 18:14
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
Sitat: AMANDA_O
MENİM XOSUMA GELMEDİ BU KALEKSİYYA

fellow

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

nicer_girl

  • 3 oktyabr 2011 15:56
  • Məqalə: 0
  • Şərh: 370
  • Bal:
{awards}
bu debe uymaq ucun en azi 1000 manat lazimdi

Zoluwka

  • 3 oktyabr 2011 15:53
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}
xabara gora twkkkkkkkkkk

--------------------
♀+♂=ღ

miss_sokaladka

  • 3 oktyabr 2011 15:40
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
{awards}
xabara gora twkkkkkkkkkk

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

jozefff

  • 3 oktyabr 2011 15:38
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
men debe yox mene rahat olan geyimlere ustunluk verirem. ama aksesuar, canta ve ust geyimleri ile fesillerin deyiwmesini hiss eleyirem. men makiyaji bele havaya uygun edirem)))

romantikim

  • 3 oktyabr 2011 15:34
  • Məqalə: 27
  • Şərh: 612
  • Bal:
{awards}
Tewekkurlerr

RUFET_KERIMOV

  • 3 oktyabr 2011 15:17
  • Məqalə: 0
  • Şərh: 241
  • Bal:
{awards}
ELADI SUPER HEYRAN EDICI

--------------------
afto_xuliqan....10-kk-517

_Selinnn_

  • 3 oktyabr 2011 14:26
  • Məqalə: 9
  • Şərh: 285
  • Bal:
{awards}
Tesekkurlerrr

Jackson_fanatı

  • 3 oktyabr 2011 13:56
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
{awards}
Sitat: Sirli Melek
Sizə yaraşmayan geyim ən dəbli olsa belə, onu unudun!

dogurdanda super.
insana yarasan paltar ele hemin insanin modasidir.

Cox paltar gordum insani gozel gosteren.Ancaq bir insan gordum paltari gozel gosteren....

Delya_91

  • 3 oktyabr 2011 13:44
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
xebere gore sagolun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Sirli Melek

  • 3 oktyabr 2011 13:27
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Sizə yaraşmayan geyim ən dəbli olsa belə, onu unudun!
ƏLA MƏSLƏHƏTDİR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 59

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}