Əgər Qadın Gülərsə

 
Əgər Qadın Gülərsə

Qadın gülsə ətrafı gül bağçasına dönər... Qadın vardır gözləri ilə gülər, işıqlanar qaranlıq çöhrələr... Qadın vardır qəmzələri ilə gülər, qəmzə güllər açar könüldəki bağçalarda... Qadınların gülməsini istəyən kişilər xoşbəxt olmağa layiqdir... Gülməsini bilməyən qadın yoxdur... Onların gülməsinə maneə törədən kişilər vardır...

Əgər Qadın Gülsə...

Qadınların gülməsi üçün onlara gün üzü, günəş üzü göstərin... Şübhəsiz ki, o zaman sizlərin də üzləri güləcəkdir... Qadın gülməsi üçün bahalı paltara, zəngin ərə ehtiyacı yoxdur... Qadının üzünü ürəyi gülən kişilər güldürər...

Qadının gülməsini istəyirsinizsə ona qiymətli olduğunu hiss etdirin... Yalan danışmayan kişi qadını güldürər... Ən çirkin qadın belə gülüncə gözəlləşər... Ən gözəl qadın belə sifətini asınca çirkinləşər... Qadının ruhu gülüşünə əks olunar...

Əgər Qadın Gülsə...

Acı gülüşlər qadının qədəri olmamalıdır... Qadının üzü xoşbəxtliklə gülməlidir... Bunu təmin edən də yuvasındakı xoşbəxtlikdir... Hələ bir də ana isə qadın ürəyiylə gülər... Sevilən qadının üzündə saxta gülücük tapa bilməzsiniz...

Qaçan qovalanır deyərlər , bu söz bizim xanımlardan yadigar bir hal hərhalda köhnə zamanlardan qalan... O zəriflik və eşqbazlığın dadına çatmaq adına əda və nazlara kim dözə bilərmiş ki! Qadınlarsa şeir yerinə göz süzmə, yüngül bir gülümsəmə, aşiqinin qarşısından keçmə, dəsmal salma hekayələri... Gözəl qaçarlarmış min bir zərifliklə…Onlar ilham pəriləriymişlər… Nə edə bilərlər ki bəylər, dəsmal qoxusuna huşunu itirib, çini mürəkkəblərinə basdırılıb xülyalara dalayar şeir yazarlarmış...

Əgər Qadın Gülsə...

Əgər bir qadın gülməni unutmuşsa günahı onun deyil kişisinindir... Bu kişi yoldaş ola biləcəyi kimi, ata, qardaş, yoldaş ya da övlad da ola bilər. Amma bilin ki, şübhəsiz kişidir... Gülən qadına yüngül qadın gözüylə baxanlar gülməkdən, insanlıqdan və Tanrının sevgisindən nəsibi almamış bəxtsizlərdir...

Qadın gülsə bu onun özünə güvəninin işarəsidir... Bu əsla bir meydan oxuma deyil... Qürurlu və şərəfli qadın gülər. Əzilən, xor görülən qadının gülməsi mümkün deyil...

Sevməyi bilən qadın gülməni də bilər... Gülməni bilməyən qadın ölməyi yaşamamaği seçən qadındır... Qadın ağladığı qədər gülə bilmirsə bədbəxtdir... Ümidsizdir...

Əgər Qadın Gülsə...

Qəhqəhələr qadın gülüşünün çağlayanı, mənbəyi, xoşbəxtliyinin zirvəsi, yaşıl çayırlarıdır... Bir qadını bütün ömrü boyunca qəhqəhələrlə güldürə bilən yoldaş ən məqbul yoldaşdır... Tanrının qatında da məqbul insandır... Çünki insanın gülüşü Tanrının zəfəri, ağlayışı şeytanın mütləq qalibiyyətidir...

Gülən qadın yüngül qadın deyil... Yüngül qadınların atdığı saxta qəhqəhələri insani reaksiya olaraq xoşbəxtlik ifadəsi ilə atılan qəhqəhələr ilə qarışdıranlar, ən böyük yüngüllüyü edərlər...Qadınların gülməsindən qorxmayın... Çünki o gülüş sizə olan güvənin, hörmətlinin, sevginin ifadəsidir...

O gülüş həyatın davam etdiyinin, şəfqətin, həmrəyliyin ən gözəl iqlimlərdə yaşandığının işarəsidir... Bir evin otaqlarından qadınlarının qəhqəhələri küçəyə əks olunmursa o evdə artıq tənhalığın, səssizliyin səltənəti başlamışdır...

Əgər Qadın Gülsə...

Qadın gülsə hələ ümid var deməkdir... Qadın gülsə yuva hələ istidir deməkdir... Qadın gülsə uşaqlar sevgi yumağıyla sarılmış deməkdir... Qadın gülsə kişilər sadiq deməkdir... Qadın gülsə əskikləri tamamlamaq hər vaxt mümkün deməkdir...

Tanrı bir milləti qadınlarının gülüşündən məhrum etməsin... Tanrı bir millətin qadınlarını ağılara məhkum etməsin... Tanrı kişiləri qadınların qəhqəhələri ilə əhatə etsin...

Gülməsini bilən qadın, həyata möhkəm-möhkəm sarılmasını, həyatın özünə qarşı hazırladığı pis sürprizləri dəf etməsini bilən qadındır... Qadın əgər gülməsini bilirsə və gülürsə, ağlamaq, sızlamaq, aciz vəziyyətə düşmək ona o qədər uzaqdır...

Bəylər qadınların gülməsinə icazə verin. Onların gülməsi sizin utancınız deyil, sizin xoşbəxtliyinizdir... Bunu heç amma heç unutmayın...


Geri dön

AySeLLiM

  • 27 aprel 2011 13:01
  • Məqalə: 0
  • Şərh: 387
  • Bal:
COX SAGOL MARAQLI IDI wink

--------------------
Nə qədər bilirsən bil,söylədiklərin qarşındakının anladığı qədərdir".

_RONALDO_

  • 13 mart 2011 10:44
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tesekkurler

--------------------

L_SimuS

  • 14 yanvar 2011 14:22
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
baxir guluwe...
qadinin diwleri paradda olarsa bu utancdir

MiYasKa KrEoZi

  • 29 sentyabr 2010 01:18
  • Məqalə: 35
  • Şərh: 695
  • Bal:
{awards}
Bəylər qadınların gülməsinə icazə verin. Onların gülməsi sizin utancınız deyil, sizin xoşbəxtliyinizdir... Bunu heç amma heç unutmayın...

BeyLer, eShiTdiniZ De yEqin Ki tongue yaDa gOrduNuz feRqi yOxdu.. feel

--------------------

Afran007

  • 28 sentyabr 2010 22:33
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
Twkrler fellow fellow

Kisa_Kiss

  • 28 sentyabr 2010 18:27
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
adınların gülməsi üçün onlara gün üzü, günəş üzü göstərin... Şübhəsiz ki, o zaman sizlərin də üzləri güləcəkdir... Qadın gülməsi üçün bahalı paltara, zəngin ərə ehtiyacı yoxdur... Qadının üzünü ürəyi gülən kişilər güldürər wink

--------------------

Ulya

  • 28 sentyabr 2010 18:21
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol baciw.maraqli idi winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 67

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 45
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 42
Cəmi: 122
 
NIGAR
Xəbərləri: 38
Cəmi: 783
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 236
 
lamiye_2001
Xəbərləri: 23
Cəmi: 25
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 500
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
..::Kitty::..
Xəbərləri: 3
Cəmi: 3
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}