Gözəllik nədir?

 
Gözəllik nədir?

Hər kəs gözəlliyi müxtəlif cür başa düşür. Allah hamını eyni yaratmayıb. Kimisinə
xarici, kimisinə daxili, kimisinə isə həm xarici, həm də daxili gözəllik bəxş edib.
Mən belə düşünürəm ki, bütünlüklə eybəcər insan yoxdur. Sadəcə o gözəllikləri görmək
lazımdır. Xarici gözəllik mənimçün 2-ci dərəcəlidir. Bə`zən xarici gözəllik insanı
aldadır. Kənardan baxib qəşəng bir ev gorürsən içinə girəndə gördüyün mənzərə əvvəl
gördüyün bütün gözəllikləri bir anda yox edir. Evin hər tərəfindən səliqəsizlik, kirlilik hiss
olunur. Və ya bazardan qoz alırsan, baxırsan ki, sağlam qoza oxşayır. Sındırıb görürsən içi
tamamilə çürümüş vəziyyətdədir. Belə misalları çox çəkmək olar...
İnsanlar da belədir. Xarici gözəlliyi olan insanın iç dünyası eybəcərliklərlə pas
baglıyıbsa... Neynirəm o gözəlliyi?? Bəs mənim aləmimdə gözəllik nədir?...

Gözəllik nədir?

Gözəllik-insanın daxilindədir. Əgər daxili gözəllik varsa, bu cüzi də olsa kənardan da hiss olunur.
Gözəllik-insanın təbiliyindədir. Bəzən təbii eybəcərlik belə süni gözəllikdən üstün olur.
Gözəllik-insanın aglında,düşüncəsindədir. Ağıllı insan heç vaxt pis düşünə, danışa bilməz.
Gözəllik-insanın əxlaqi-tərbiyəsindədir. Bu bütün gözəlliklərə əvəzdi.
Gözəllik-insanin məntiq və nitqindədir. Onda söhbət də gözəl və maraqlı alınır.
Gözəllik-insanin gülərüz simasında, dilinin şirinliyindədir. Nə qədər də çirkin olsa, şirinliyi bütün eybəcərlikləri gizlədir.
Gözəllik-insanın hörmətindədir. Əgər qarşındakına hörmətlə yanaşıb, incitməməyə çalışırsansa bu da daxili gözəlliyə işarədir.
Gözəllik-insanın dinində, imanındadır. Əgər içində Allah sevgisi, Allah qorxusu, dininə inam daşıyırsansa ən yaxşı gözəlliyə sahibsən.
Gözəllik-insanın əməlindədir. Yaxşı işlər görməyə can atırsansa bu da gözəl insan olmağından xəbər verir.

Gözəllik nədir?

Gözəllik-insanın sadəliyindədir. Bu da gözəlliyin ən yaxşı me`yarlarından biridir.
Gözəllik- insanın davranışdadır. Əgər yersiz, şit hərəkətlərin yoxsa, özünü idarə etmək qabiliyyətinə maliksənsə kənardan baxan insanda da gözəl təəssürat yaradacaqsınız.
Gözəllik-insanın niyyətindədir. Niyyət gözəl olsa məqsəd də gözəl olar.
Gözəllik-insanın duyğularındadır. Hər hansı bir insanın duyğuları ilə oynamaq əvəzinə ona qarşı içində saf və təmiz hislər bəsləyirsənsə bu artıq daxili gözəlliyin sübutudur.
Ürək də bir gözdür,göz də bir ürək,
Baxışdan odlanaq,duyğudan ölək.
Tökülsün bəbəyi,kor olsun gərək,
Heyrətlə görməsə göz gözəlliyi.


Yandırıb yaxmaqmış gözəldə adöt,
Bu da bir peşəymiş,bu da bir sənət.
Nə ayrı aləmmiş,nə incə vəhdət,
Bədən gözəlliyi,iç gözəlliyi.


Bəs sizlər üçün gözəllik nədir?


Geri dön

_Zara_

  • 9 oktyabr 2011 01:35
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
Realist insana gozellik lazimdi Her menada etrafa baxanda bele ne qeda dese ki daxili ama gelin ozumuzu aldatmayaq cunki bir weye bir kese yaxinlawanda gozle yaxinlawiriq qulaqla daxille yox Gelecek addimlarimizi ise zamanla deyerlendiririk Hansisa bir ewyanin keyfiyetini insaninsa daxilini Realist ve romantik insan.......

Sunnyeyes

  • 4 oktyabr 2011 17:38
  • Məqalə: 0
  • Şərh: 108
  • Bal:
{awards}
gozellik sadece menim gozlerimle mehdudlashmayan sonsoz bir anlamdir.

Ku-ku

  • 4 oktyabr 2011 13:59
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
maraqli xeberdir twk mencede gozellik sadelikdi

--------------------

Sirli Melek

  • 4 oktyabr 2011 12:14
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Gözəllik-insanın sadəliyindədir. Bu da gözəlliyin ən yaxşı me`yarlarından biridir.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

..:MeleK kiz:..

  • 3 oktyabr 2011 21:10
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
gozel xeberdi ureyi temiz insanin uzdende gozel olur mence

sharm

  • 3 oktyabr 2011 21:02
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
{awards}
tesekkurler

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

Musique Sage

  • 3 oktyabr 2011 20:20
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
tesekkur edirem

sevgi yalandir

  • 3 oktyabr 2011 19:46
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
gozel xebere gore tesekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

MiLeyla

  • 3 oktyabr 2011 19:33
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
thanks

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

.::BaBy_FaCe_WiSe::.

  • 3 oktyabr 2011 19:19
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
menimcun gozellik tamam bawqa weydir onu izah etsem biraz uzun ceker qalsin sonraya smile

--------------------

R.M_FaNaTka

  • 3 oktyabr 2011 19:11
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
gozel xebere gore tesekkurler canim

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 47
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}