Zülmkarlıq

 
Zülmkarlıq


Zülmkarlıq

Bismillahir-rehmanir-rehim

1186. Zülmkarlıqdan çəkinmək.

Quran:
«Allah-taala zalım xalqı hidayət etməz» (Bəqərə, ayə 258)
«Həqiqətən, zalımlar nicat tapmayacaqlar.» (Ənam, ayə 21, Yusif, ayə 23)

Hədis:
3873. Allahın Peyğəmbəri (s): «Zülm etməkdən çəkinin ki, qəlblərinizi viran edər.» (Kənzul-Ummal, hədis 7639)

3874. Allahın Peyğəmbəri (s): «Qiyamət günü bəndə öz yaxşı əməllərinə görə sad halda məhşər ayağına çəkilər. Bir kişi gələr və deyər: «Ey Rəbbim! Bu bəndə mənə zülm etmişdir.» Bu zaman həmin bəndənin savabından götürülər və ədalət tələb edən kişinin savablarına əlavə edilər.
Bu minvalla, zülm etdiyi insanlar bir-bir gəlib öz haqlarını tələb edərlər. Axırda, bəndəyə bir savab və xeyir əməl də qalmaz.
Bundan sonra kim gəlib öz haqqını tələb etsə, onun günahlarından götürülüb həmin bəndənin günahlarına artırılar.
Beləliklə, bəndə cəhənnəm oduna daxil olanadək insanların haqqı ondan götürülər.» (əl-Bidayətu-vən-Nəhəyətu, c.2, səh. 55)

3875. Allahın Peyğəmbəri (s): «Zülm etməkdən çəkinin ki, zülm qiyamət gününün zülmətləridir.» (əl-Kafi, c.2, səh.333, hədis11)

3876. İmam Əli (ə): «Zülmkarlıq ən çirkin alçaqlıqdır.» (Ğurərul-Hikəm, hədis 804)

3877. İmam Əli (ə): «Zülmkarlıq addımları büdrədər, nemətlərdən məhrum edər və ümmətləri məhvə sürükləyər.» (Ğurərul-Hikəm, hədis 1734)

3878. İmam Əli (ə)(zülmə nifrətini açıqladığı xütbədə): «And olsun Allaha, gecədən sübhədək dəvətikanı kolunun üstündə qalmağım və əlim-ayağım qandallı, zəncirlı halda sürüklənməyim, qiyamət günü Allah bəndələrindən birinə zülm, ya dünyanın alçaq malından ən xırda bir şeyi qəsb etmək günahına bulaşmış halda Allahın və Onun Rəsulunun (s) qarşısına çıxmaqdan mənimçün daha xoşdur.
Necə ola bilər ki, ipi-sapı sürətlə çürüməyə doğru gedən və uzun zamanlar torpaq altında qalan bir cismə xatir kimsəyə zülm edim?» (Nəhcül-Bəlağə, xütbə 224)

3879. İmam Əli (ə) (həmin xütbədə): «Allaha and olsun, əgər yeddi iqlimi, onun planetlərinin altında olan hər şeylə birlikdə, qarışqanın ağzından arpa dənəsinin qabığını götürməklə Allaha itaətsizlik etməyim şərtilə mənə versələr, heç vaxt bunu etmərəm.» (Nəhcül-Bəlağə, xütbə 224)

3880. İmam Əli (ə): «Zülmdən ehtiyatlı ol ki, zülm edən hər bir şəxsin taleyi xoşagəlməz oldu.» (Ğurərul-Hikəm, hədis 2638)

3881. İmam Əli (ə): «Allahın nemətinin məhv olması, onun qəzəbinin və intiqamının tez gəlməsi üçün zülmdən təsirli heç nə yoxdur.
Çünki, Allah-taala məzlumun duasını eşidir və daim zalımın pusqusundadır.» (Nəhcül-Bəlağə, məktub 53)

3882. İmam Əli (ə): «Kim zülm etsə ömrü (beli) sınar.» (Ğurərul-Hikəm, hədis 7940)

3883. İmam Əli (ə): «Kim zülmün miniyinə qalxsa, miniyi onu başıüstə yerə çırpar.» (Ğurərul-Hikəm, hədis 5391)

3884. İmam Əli (ə): «Kim zülm etsə, zülmü onu məhvə sürükləyər.» (Ğurərul-Hikəm, hədis 7835)

3885. İmam Sadiq (ə): «Allahın Rəsulu (s) qarışqanın ağzı və ayağı ilə daşıdığı hər bir şeyi yeməyi qadağan etmişdir.» (əl-Kafi, c.5, səh.307, hədis11)

Zülmkarlıq

1187. Zülmün növləri.
3886. İmam Əli (ə): «Bilin ki, zülm üç növdür: heç vaxt bağışlanmayan zülm, sorğu-suala çəkilən zülm, bağışlanan və sorğu-sualı olmayan zülm.
Heç vaxt bağışlanmayan zülm, Allaha şərik qoşmaqdır... Bağışlanan zülm, bəndənin bəzi kiçik günahlar etməklə özünə rəva bildiyi zülmdür.
Nəhayət, sorğu-suala çəkilən zülm, bəndələrin Bir-birinə etdikləri zülmdür.» (Nəhcül-Bəlağə, xütbə 176)

Zülmkarlıq

1188. Zülmün ən çirkin növü.
3887. Allahın Peyğəmbəri (s): «Allahdan başqa köməyi olmayan insana zülm edən şəxsə Allahın qəzəbi çox ağır olar.» (Kənzul-Ummal, hədis 7605)

3888. İmam Əli (ə): «Zəifə zülm etmək, zülmün ən çirkin növüdür.» (Nəhcül-Bəlağə, məktub 31)

3889. İmam Əli (ə) («Hansı günahın cəzası günahkara daha tez çatar?» sualının cavabında): «Allahdan başqa köməyi olmayan insana zülm edənə, nemətlərin haqqını yerinə yetirməkdə səhlənkar olana, yoxsula zülm və təcavüz əlini uzadana.» (Biharul-Ənvar, c.75,səh.320, hədis 43)

3890. İmam Əli (ə): «Ən çirkin zülmlərdən biri alicənab insanlara zülm etməkdir.» (Ğurərul-Hikəm, hədis 9272)

3891. İmam Baqir (ə): «Əli ibn Hüseynin (ə) ölüm anı çatanda məni sinəsinə sıxıb buyurdu: Oğlum! Atam dünyadan köçərkən mənə tövsiyyə etdiyini və onun atası da ölüm anında ona verdiyi tövsiyyəni indi mən sənə tövsiyyə edirəm:
Oğlum! Allahdan başqa köməyi olmayan insana, məbada zülm edəsən!» (əl-Kafi, c.2, səh.331, hədis 5)

Zülmkarlıq

1189. Zalıma möhlət vermək.
3892. Allahın Peyğəmbəri (s): «Allah-taala zalıma o, «Allah məni öz ixtiyarıma buraxmışdır.» deyənə qədər möhlət verər. Sonra, ona şiddətli cəza verər.
Allah-taala zalımları məhv edəndən sonra Özünə həmd söyləyib buyurmuşdur: Zülm edən insanların kökü kəsildi.
Həmd olsun aləmlərin Rəbbi olan Allaha.» (Biharul-Ənvar, c.75, səh.322, hədis51)

3893. İmam Baqir (ə): «Allah-taala iki söz arasında Firona 40 il möhlət verdi. Sonra ona axirət və dünya əzabını dadızdırdı.
Allah-taala Musa (ə) və Haruna (ə) «Siz iki nəfərin duası müstəcab oldu» kəlməsini buyurduğu andan onun qəbul olunmasını Musaya məlum etdiyi vaxtadək 40 il çəkdi.» (Nurus-Səqəleyn, c.5, səh.500, hədis21)

Zülmkarlıq

1190. Zalımın peşmançılığı.

Quran:
«O gün ki, zalım öz əllərinin arxasını dişləyər və deyər: Ey kaş, mən də peyğəmbərlə yoldaşlıq edəydim.» (Furqan, ayə 27)

Hədis:
3894. Allahın Peyğəmbəri (s): «Zülm etmək peşmançılığın mənşəyidir.» (Biharul-Ənvar, c.75, səh.322, hədis52)

3895. İmam Əli(ə): «Zalım üçün ədalət günü, məzluma zülm olunan gündən daha ağırdır.» (Nəhcül-Bəlağə, hikmət 341)

3896. İmam Baqir (ə): «Məzlumun zalımın dinindən götürdüyü, zalımın məzlumun dünyasından aldığından daha çoxdur.» (Biharul-Ənvar, c.75, səh.311, hədis15)

Zülmkarlıq

1191. Zalıma kömək etməkdən çəkinmək.

Quran:
«Zülm edənlərə meyl salmayın ki, cəhənnəm odu sizə yetişər və Allah qarşısında sizə dostlar tapılmaz, nəticədə sizə kömək olunmaz.» (Hud, ayə 113)

Hədis:
3897. Allahın Peyğəmbəri (s): «Qiyamət günü carçı car çəkər: «Haradadır, zalımlar və onların köməkçiləri? Zalımların mürəkkəbinə liqə (sap) qoyanlar, ya onların kisələrinin ağzını bağlayanlar, ya da onlar üçün qələmi mürəkkəbə batıranlar.
Onların hamısını zalımlarla birlikdə qəbirlərdən qaldırın.» (Biharul-Ənvar, c.75, səh.372, hədis17)

3898. İmam Sadiq (ə) «Zalım, onun köməkçisi və onun zülmünə razı olan şəxslərin hər üçü zülmdə şərikdir.» (əl-Kafi, c.2, səh.333, hədis16)

3899. İmam Sadiq (ə): «Əgər bəni Üməyyə onlara yazı yazdırmağa, ordularında vuruşmağa və yığıncaqlarına qatılmağa adam tapmasaydılar, heç vaxt bizi haqqımızdan məhrum edə bilməzdilər.» (əl-Kafi, c.5, səh.106, hədis4)

3900. İmam Sadiq (ə)(«Zülm edənlərə meyl salmayın» ayəsi barədə): «Kim padşahın yanına gedib onun əlini cibinə salaraq, ona bir şey verənə qədər sağ qalmasını arzulayarsa, zalıma meyl etmişdir.» (əl-Kafi, c.5, səh.108, hədis12)

Zülmkarlıq

1192. Məzluma kömək etməyə həvəsləndirmək.

Quran:

«Kim xeyir işdə vasitəçi olarsa, onun bu işdə bir payı var. Kim pis işdə vasitəçi olarsa, həmin işdən ona heç bir fayda yoxdur və Allah hər şeyə qadirdir.» (Nisa, ayə 85)

Hədis:
3901. Allahın Peyğəmbəri (s): «Kim məzlumun haqqını zalımdan alarsa, cənnətdə mənə dost və yoldaş olar.» (Biharul-Ənvar, c.75, səh.359, hədis75)

3902. İmam Əli (ə): (Həsən (ə) və Hüseynə (ə) xitabən): «Haqqı deyin və savab üçün iş görün, zalıma düşmən və məzluma dost olun.» (Biharul-Ənvar, c.100, səh.90, hədis75)

3903. İmam Kazim (ə) (Əli ibn Yəqtinə xitab edərək): «Allah-taalanın zalımların dostlarının yanında dostları var və onların vasitəsilə öz dostlarını qoruyur.
Sən, ey Əli, onlardan birisən.» (Biharul-Ənvar, c.75, səh.349, hədis56)

Zülmkarlıq

1193. Məzlumun duasından çəkinmək.
3904. Allahın Peyğəmbəri (s): «Məzlumun duasından qorxun. Çünki, Allah-taala onun haqqını alacaq və Allah-taala heç bir haqq sahibini öz haqqından məhrum etməz.» (Kənzul-Ummal, hədis 7597)

3905. Allahın Peyğəmbəri (s): «Hərçənd kafir olsa belə, məzlumun duasından qorxun. Çünki, məzlumun duasına heç bir şey mane olmaz.» (Kənzul-Ummal, hədis 7602)

3906. İmam Əli (ə): «Oxların ən təsirlisi, məzlumun duasıdır.» (Ğürərul-Hikəm, hədis 2979)

Zülmkarlıq


Geri dön

sharm

  • 3 oktyabr 2011 21:00
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
Allah razi olsun

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

Musique Sage

  • 3 oktyabr 2011 20:21
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
Allah razi olsun

sevgi yalandir

  • 3 oktyabr 2011 19:46
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
gozel xebere gore tesekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

.::BaBy_FaCe_WiSe::.

  • 3 oktyabr 2011 19:17
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
3877. İmam Əli (ə): «Zülmkarlıq addımları büdrədər, nemətlərdən məhrum edər və ümmətləri məhvə sürükləyər.» (Ğurərul-Hikəm, hədis 1734)

--------------------

R.M_FaNaTka

  • 3 oktyabr 2011 19:10
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
gozel xebere gore tesekkurler canim

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 32
Cəmi: 48

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}