Müşriklərin mübarizə və möcüzə istəkləri

 
Müşriklərin mübarizə və möcüzə istəkləri

Müşriklərin mübarizə və möcüzə istəkləri

Müşriklər inadlarından və Allahın Rəsulunu acizliyə düşürmə, həvəslərindən dolayı müxtəlif zamanlarda müxtəlif möcüzələr tələb edir, bu mövzuda Allahın elçisiylə mübahisə və mübarizəyə girişirdilər. Bir dəfə Məscidi-Haramda yığışıb aralarında mübahisə etdikdən sonra, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı çağıraraq onunla danışmaq istədiklərini xəbər verdilər.
Allahın kərim ayədə də buyurduğu kimi, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onların həqiqəti tapmalarını çox arzulayırdı :
«Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?» (Kəhf / 6) Tez qaçaraq gəldi. Onların İslama girəcəklərini ümid edirdi. Möcüzələrinin olduğunu deyirsən. Musanın əsası, Səmudun dəvəsi, İsanın ölüləri diriltmə möcüzələri var. Haydı, sən də bizə daha əvvəlki peyğəmbərlər kimi bir möcüzə göstər baxaq! Müşriklər peyğəmbərlərin bu cür möcüzələri öz gücləriylə və istədikləri zaman göstərdiklərini zənn edirdilər. Eynilə, sıravi insanların normal davranışları kimi!

Müşriklərin mübarizə və möcüzə istəkləri

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a Səfa təpəsini qızıl etməyini və ya Məkkəni daraldan dağları aradan qaldıraraq yurdlarını genişləndirməyini, yerlərdən çayların fışqırtmağını, yaxud da keçmiş atalarını diriltməyini və onların onun Allah elçisi olduğuna şahidlik etmələrini təklif etdilər.
«Onlar dedilər: "Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik; və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə; yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq» (İsra / 90-93)
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın bu möcüzələri gətirdiyi təqdirdə İslama girəcəklərini söylədilər.
«Kafirlər Allahın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar.» (Ənam / 109)

Müşriklərin mübarizə və möcüzə istəkləri

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onların İslama girməyini umaraq Allaha istədikləri şeyləri verməsi üçün dua etdi.
Cəbrayıl göydən enərək Allahın onlara istəklərini verəcəyini, amma hər kim artıq, bundan sonra inkara davam edərsə, onu aləmlərdə daddırmadığı bir əzaba giriftar edəcəyini xəbər verdi. Bu və ya özlərini tövbə və rəhmət qapısının açılmağını seçdi. Allahu Təala, ondan müşriklərə bu cavabı verməyini istədi. «De: "Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi göndərilmiş bir insanam» (İsra / 93)
Yəni, sizin istəməkdə olduğunuz bu cür fövqəladə işləri etməyə mənim gücüm çatmaz. Bu ancaq Allah (Cəllə Cəlaluhu)`ın qüdrətiylə olar. Mən sadəcə sizin kimi bir insanam. Aramızdakı fərq, mənə vəhyin gəlməyi, sizə isə vəhy edilməməyidir. İstəkləriniz mənim istəməyimlə və qənaətimlə mümkün olan deyildir, Allah (Cəllə Cəlaluhu)`ın istəməyi və qənaətiylə ola bilər. O istəsə, bunları edər və bunlarla mənə yardım edər, istəsə də sizin məsləhətiniz üçün bunları müəyyən bir vaxta saxlayar.
«De: "Ayələr ancaq Allahın yanındadır. Siz haradan biləsiniz ki, o ayələr gəldikdə onlar yenə də iman gətirməyəcəklər?» (Ənam / 109)

Müşriklərin mübarizə və möcüzə istəkləri

Ayə və möcüzələri gətirmək peyğəmbərlərin deyil, Allahın əlindədir. Sonra Allah, istədikləri möcüzələrin gerçəkləşməsi halında belə onların iman etməyəcəklərini bildirdi.
«Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu bunu bilmir.» (Ənam / 111)
«Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və yaxud da onun sayəsində ölülər danışsaydılar o kitab yenə bu Quran olardı. Lakin bütün işlər Allaha məxsusdur. İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi?» (Rəd / 31)
Bütün bu kərim ayələrdə Allah sünnələrindən bir sünnəyə işarə etmişdir. Bir qövmün istədiyi möcüzə gəldikdən sonra əgər iman etməsələr, heç möhlət verilmədən tez həlak edilərlər. Allahın yolu isə əsla dəyişməz. Allah, Qureyşin bir çoxunun daha sonra iman edəcəyini bilirdi. Ona görə də istədikləri xüsusi möczələri gətirmədi.

Müşriklərin mübarizə və möcüzə istəkləri

Ayın yarılmağı

Qureyşlilər, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın ondan istədikləri bir sıra xüsusi möcüzələri göstərmədiyini görəndə, möcüzə gətirməyini istəməyin Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`i aciz bıraxmağın ən yaxşı yolu olduğuna qərar verdilər. Beləcə, onun bir peyğəmbər deyil, əksinə, bir fırıldaqçı olduğuna inandıra biləcəkdilər.
Daha bir addım ataraq, ondan öz istəkləri istiqamətində hər hansı bir möcüzə göstərməyini istədilər. Beləcə, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın acizliyini isbat edib, insanları ondan uzaqlaşdırmağı düşünürdülər.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Allaha dua edərək bir möcüzə göndərməsini istədi. O anda ay iki yerə yarıldı. Bir hissəsi Əbu Qays dağı tərəfinə, digər hissəsi də qarşı tərəfə ayrıldı. Müşriklər bu möcüzəni açıq-aydın gözləriylə şəxsən gördülər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) "Şahid olun" buyurdu.

Müşriklərin mübarizə və möcüzə istəkləri

Müşriklər bu möcüzəni uzun bir müddət və dəqiq şəkildə izlədilər. Fəqət, iman etmədilər. Əksinə, Bu, Əbu Kəbşənin oğlunun sehridir. Məhəmməd bizi sehrlədi dedilər. İçlərindən biri Əgər Məhəmməd sizi sehrlədisə, bütün insanları da sehrləməyib ki? Daha sonra səfərdən qayıdan kəslərdən soruşdular. Onlar da :
"Ayın iki yerə ayrıldığını biz də gördük." dedilər.
Ancaq, Qureyşlilər inkarlarını sürdürməyə davam etdilər.
Ayın iki yerə yarılmağı hadisəsi, bu hadisədən daha böyük başqa bir hadisənin, İsra və Merac hadisəsinin hazırlığı mahiyyətindəki kimiydi. Ayın bu şəkildə iki yerə ayrılmağını şəxsən izləmək İsra və Meracın mümkün olduğunun başa düşülməyinə zehinləri hazırlamışdır.


Geri dön

sevgi yalandir

  • 4 oktyabr 2011 17:55
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
TWK EDIREM XEBERE GORE

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

RUFET_KERIMOV

  • 4 oktyabr 2011 15:33
  • Məqalə: 0
  • Şərh: 241
  • Bal:
{awards}
TWK EDIREM XEBERE GORE

--------------------
afto_xuliqan....10-kk-517

Ku-ku

  • 4 oktyabr 2011 14:32
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 33

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}