Əxlaq müəllimi

 
Əxlaq müəllimi

İsa (ə) özündən əvvəlki bəzi peyğəmbərlər kimi silahlı mübarizə aparmamış, müharibə etməmişdir. Nə Davud (ə) kimi hökumət qurmuş, nə də Musa (ə) kimi öz xalqını əsirlikdən xilas etmişdir. İsa (ə) bəlkə də bunlardan daha çətin və daha mühüm bir vəzifənin icrasına girişmişdi. O, ürəklərdə Allahın hökumətini qururdu. O, insanları öz tamah və nəfslərinin əsirliyindən xilas etməyə çalışırdı. İsa (ə) şəhərləri, kəndləri dolaşıb, xalqa nəsihət və öyüd verən əxlaq müəllimi, mənəviyyat ustadı, ruh həkimi idi. Onun üçün ölüləri diriltmək, ölü qəlbləri diriltməkdən ötrü vasitə idi. Onun üçün xəstələri sağaltmaq, zəlalət mərəzinə tutulmuş ürəklərə şəfa verməyin müqəddiməsi idi.

"Məryəm oğlu İsa (ə) daşı mütəkkə kimi başının altına qoyar, qaba və kobud paltarlar geyər, quru çörək yeyərdi... Həyat yoldaşı yox idi ki, onun qayğısına qalsın. Övladı yox idi ki, öz qayğıları ilə onu kədərləndirsin. Sərvəti yox idi ki, başını qatsın. Tamahı yox idi ki, onu xar etsin. Miniyi - öz ayaqları, nökəri - öz əlləri idi" (Həzrəti Əli (ə) - "Nəhcu'l-bəlağə", 159-cu xütbədən).

Üzüyünün qaşına ona nazil olmuş İncildən bu ilahi kəlmələri həkk etdirmişdi: "Xoş o bəndənin halına ki, Allahı həmişə Allahın özü xatirinə (sidq ürəklə) xatırlayır. Vay o bəndənin halına ki, Allahı onun özü xatirinə (sırf inadkarlıqla) unudur".

Əxlaq müəllimi

İsa (ə) buyururdu:

"Sizin ürəyiniz mal-dövlətinizin yanındadır. Siz öz xəzinələrinizi səmada yerləşdirin ki, orada nə itər, nə də oğurlanar".

"Günəşin işığı kor adama nə fayda verər? Həmçinin, öz elminə əməl etməyən alimin elmindən də fayda olmaz. Nə çoxdur meyvə ağacları, amma heç də hamısının meyvələri yeməli deyil və nə çoxdur bilənlər, amma heç də hamısı öz biliyindən bəhrələnmir".

"Əkin yalnız torpaqda və hamar yerdə bitər, daşın üstündə yox. Həmçinin, hikmət də təvazökar qəlbdə məskən salar, təkəbbürlü qəlbdə yox!"

"Əgər bir evə od düşsə, oradan başqa evlərə də keçər və bütün evləri bürüyər. Yalnız od düşən birinci evi dağıtsalar, alov kəsiləcək. Həmçinin, zülm edən ilk zalımın da qarşısını alsalar, ardınca başqası cəsarət edib zülm etməz".

"Hər kəs ilanın qardaşını sancacağını görsə və xəbərdarlıq etməsə, ilan sancandan sonra o adamın qətlində şərik olar. Eləcə də, hər kim qardaşının günah etdiyini görüb onu çəkindirməsə, həmin günahda şərikdir. Hər kim zalımın zülmünə mane ola bildiyi halda, bunu etməsə, zülmdə şərikdir".

Əxlaq müəllimi

"Hər kim atına təlim verməsə, onunla məşq keçməsə, at qudurğan və tənbəl olar. Həmçinin, əgər ürəklər ölümü yada salmasa və ibadətə öyrəşməsə, kobudlaşar və bərkiyər".

"Xırda günahlar şeytanın tələləridir, onları sizin gözünüzdə əhəmiyyətsiz göstərər ki, etina etməyəsiniz və günahlara qərq olasınız".

"Vay olsun halınıza! Muzdunuzu bütöv alırsınız, həmin muzdla ruzi yeyirsiniz, paltar geyinirsiniz, evlər tikirsiniz, amma muzd verənin işini pozursunuz. Yaxın vaxtlarda sifariş sahibi sizinlə hesab çəkəcək, korladığınız iş barəsində sizi sorğu-suala tutacaq və sizi rüsvay edəcək!" (Kəlamlar İbn Şu'bə Hərraninin "Tuhəfu'l-uqul" kitabındandır).

Bu gün əlimizdə olan İncilləri oxuyanda və xristian kilsəsinin təbliğat metodları ilə tanış olanda belə qənaətə gəlirik ki, İsanın (ə) dini laqeydlik, məsuliyyətsizlik, xəyalpərəstlik, zülmlə barışmaq ideyalarının məcmusundan ibarətdir. Guya Həzrəti İsa (ə) ədalət uğrunda hər cür mübarizə və inqilabları rədd edirdi. İki minillik boyunca Həzrəti İsanın (ə) dünyagörüşünün xarakterik xüsusiyyətləri kimi, "Hər kəs sənin sağ yanağına sillə vursa, sol yanağını da ona tərəf çevir", "Hər kəs sənin üst geyimini tələb etsə, alt geyimini də ona hədiyyə et" ifadələrnin insanlara təqdim olunması da məhz bu məqsədi daşıyır.

Əxlaq müəllimi

Görəsən, İsanın (ə) həqiqi siması doğrudanmı belə imiş? Doğrudanmı, bu yeni şəriət sahibi, "Ruhullah" ləqəbli peyğəmbər yalnız belə ideyaların təbliği üçün göndərilmişdi? Əgər belə idisə, İsanın (ə) dediklərində nə qorxulu ideya var idi ki, onu aradan götürmək istəyirdilər? Məgər istisnasız olaraq hamıya məhəbbət, zülmlə barışıq çağırışları Allahı tanımayan ruhanilərin, uca qəsrlərdə yaşayan hakimlərin, pul və sərvət sahiblərinin mənafeyinə uyğun deyildimi? İsa (ə) onlarla hansı düşmənçiliyinə görə dar ağacına sürüklənirdi?

Elə mövcud İncillərə diqqətlə nəzər salsaq, əsil həqiqətlə üzləşərik. Həqiqət isə budur: İsanın (ə) dini əslində tam inqilabi bir təlim idi. Zaman keçdikcə bu təlim təhrif edilərək, camaata xəyalpərəstlik və süstlük aşılayan tiryəkə çevrildi. Amma Həzrəti İsa (ə) bu cür deyildi. O, tamam başqa sözlər deyir, başqa fikirlər yayırdı: "Elə düşünürsünüz ki, mən dünyaya sülh gətirməyə gəlmişəm? Yox, əksinə, ayrılıq salmağa gəlmişəm! Çünki bundan sonra bir evdə yaşayan beş nəfər bir-birinə zidd olacaq: üçü ikisinə qarşı və ikisi üçünə qarşı; ata oğula və oğul ataya qarşı, ana qızına və qız anaya qarşı, qayınana gəlinə, gəlin qayınanaya qarşı olacaq" (Luka İncili, XII, 51-53).

"Hər kəs atasına, anasına, arvad-uşağına, qardaş-bacısına, hətta öz həyatına düşmən deyilsə (yəni lazım olduqda bunları qurban verə bilmirsə), mənim yanıma gəlsə də, şagirdim ola bilməz. Hər kim öz çarmıxını daşıyıb, mənim ardımca gəlmirsə, mənə şagird ola bilməz!" (Luka İncili, XIV, 26-27).

Əxlaq müəllimi

Həzrəti İsanın (ə) əsas iki mübarizə hədəfi var idi: saraylarda bəslənən yalançı, muzdur ruhanilər və pulu tanrı sayan insafsız varlılar. Məryəmin haqsevər oğlu ruhani geyimli fırıldaqçılar barəsində həvarilərə tövsiyə edirdi: "Tövrat yazan katiblərdən ehtiyatlı olun! Onlar uzun paltarlarda nazlanmağı, meydanlarda, cəmiyyət içində salam almağı, məbədlərdə baş kürsüləri, ziyafətlərdə yuxarı yerləri sevirlər. Onlar dul qadınların evini talayır, riyakarcasına uzun-uzadı ibadət edirlər. Onlar ağır cəzaya düçar olacaqlar" (Mark İncili, XII, 38-40).

Həzrəti Məsih (ə) Allaha yaxınlaşmaq yolunda var-dövlətin necə böyük maneə olduğunu xatırladır və insanları dünya ləzzətlərinə aludə olmamağa çağırırdı: "Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib digərini sevəcək, ya da birinə yaxın olub digərinə xor baxacaq. Siz eyni zamanda həm Allaha, həm də mal-dövlət bütünə itaət edə bilməzsiniz" (Matfey İncili, VI, 24).

Həzrəti İsa (ə) öz zəmanəsində dünya məzlumlarına yönəlmiş əvəzsiz manifestin müəllifidir: "Ey bütün zəhmətkeşlər və ağır yüklülər, mənim yanıma gəlin! Mən sizə rahatlıq verərəm. Mənim hakimiyyətimi qəbul edin və məndən öyrənin, onda canınız rahat olar. Mənim itaət zəncirim asanlıq və rifahdır, yüküm yüngüldür" (Matfey İncili, XI, 23-30).

İsa (ə) şüurlarda başlanan inqilabın tərənnümçüsü, dünya məzlumlarının azadlıq ideyalarının bayraqdarıdır. İsa (ə) özünün məşhur "qılıncı olmayan paltarlarını satıb qılınc alsın!" çağırışı ilə zülmlə barışmazlıq və azadlıq rəmzidir.


Geri dön

sevgi yalandir

  • 4 oktyabr 2011 17:49
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
Allah razı olsun.Ellerine salıq

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

_Yaxsiliq Meleyi_

  • 4 oktyabr 2011 15:38
  • Məqalə: 14
  • Şərh: 360
  • Bal:
{awards}
Allah razı olsun.Ellerine salıq

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

RUFET_KERIMOV

  • 4 oktyabr 2011 15:18
  • Məqalə: 0
  • Şərh: 237
  • Bal:
{awards}
ALLAH RAZ LSUN VERDIYINIZ XEBERE GORE TWK winked

--------------------
afto_xuliqan....10-kk-517

Zoluwka

  • 4 oktyabr 2011 14:43
  • Məqalə: 77
  • Şərh: 1198
  • Bal:
{awards}
ALLAH razi olsun sizlerden.

--------------------
♀+♂=ღ

gulnihal

  • 4 oktyabr 2011 14:17
  • Məqalə: 0
  • Şərh: 187
  • Bal:
{awards}
ALLAH razi olsun sizlerden.
bizleri melumatlandirirsiz.

Musique Sage

  • 4 oktyabr 2011 14:08
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
Allah razi olsun yazan eller var olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 50
Cəmi: 71

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}