Beyniniz kiçilir, çünki əsəbiləşirsiniz

 
Beyniniz kiçilir, çünki əsəbiləşirsiniz

Artıq əvvəlki qədər güclü bir yaddaşın yoxdur, əvvəlki kimi sürətli düşünə bilmirsən, son zamanlarda çox "dilimin ucunda" deyimini istifadə edirsən, sürətli qərar verə bilmirsən, artıq oxuduqların ağılında qalmır, artıq görüşlərini, verdiyin sözləri unudursan. Yaxşı bəs niyə?

Çünki Əsəbisən! Əsəbilik! Sən bilmədən beynini gəmirir. Əsəbi bir insan olmağın, həmişə peşman olduğunu bildirir və bütün peşmanlıqlar beyni kiçildər. Sən də ən az mənim qədər yaxşı bilirsən əsəbiləşəndə məntiqli düşünə bilmədiyini.

Məntiqli düşünə bilməyəndə səhv qərarlar verir və qarşındakını boş yerə yorursan. Qısa bir müddət rahatlaşanda sonradan peşman olub özünə hirslənirsən. Mən bunu etməməliydim, səhv etdim deyir, arxasından da "kaş ki"li cümlələr qurursan.

Kaş ki, elə deməsəydim, kaş ki belə etsəydim... Zamanı geri qaytarıb etdiyin səhvi düzəldə bilməyəcəyin üçün, bu vəziyyət beynini gəmirməyə başlayır. Hər yerdə haqlı olduğunu izah etsən də, içindən bir səs, sənin haqsız olduğunu qışqırmağa davam edir.

Bütün bunlar olarkən şüuraltın mənfi qeydlər etməyə davam edir.Görsən də, görməsən də fikri mənada beynin kiçilir. Çünki bütün peşmanlıqlar beyni kiçildər!

İndi bir dəqiqə düşün! Bu günə qədər əsəbi olmağınla nəyi həll etdin? Əsəbi olmağın nə vaxt işə yaradı? Cavab: Heç bir şeyi həll edə bilmədim və heç bir zaman bir işimə yaramadı. Son bir sual: Heç əsəbiykən güzgüyə baxdınmı?

Beş Saniyə Səndən çox kiçik bir şey istəyirəm, hər nə olursa olsun əsəbiləşəndə beş saniyə dayan və düşün. Beş saniyə sonrasını düşün! Nə qədər peşman olacağını və beyninin kiçiləcəyini düşün! Sonra səni əsəbiləşdirən kimsə, ondan "niyə?" soruş. NİYƏ, insanlıq tarixinin ən böyük icadıdır.

Atəş, yazı, telefon, lampa... Neçəyədir? Niyə sualı olmasaydı, heç birini tapa bilməzdik. Bu sehrli sözü həyatında həmişə istifadə et. Hələ də əsəbiləşəndə "NİYƏ?" soruş. Qarşındakı insan bir an üçün sinirlərinə məğlub olduğu, belə bir qarşılıq alacağını təxmin etmədiyi üçün cavab verə bilməyib üzr istəyəcək. Görəcəksən!

Mənfi bir cavab alsan, üzr istə və yoluna davam et! Həqiqətən belə et!

Söysələr belə keç! Əmin ol ki, bu rəftarın daha təsir edici olacaq. Düşün ki, birini söyürsən və o adam sənə baxıb yoluna davam edir.

Səni döysə, daha az hirslənərdin bilirəm. Müsbət ya da mənfi hər rəftar qarşısında beş saniyə səssiz olmaq sənə bir güc qazandırar. Yaşayan bilər. Hələ yüz dəfə yaşayan həm də necə bilər. Mən bilirəm!


Geri dön

nar_18

  • 20 oktyabr 2011 00:58
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
mende cox esebleshirem gerey calishimki bunnan sonra cox esebleshmiyim

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

sevgi yalandir

  • 5 oktyabr 2011 14:54
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Sirli Melek

  • 5 oktyabr 2011 12:35
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ƏSƏBLƏŞMƏK ÇOOOX ZİYANDIR. MƏN ÇOX ƏSƏBLƏŞƏNDƏ AĞLAYIRAM(((

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

-=ZED=-

  • 5 oktyabr 2011 11:41
  • Məqalə: 28
  • Şərh: 330
  • Bal:
{awards}
maraqlidir amma men hech vaxt esebileshmireem =)))ureyinizi buz kimi saxlayin wink

--------------------
Onℒy ℊod can ℑυdℊℯ ℳℯ !!!

♥℘.s. I ℓ٥ﻻ ﻉ√٥υ♥

Ku-ku

  • 5 oktyabr 2011 11:26
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
twk

--------------------

Inciciceyi

  • 5 oktyabr 2011 10:44
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
gozel xeberdi twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 5 oktyabr 2011 10:42
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm askim maraqli xebere gore tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}