Qiyamətdə şəkk edirsənsə

 
Qiyamətdə şəkk edirsənsə

Qiyamət və məhşər günü ilk insandan tutmuş sonuncusuna qədər insanın öz yaxşı və pis əməllərinin nəticəsini gördüyü gündür və bu, bir həqiqətdir. Bu xəbəri bütün Peyğəmbərlər (ə), İmamlar (ə) və səma kitabları vermişdir.

Qiyamət gününə inanmaq - imanın bir hissəsidir. İnkar etmək isə küfrə bərabərdir. Qurani-Kərim mindən çox ayəsində bu günü vəsf etmiş və tanıtmağa çalışmışdır. Belə ki, buyurur: “Allah sizi Qiyamət günü ki, onda heç bir şəkk yoxdur, cəm edəcəkdir”. “Sonra siz insanlar yaradılış və həyatınız kamil olandan sonra öləcəksiniz, o zaman hamınız Qiyamət günü ruhlandırılacaqsınız”.

Bu cür ayələrin sayı çoxdur. Bu ayələrdən görmək olur ki, Allah bütün insanların öləndən sonra yenidən dirildilib, hesab verəcəklərini vəd edir.

Qiyamətdə şəkk edirsənsə

İmam Sadiq (ə) buyurur: “Cəbrayıl (ə) Peyğəmbərin (s) xidmətinə gəlir və onu Bəqi qəbiristanlığına aparır. Onu bir qəbrin yanına gətirir və qəbirdə yatan insanı səsləyir: “Allahın izni ilə qalx”. Üz və saçının tükünün rəngi ağ olan bir qoca qəbirdən qalxır. Üz-gözündə olan torpağı təmizləyib, deyir: “Əlhəmdulillah Vəllahu əkbər”. Cəbrayıl (ə) ona xitab edir: “Allahın izni ilə qayıt”. Sonra Peyğəmbəri (s) başqa bir qəbrin yanına aparır və orada yatana xitab edir: “Allahın icazəsi ilə qalx”. Qara dərili kişi qəbirdən qalxır və deyir: “Vay olsun, fəlakət və biçarəlikdən”. Cəbrayıl (ə) ona deyir: “Allahın izni ilə olduğun yerə qayıt”. Sonra buyurdu: “Ey Muhəmməd! Bütün ölənlər Qiyamət günü belə məhşur olacaqlar (diriləcəklər)”.

Loğman övladına verdiyi nəsihətdə belə buyurur: “Ey övladım! Əgər ölməkdə şəkk edirsənsə, yuxunu özündən al ki, bacarmazsan. Əgər Qiyamət günü diriləcəyində şəkk edirsənsə, ayıqlığını özündən al ki, bacarmazsan. Ona görə də iki həqiqət olan yuxu və ayıqlıq haqqında düşün. Başa düşərsən ki, vücudun başqasının əlindədir. Həqiqətən, yuxu - ölüm kimidir, yuxudan sonra ayılmaq isə ölümdən sonra dirilmək kimidir”.

Qiyamətdə şəkk edirsənsə

Quran buyurur ki, insanı dəyərsiz bir nütfədən yaratmışdır, ancaq insan böyüyür və onunla müxalifətlik etməyə başlayır. Öz yaradılışını yaddan çıxarır. “Bəli, kim bu çürümüş sümükləri dirildəcəkdir?”. Onu o varlıq dirildəcəkdir ki, ilk dəfə insanı yaratmışdı. Yəni ilk növbədə insanın əlindən tutur və dəyərsiz bir nütfədən yaradır, sonra onu düşünməyə vadar edir. Buyurur ki, insan görmədi, diqqət etmədi və düşünmədi ki, biz onu nütfədən yaratmışıq. O, o qədər güclənir və nitq sahibinə çevrilir ki, Pərvərdigarı ilə mübarizəyə qalxmağa cürət belə edə bilir...

İnsan nütfədə altı mərhələni başa vurandan sonra dünyaya gəlir və körpə ilk vaxtlarda çox zəif və gücsüz olur. Ancaq təkamül mərhələsini sürətlə başa vurur və sürətlə böyüyür. Bu gücsüz varlıq elə bir güclü insana çevrilir ki, hətta özünə icazə verir ki, Allahın dəvətinə “yox” cavabı versin. Öz yaradılışını yaddan çıxarır. Ona görə də yolda və ya səhrada tapdığı hər hansı bir insanın sümüyünü götürür və sevincək halda Peyğəmbərin (s) yanına gəlib deyir: “De görüm kim bu çürümüş sümüyə həyat libasını geyindirə bilər?”. Sonra sümüyü yerə dayayıb, fikirləşir ki, Peyğəmbər (s) onun bu sualına cavab verə bilməyəcəkdir. Çox maraqlıdır ki, Quran bir cümlə ilə onun cavabını vermişdir. İnsan əgər öz yaradılışını yaddan çıxartmasaydı, heç kim bu cür təhlükəli dəlilə əl atmazdı.

Qiyamətdə şəkk edirsənsə

Buyurur: “Ey yaddan çıxardan insan! Geriyə qayıt və yaradılışına bax. Necə dəyərsiz bir nütfə idin və hər gün yeni həyat libasını sənə geyindirdi. Sən həmişə ölümlə məad arasındasan. Bitkidən, adı olan insan olmusan, bitki aləmində heyvanlıqdan çıxmış insan olmusan. Heyvan aləmindən də insan olmusan. Ancaq sən ey, yaddan çıxaran insan! Bütün bunlara üsyan etdin və indi də soruşursan ki, kim bu çürümüş sümüyü canlandıracaqdır? Bu sümük o zaman ki, tamamilə çürüyəcək, yeni torpaq olacaqdır. Məgər ilk gün torpaq deyildin?”. Peyğəmbərə (s) əmr edir ki, bu məğrur insana belə desin: “Onu elə kəs dirildəcəkdir ki, ilk gün onu icad etmişdi”.

Əgər bu gün ondan çürümüş sümük yadigar qalıbdırsa, gün var idi ki, bu sümük belə yox idi. Hətta torpaq belə yox idi. Bəli, onu heç nədən yaradan üçün onu yenidən yaratmaq asandır. Əgər fikirləşirsinizsə ki, bu sümük çürüdükdən sonra torpağa qarışacaqdır və o zaman onu necə dirildəcəkdir, bunun cavabı da aydındır. O, hər bir məxluqdan agahdır və onun bütün xüsusiyyətlərini tanıyır. O kəs ki, bu qədər qüdrətə malikdir, məad və ölülər məsələsi onun üçün çətin olmaz.

Qiyamətdə şəkk edirsənsə

Bu səbəbdən Həzrət Musa (ə) Allah tərəfindən vəzifələnir ki, Fironun məad şübhəsinə cavab versin. Buyurur: “Mənim Pərvərdigarımın yanında onun elm və agahlığı kitabında qeyd edilmişdir, mənim Pərvərdigarım səhv etməz və yaddan çıxartmaz”.

Hər bir halda Qiyamət günü gələcəkdir. Bu, elə bir gündür ki, hər bir insan öz əməllərinə görə cavab verəcəkdir. Yaxşılar pislərdən ayrılacaq və öz mükafatlarına çatacaqlar. Pislərin isə həyatda belə verilməmiş cəzası həmin günü müəyyən olunacaq və əbədi cəhənnəmə göndəriləcəklər. Ona görə bu günü inkar etməyək. Əməllərimizi də onu yada salaraq, Allaha diqqət edərək və Onun rizayətini qazanmaq niyyətilə etməyə çalışaq. (Erfan)


Geri dön

Su Perisi

  • 5 oktyabr 2011 23:59
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
“Ey yaddan çıxardan insan! Geriyə qayıt və yaradılışına bax. Necə dəyərsiz bir nütfə idin və hər gün yeni həyat libasını sənə geyindirdi. Sən həmişə ölümlə məad arasındasan. Bitkidən, adı olan insan olmusan, bitki aləmində heyvanlıqdan çıxmış insan olmusan. Heyvan aləmindən də insan olmusan. Ancaq sən ey, yaddan çıxaran insan! Bütün bunlara üsyan etdin və indi də soruşursan ki, kim bu çürümüş sümüyü canlandıracaqdır? Bu sümük o zaman ki, tamamilə çürüyəcək, yeni torpaq olacaqdır. Məgər ilk gün torpaq deyildin?”

--------------------

-=ZED=-

  • 5 oktyabr 2011 11:28
  • Məqalə: 28
  • Şərh: 330
  • Bal:
{awards}
hmm xeber dogurdan da maraqli xeberdir=))shekil ise Konstantin filminin posteridir =))))

--------------------
Onℒy ℊod can ℑυdℊℯ ℳℯ !!!

♥℘.s. I ℓ٥ﻻ ﻉ√٥υ♥

Inciciceyi

  • 5 oktyabr 2011 10:30
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Olduqca maraqli movzudu. coooooox sagolun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 5 oktyabr 2011 10:23
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ayda bax hemiwe saytda bele gozel maraqli deyerli xeberler yerlewdirin cooooooooooooox inaniram qiyamete ALLAH senin komeyin olsun inwallah tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 49
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 63
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}