Peyğəmbərimizin (s.a.v) Taifə səfər etməsi

 
Peyğəmbərimizin (s.a.v) Taifə səfər etməsi

Bu çətin şərtlər altında Allah Rəsulu (Səllallahu Aleyhi və Səlləm) dəvətini yaymaq və ya sığınmaq və yardım görmək məqsədiylə Taif yolunu tutdu. Azadlısı Zeyd bin Harisə ilə birlikdə piyada olaraq gedirdilər. Taifə çatana qədər yolları üzərindəki bütün qəbilələrə baş çəkib İslamı izah etdi. Taifə gələndə, buranın irəlidə gedən idarəçilərindən olan üç qardaşın yanına getdi. Onlara İslamı izah edib, təbliğ vəzifəsində ona yardım etməyə dəvət edirdi. On gün ərzində qəbilə başçısı və şərəflilərindən dəvət etmədiyi heç kim qalmadı. Bu müddət ərzində ona razılıq edən heç kim olmadığı kimi, ona : "Yurdumuzdan çıx!" deyə əmr etdilər. Bununla da kifayətlənməyib özlərinə gələn bir qonaqla insanlıq qaydalarını tapdalayaraq təhqir etdilər. Uşaqları toplayaraq bunlarla Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`i daşa tutdular.

Peyğəmbərimizin (s.a.v) Taifə səfər etməsi

O qədər ki, atılan daşların ayaqlarında açdığı yaralardan sızan qanlarla ayaqqabıları dolmuşdu. Zeyd (radiyəllahu anhu) özünü ona sipər edərək Allahın elçisini qorumağa çalışırdı. Onun da başı yarılmışdı. Nəhayət, Rəsuli-Əkrəm Taifdən üç mil uzaqlıqdakı Utbə bin Rəbiə və qardaşı Şeybə bin Rəbiəyə aid bir bağa sığınaraq daşlanmaqdan qurtuldular.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) burada bir çardağın altında bu qəmli dua ilə şikayətini ərz etmişdir :
İlahi, gücsüzlüyümü, çarəsizliyimi və insanların mənə əhəmiyyət verməmələrini ancaq sənə şikayət edirəm. Ey mərhəmətlilərin ən mərhəmətlisi, sən şübhəsiz ki, əzilmişlərin Rəbbisən və mənim də Rəbbimsən. Yaxşı, məni kimə həvalə edirsən? Xasiyyətsiz, üzsüz bir düşmənəmi, yoxsa, həyatımın düzümünü əlinə verdiyin dostdan birinəmmi? ? Allahım! Əgər mənə qəzəbli deyilsənsə, çəkdiyim möhnətlərə, bu qədər çətinliklərə heç fakir vermərəm. Fəqət, sənin rəhmin hər cür tədbirdən daha genişdir. Allahım! Qəzəbinə gəlməkdən, məmnunsuzluğuna hədəf olmaqdan sənin nurlu himayənə sığınıram. O nurun ki, bütün qaranlıqları tər-təmiz aydınladır və həm dünya, həm axirət işlərinin hamısı ona bağlıdır.

Peyğəmbərimizin (s.a.v) Taifə səfər etməsi

Allahım! Sən razı olana qədər, budur, əhv etməyini diləyib dururam. Bütün güc və qüdrət ancaq sənindir.
Rəbiə oğulları onun bu halını görüb kövrəldilər. Üzləşdiyi bu pis müamiləyə kədərləndilər. Xristyan kölələrindən olan Addas ilə ona bir salxım üzüm göndərdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ona : "Sən haralısan və hansı dinə mənsubsan?" deyə soruşdu.
Addas : Ninovalı bir xristyan olduğunu dedi.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) : Deməli, sən saleh bir insan olan Mətta oğlu Yunus peyğəmbərin diyarındansan! dedi. Addas :
Sən Yunusu haradan tanıyırsan? Dedi. Məhəmməd (Səllallahu Aleyhi və Səlləm) :
"O mənim qardaşımdır. O Peyğəmbər idi, mən də Peyğəmbərəm."dedi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ona Yunusun quranda nəql olunan qissəsini oxudu. Addasın İslama girdiyi rəvayət edilmişdir.

Peyğəmbərimizin (s.a.v) Taifə səfər etməsi

Daha sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) qəmli, incik və dərdli bir halda Məkkəyə getmək üzrə hərəkət etdi. "Qarnul-Mənəzil" bölgəsinə çatmışdı ki, Cəbrayıl və dağlardan məsul olan mələk onu kölgələri altına aldılar. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) başını yuxarıya qaldıranda Cəbrayıl ona belə səsləndi :
Allah, dilədiyin şəkildə əmr edəsən deyə, sənə sənə dağlardan məsul olan mələyi göndərdi. Sonra, dağlardan məsul olan mələk də salam verib belə dedi : Ey Məhəmməd! mənə dilədiyin kimi əmr et. Əgər istəsən, Məkkənin bu uca dağlarını onların başlarına keçirim! dedi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) belə cavab verdi : "Əksinə, mən onların zürriyyətlərindən yalnız Allaha ibadət edib, ona heç bir şeyi şərik qoşmayan kəsləri çıxarmağını istəyirəm!"
Allah qatından gələn bu yardım ilə Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm) kədərlərinə qalib gələrək Məkkə yolu üstündəki Nahlə vadisində yerləşdi. Burada bir neçə gün qaldı. Namazını qılıb ibadətini etdiyi bir əsnada oradan keçməkdə olan bir qrup cin gəlib quran dinlədilər. İman edib qövmlərini dəvət üçün hərəkət etdilər. Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm) bütün bunlardan xəbərsiz idi. Ancaq, daha sonra Əhqaf və Cin surələrinin ayələri nazil olmuş və vəziyyəti şərh etmişdir.

Peyğəmbərimizin (s.a.v) Taifə səfər etməsi

Allahın elçisi daha sonra Məkkəyə girmək üzrə yollandı. Allahu Təaladan ona bir çıxış yolunu göstərməsini diləyirdi. Qureyşin şərrindən qorxduğu üçün Məkkəyə tez girmədi. Hirada gözləyərək, Ahnəs bin Şərikə xəbər göndərərək özünü himayə etməsini istədi. Xalif özünün Qureyşlə andlaşmalı olduğunu, andlaşmaya görə, himayə haqqının olmadığını bildirərək üzür istədiyini bəyan etdi. Süheyl bin Kəbə də eyni şəkildə bir adam göndərdi. O da oxşar bir cavabla himayəsinə götürməyi rədd etdi. Bunun üzərinə uzaq qohumu olan Mutim bin Adiyyə xəbər göndərdi. Mutim Mənaf bin Abdul-Muttalib cəhətiylə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ilə qohum idi. Mənaf oğulları isə, Qureyşin ən şərəfli qoluydu. Mutim Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı himayəsi altına almağı qəbul edərək özü və oğulları silahlanıb Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı qarşıladılar. Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm) onların silahlarının kölgəsində Kəbəyə girdi. Təvaf edib iki rükət namaz qıldı. Sonra Mutim və oğulları yoldaşlığında evinə getdi. Mutim Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı himayəsinə aldığını elan etmiş, Qureyş də qəbul etmişdi.

Peyğəmbərimizin (s.a.v) Taifə səfər etməsi


Geri dön

Ay Üzlü

  • 5 oktyabr 2011 12:20
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
Canim gozel xeber ucun cox sag ol
Allah senden razi olsun

-=ZED=-

  • 5 oktyabr 2011 11:35
  • Məqalə: 28
  • Şərh: 327
  • Bal:
{awards}
(Səllallahu Aleyhi və Səlləm) tewekkur bele movzular uchun

--------------------
Onℒy ℊod can ℑυdℊℯ ℳℯ !!!

♥℘.s. I ℓ٥ﻻ ﻉ√٥υ♥

R.M_FaNaTka

  • 5 oktyabr 2011 10:46
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
Polite baciw gozel ve deyerli xebere gore sene minetdaram cox beyendim tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 44
Cəmi: 85

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 45
Cəmi: 632
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 70
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}