Bəzən rəssam olmadığıma heyfsilənirəm...yoxsa arzularımı çəkərdim.
Dünyanın ən şedevr rəsmi olardı.
Bəzən oxuya bilmədiyimçün təəssüflənirəm...yoxsa sevgimin nəğməsini oxuyardım.
Dünyanın ən gözəl nəğməsi olardı.
Bəzən şair olmadığıma peşman oluram....Yoxsa qürubun və dan yerinin necə gözəl olmasını tərənnüm edərdim.Bütün şairlər bu şeirdən ilham alardı.
Bəzən bəstəkar olmadığımçün dərd çəkirəm...yoxsa axşamların əhvalını bir melodiyada ifadə edərdim.Dünyanın ən həzin musiqisi alınardı.
Bəzən qanadlarım olmadığına heyfsilənirəm...yoxsa əllərindən tutardım,və biz şəhər gecələrinin üzəri ilə uçardıq.Dünyanın ən əsrarəngiz mənzərəsi yaranardı.
Bəzən bütün dilləri bilmədiyimə təəssüflənirəm...yoxsa hər gün müxtəlif dildə səni sevirəm deyərdim.
Dünyanın ən cazibədar sevgisini duyardın.
Bəzən fikirləri oxuya bilmədiyimə peşman oluram...Yoxsa səni xoşbəxt etmənin yollarını tapardım.
Dünyanın ən xoşbəxt insanı olardın.
Bəzən parfumer olmadığımçün dərd çəkirəm...yoxsa elə bir ətir yaradardım ki,orda bədənimin yox,qəlbimin bir hissəsi olardı.Dünyanın ən bihuşedici ətrini duyardın.
Bəzən küləklərə hakim ola bilmədiyimə təəssüflənirəm...yoxsa bizim yelkənli kiçik sevgi qayığımız lazım olan sahilə yan alardı.Dünyanın ən təhlükəsiz sevgi səyahətini edərdik.
Bəzən səmada ulduz olmadığıma təəssüflənirəm...yoxsa ən qaranlıq gecələrini işıqladardım.
Dünyanın ən parlar ulduzlu kəhkəşanı sənin olardı.
Bəzən zamana hakim ola bilmədiyimçün heyfsilənirəm...yoxsa ayrılıq saatlarını azaldıb,vüsal dəqiqələrində zamanı dayandırardım.
Səni gördüyüm o qısa anda...zaman dayanardı.
Bütün bunlara baxmayaraq mən çox sevinirəm ki,mən məhz beləyəm...yoxsa mənim Sənim olmazdı!!!