Müsəlman və çevrəsi

 
Müsəlman və çevrəsi

Pis çevrədən ilandan qaçan kimi qaçın. Unutmayın ki, pis çevrə əfi ilandan daha betər zəhərləyir.

İnsan həyatı hər zaman sakit deyil. Bəzən bu dənizdə fırtınalar qopar. Belə hallarda sığınılacaq bir liman olan dostlarınız olsun. Elə dostlar ki, yıxıldığınızda qaldıracaq, büdrəyəndə tutacaq və hətta dizlərinizin taqəti kəsiləndə kürəyində daşıyacaq…

Fərdi təcavüzə qarşı fərdi müdafiə oluna bilərsiniz. Amma ictimai təcavüzə qarşı fərdi müdafiə işə yaramır. İctimai müdafiə olunmaq üçün əks cəmiyyət formalaşdırmağa məcbursunuz. Küçələrin, topluluqların ruzinizin üzərindəki mənfi təsirindən təmizlənmək üçün vizasız, pasportsuz, özünüzü qoynuna ata biləcəyiniz könül okeanları tədarük edin.

Müsəlman və çevrəsi

Müsəlman daxil olduğu çevrəyə tabe olan deyil, daxil olduğu çevrəni inancına tabe etdirəndir. Yəni aktiv fəaliyyət göstərən, təsir edən insandır. Əgər təsir edə bilirsinizsə deməli ki, imanınız iqtidardadır.

Yanlışı yaşayaraq öyrənməyə çalışmayın. Bu, ölümü təcrübədən keçirməyə bənzəyir. "Bir dəfə ölümü təcrübə edim, əgər xoşuma gəlməsə bir daha ölmərəm" deyə bilməzsiniz. Günah təcrübə edilməz. Hər kəs üçün yanlış olan sizin üçün də yanlışdır. Pisin və yaxşının təyin olunmasında Allaha tam etimad göstərin. İman da bu deyilmi?

Müsəlman və çevrəsi

Sadəcə insanlara deyil təbiətə də etimad göstərin. Bilin ki, təbiətlə eyni dinə mənsubsunuz. Onlar şüursuz din qardaşlarınızdır. Bir ağacı kəsərək qiyamına, lazımsız yerə zərərsiz bir heyvanı öldürərək rükusuna, bir bardaq suyu israf edərək səcdəsinə əngəl olmayın. Təbiət Allahın sizə əmanətidir, ona xəyanət etməyin.

Dünyadakı bütün ehtiyatlar həqiqi bir "ruzi"dir. Ruzinizi qazanmaq halal, israf etmək haramdır. Çay sahilində dəstəmaz alarkən belə suyu israf etməməyi nəsihət edən bir din olan İslamın bu həssaslığının dünyəvi hikməti, bütün əhalisi təxminən 80 milyon olan 1400 il əvvəlki dünyada məlum ola bilməzdi. Bu hikmət bu gün bütün çılpaqlığı ilə özünü göstərir. Belə ki, pulunu ödəyərək də olsa, bir istanbullunun israf etdiyi bir vedrə su, bir başqa ailənin haqqına təcavüz ola bilər. Başqa sözlə israfın haramlığının hikməti həyatımızda təcəlli etməkdədir.


Geri dön

sevgi yalandir

  • 5 oktyabr 2011 14:51
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
Sitat: PELIN_ATABAY
deyerli habere gore tewekkurler


..


--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

sweet__love

  • 5 oktyabr 2011 14:48
  • Məqalə: 0
  • Şərh: 407
  • Bal:
{awards}
tesekkurler ellerinize saliq ALLAH INSAN QARSISINDA IKI YOL QOYUR ondan birisini secmeliyk insallah duz yolu secsek onda etrafimizda heyatimizda duzgun olar

-=ZED=-

  • 5 oktyabr 2011 14:19
  • Məqalə: 28
  • Şərh: 330
  • Bal:
{awards}
Hmm Allaha Chox Shukur Chevrem Hech de Pis Deyil

--------------------
Onℒy ℊod can ℑυdℊℯ ℳℯ !!!

♥℘.s. I ℓ٥ﻻ ﻉ√٥υ♥

... Deryam ...

  • 5 oktyabr 2011 13:42
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
ALLAH AĞLIMIZI BAŞIMIZDAN ALMASIN , HƏR ŞEY İNSANIN ÖZ ƏLİNDƏDİ ...

--------------------

Zaurcik2011

  • 5 oktyabr 2011 13:17
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
TESEKKURLER XEBERE

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 47

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}