Nanə Ağamalıyeva: “Qardaşımın qorxusundan efirə çıxa bilmirdim”

 
Nanə Ağamalıyeva: “Qardaşımın qorxusundan efirə çıxa bilmirdim” -

“Heç kimə məcburiyyətlə heç nə etdirmək olmaz, yaxşı qız adına söz çıxartmaz”

Rubrika: Görünməyən tərəf

Bir neçə il qabaq hər səhər “ATV” ekranlarından şirin danışıqlı bir qız boylanırdı. Səhərləri onun səsi ilə açır, evdən onun siması ilə ayrılırdıq. Sonra həmin qız səhərlərimizi tərk edib, gecələrimizə qonaq oldu. Bu dəfə yeni simasıyla, tam fərqli görünüşdə və tam fərqli formatda. Gecələri onunla sonlandırıb, səsi ilə yatdıq. Gecələr evimizə dolan səs bizə səhərləri açdıran həmin səs olsa da, gecələr gördüyümüz qız, deyəsən bizi hər səhər evdən işə yollayan qız deyildi. Çox dəyişmişdi. Lap təpədən-dırnağa qədər...

Sonra yenə zaman keçdi və təpədən-dırnağa dəyişən həmin qız gecələrimizi də tərk etdi. Yenə və yenidən tam fərqli görünüşdə və formatda evimizə boylanmağa başladı. Artıq bir neçə il əvvəl onun səsi ilə səhərləri yuxudan oynanan adamlar ekranda gördükləri qızı tanımadılar. İnsanlara səhərləri açdıran qız getmiş, yerinə başqa bir qız gəlmişdi. Qısa müddətdə birinin bu qədər dəyişməsi, dəyişib gözəlləşməsi inanılmaz idi. Həmin qız Nanə Ağamalıyeva idi. Sonrasını özü danışsın...


“Gözlərimdən tanıdı və o qədər adamın arasında içəri keçirdi”

... İxtisasca həkiməm. Əvvəllər həkim-stomotoloq işləyirdim. İstəyirdim ölkə xaricinə gedəm, təhsilimi orda davam etdirəm. Ümumiyyətlə, bir yerdə oturmağı sevmirəm. Artıq sənədlərimi də düzəltdirmişdim. Lakin evdə mənə uşaq kimi baxırdılar. Ümumiyyətlə, məndə inkişaf gec gedib. Fevralın 12-də ad günümdür. İnternet klubların birində oturdum, radioda ad günümü qeyd etmək istədim. Bu məqam radioda xəbər eşitdim. Radioya aparıcı lazım idi. Əvvəl düşündüm ki, bu işlə tələbəlik illərindən məşğul olmaq lazım idi, gecikmişəm. Sonra fikrimi dəyişdim, dedim şansdır. Saç ustama danışanda dedi, səndə xarizma var yadda qalacaqsan. Gəldim ki, ATV-nin qabağında böyük kütlə var. Çoxlu qəşəng qızlar, oğlanlar hamısı şansını yoxlamağa gəlmişdilər. Qapıda orta məktəbdə məndən üç-dörd sinif yuxarı oxuyan bir oğlana rast gəldim. O həmişə mənim gözlərimi bəyənirdi, hörüklərimdən dartırdı. Məni gördü, gözlərimdən tanıdı və o qədər adamın arasında içəri keçirdi. Gördüyüm ilk televiziya adamı Emin Musəvi oldu.

Emini “Space” dən tanıyırdım. Gəlməmişdən qabaq Emin Musəviyə zəng vurmuşdum. Telefondakı şəxsin Emin Musəvi olduğunu bilməmişdim. Soruşmuşdu ki, siz harada təhsil alırsınız, demişdim Tibb Universitetində. Məsləhət görmüşdü ki, siz elə öz sahənizdə işləsəniz yaxşıdır. Mən də dedim nəyinizə lazımdır axı.

Seçimdə başladılar suallar verməyə, ay evə tez gələ bilməyəcəksiniz, filan... Mən də bütün suallara cavab verirəm, nə deyirlər problem yoxdur deyirəm, fikirləşirəm kimdir e, məni seçən. Dedilər ikinci seçimə qatılacaqsan. Çıxdım çölə məktəb yoldaşıma, “sinifkom”a zəng vurdum, deyirəm ATV-dəyəm, bəs vəziyyət belədir, mən nə danışım maraqlı olsun. Dedi, sənin orda nə işin var?! Cavab verdim “eh, yaxşı sağ ol”. Hazırcavab olduğuma görə bəyənildim.

Qardaşımın qorxusundan efirə çıxa bilmirdim”

... Düz iki aydan sonra anam bildi ki, mən televiziyaya işə gedirəm. Qardaşımın qorxusundan efirə çıxa bilmirdim. Lakin beynimdə bir an qərar verdim ki, efirə çıxmalıyam. İnsanın qəribə özünü təsdiq forması olur. Ümumiyyətlə, insanın həyatında bir çox hallarda elə hadisələr baş verir ki, o, sonradan uğurlara təkan verir. Mən uğurlarımın çoxuna belə təkanlar nəticəsində nail olmuşam. O vaxt aparıcımız Zümrüd də ərə gedirdi. Onun yerinə çıxmaq istədim. Zaur Baxşəliyev məndən soruşdu ki, sən niyə mənə demədin ki, efirə çıxmaq istəyirsən. Çünki inanmırdım, indiyədək əlimdə mikrofon yox, bormaşın tutmuşdum. Birinci çəkilişdən sonra dedilər səhər efirə çıx. Deyə bilməzdim ki, görünüşüm mükəmməl idi. Mən əvvəlki görüntülərimə baxanda indi də düşünürəm ki, bu nə idi!.. Fikirləşirəm ki, bəlkə o vaxtkı dövr üçün maraqlı idim. İnsan böyüdükcə zövqü formalaşır. Nəticədə belə alındı. Həyatım istədim istəmədim belə alındı.

“Ağlıma da gəlməzdi ki...”

... Əslində şən insanam. Çox yaxşı parodiya etməyi bacarıram. Evimizə qonaq gəlib gedəndən sonra qapıdan çıxan kimi başlayıram parodiya etməyə. Lakin komplekslərim vardı, televiziya gəlməzdən öncə özümə məhdudiyyətlər qoymuşdum. Faiq Ağayevi konsertlərdə görürdüm. Ağlıma da gəlməzdi ki, nə vaxtsa qonağım olacaq, ona sual verəcəm. Heç yadımdan çıxmaz, həkim işlədiyim vaxtlar idi, Faiq Ağayevin konsertinə getmişdim. O vaxt bir qadın səhnəyə çıxdı və ona gül verdi. Faiq Ağayev üzünü turşudaraq, “Gucci? Nifrət edirəm o ətirə!” - dedi. Fikirləşdim ki, bu qədər insanın arasında xanıma bu sözü demək olarmı? Üstündən keçəndən sonra “Ulduz oldun” proqramımda açıqlama aldım. Sən demə, qadın bambaşqa bir hadisə ilə Faiq Ağayevin yaddaşında qalıb. Xanım onu o qədər bezdirib ki, sonda bu sözü eşitməli olub.

“Heç vaxt olmayıb ki, beş il ərzində hansısa səbəbdən efirə çıxmayım”

... Heç vaxt olmayıb ki, işə gecikəm. Bir dəfə qar yağmışdı. Ora maşının gəlməyi, yuxarı qalxmağı dəhşət idi. Maşın sifariş etdim, tros bağladılar. Heç yerdə işıq yanmırdı, yolboyu qaranlıqda gəldim. İşə operatorlardan cəmi bir nəfər gəlmişdi. Amma çıxdıq efirə. Maşallah olsun, heç vaxt olmayıb ki, beş il ərzində hansısa səbəbdən efirə çıxmayım.

“Şirkətin koridorunda halım pisləşdi, yerə yıxıldım”

... İki ay əvvəl zəhərlənmişdim. Şirkətin koridorunda halım pisləşdi, yerə yıxıldım. Xəstəxanada müayinədən sonra birbaşa işə qayıtmışdım. Qanımda zəhərlənmə var idi. Bədənim, üzüm, bütün hamısı şişmişdi. İynələrin təsirindən mən yatmaq istəyirdim. Dedim, meyitim də olsa, mən gedirəm. Üzüm şişib, həmin günü də “Ulduz oldun”a çıxmalı idim. Allaha yalvardım, sən mənə möhlət ver, verilişi çəkəndə şişkinliyim azalsın. Verilişi çəkdim, bitdi və qəribə bir şeydir, yenə üzüm şişdi. Ondan sonra bir neçə gün xəstəxanaya getdim gəldim.

“Telefon danışığımızı icazəsiz efirə verdim”

... “Xalq parad” verilişi idi. O dönəmdə qonağım Ədalət Şükürov olmalı idi. İzzət Bağırov mənə zəng vurdu. Etmədiyim bir şey idi - indiyədək bunu etməmişdim - nə məktəbdə, nə universitetdə... Satqınlığı bacarmıram. Lakin Ədalət qonağım olanda İzzətlə telefon danışığımızı icazəsiz efirə verdim. Bu şok bir şey idi! Sonra vaxt gəldi, o hərəkətimə görə, çox peşman oldum. Veriliş onsuz da reytinqli idi, bunu etmək lazım deyildi. Buna görə, İzzətə dedim, halal elə uşaqlıq idi. Dedi, səni başa düşürəm.

“O veriliş yadıma düşəndə hələ də şok oluram”

... Flora Kərimova ilə bir verilişim olmuşdu. O veriliş yadıma düşəndə hələ də şok oluram. Ona bir sual verdim və şok cavab aldım. Çünki elə şeylər var ki, onu heç kimə deməyə cəsarətin olmur... Çox sağ olsun, səmimi oldu. O, həkim kimi məsələyə yanaşdı və mənim sualımı cavablandırdı.

“Onu pərt elədiyimə görə sonralar çox pis olmuşdum”

... Rəqsanəyə latın qrafikası ilə yazılmış cədvəl vermişdim ki, oxusun. Onu pərt elədiyimə görə sonralar çox pis olmuşdum. Hətta bir veriliş var idi, orada da onun köhnə və yeni şəklini göstərmişdim.

“O qədər bağlıyam ki, o bağlılığı heç bir şeylə əvəz edə bilmərəm”

... Məndə qəribə bağlılıq var. Biz işdə evdən çox oluruq. Ev əşyalarımız belə işdədir. Fincandan tutmuş ev ayaqqabısına qədər. Evdəkilərdən çox işdəkiləri görürük. Və mən işdəkilərə o qədər bağlıyam ki, o bağlılığı heç bir şeylə əvəz edə bilmərəm. Mən işdə də rahat olmaq istəyirəm. Axı, bu mənim həyatımdır. Deyə bilmərəm, bəlkə ailə qurandan sonra başqa cür olacaq. Lakin indi həyatımın 20 faizi şəxsi həyatımdı. Qalan 80 faizi mənim işimdir. Oradakı insanlar mənim üçün çox vacibdir.

“Məni zibil atmağa belə göndərməmişdilər”

... Türkiyəyə gedəndə barəmdə çox danışdılar, bir çox şeylər oldu, bunlara cavab vermədim. Və danışmadım. O dövrdə qəribə bir şey baş vermişdi, deyirlər niyyətin hara, mənzilin də ora. Bütün tanışlarıma deyirdim, mən xaricdə yaşamaq istəyirəm, necə edim ki, xaricə gedim. Dostum, stilistim Elnur da deyirdi at başından ay qız, niyə getmək istəyirsən axı? Bəlkə nəyisə dəyişmək istəyirsən? Ondan əvvəl də Rusiyada yaşamaq istəyirdim. Maraqlı bir şey oldu, o ərəfələrdə bir çox təkliflər var idi. Axı mənim üzərimdə çalışan insanların əməyi var. Özüm də dişimlə-dırnağımla bu yerə gəlmişəm. O zaman da Ramazan ayı idi, hər gün səcdədə dua edirdim ki, İstanbula gedim. Çünki ondan əvvəl ötən yay İstanbulda yay tətilimi etmişdim və oraya vurulmuşdum. Yaşamaq istəyirdim. Bir gün işdə mənə dedilər xarici pasportun varmı, səni Kanal “D”-yə göndəririk. Qəribə oldum. Düşündüm ki, Ramazanda Allah insanlara niyyətlərini göndərir. Bildirdilər ki, qayıdanda öz şirkətinə qayıdacaqsan. Evlə, maşınla təmin olunursan və ayda bir dəfə evə gəlmək üçün bilet pulun verilir. Kanal “D” təcrübəsi bir yuxu, nağıl idi. Bir çox insanlar o verilişi mənə yaraşdırmadılar. O vaxt gördüm ki, azərbaycanlı aparıcının xaricdə iş görməsi üçün çoxlu şərait lazımdır. Bunu işlədiyim kanal mənim üçün təmin etdi. Haçan görəcəkdim Bəyazla bir yerdə qrim olunmağı, Uğur Dündarı, Seda Sayanı, Esra Ceyhanı. Əsl ulduz həyatı yaşayırlar. Onlarla bir yerdə qrim olunmaq belə mənim həyatımda maraqlı dönəm idi. Çünki elə bir ailədə böyümüşdüm ki, məni zibil atmağa belə göndərməmişdilər.

“Elə bil kimsə götürüb məni yuxarıdan yerə çırpdı...”

... Efir məni heç dəyişdirməyib. Elə bilirdim ki, dəyişmişəm. Sən demə heç dəyişməmişəm. Bu yaxınlarda biri mənə məktub yazıb. “Yağ kimi”yə çəkilmişdim. Demişdim ki, yemək bişirirdim, tələbə yoldaşlarım bizə qonaq gəlirdilər və deyirdilər ki, əlim dadlıdır. Birdə gördüm mənə məktub gəlib. “Nə yaxşı adımız çəkdin efirdə”. Düşmən məktubuna bənzəyirdi. Açdım “facebook” səhifəsini görüm kim yazıb, görürəm uşaq şəkilləridir. Biz o vaxt dörd rəfiqəydik. Onların bütün xeyir işlərində iştirak etmişəm, övladları anadan olanda gedib görmüşəm. Türkiyədə yaşayandan sonra hansındansa məktub gəlib, mənə “ulduz xəstəsi” filan yazıblar, mən tanımadan cavabında yazmışam ki, belə səviyyəsiz məktublara cavab vermirəm. Sən demə o dörd qızdan biri yazıb.

Ondan sonra tapdım ki, bu xanım kimdir. Çox istədiyim biri idi. Boyu ilə də seçilirdi. Mən onun qucağında otururdum, guya o mənim anam idi – zarafatlaşırdıq. Deyirdim sənin oğlun olacaq, qızımı ona verəcəm.

İndi yenidən bu məktubu görəndə onun mənə yazdığı qəddar məktubu unutdum. Monitorun arxasında necə ağlayıram indi... Şəkillərə baxıram, tələbəlik şəkillərimizi yerləşdiriblər, məndən başqa hamını etiketləyiblər... Hamı danışır, mənim adımı çəkmirlər. Yazdım ki, rəhmətə getmişəm ki, adımı çəkmirsiniz?? Sadəcə kobud cavab vermişdim. Elə bil kimsə götürüb məni yuxarıdan yerə çırpdı... Mənim ən azı sizə pisliyim dəyməyib. Allah hamınızı xoşbəxt eləsin, yerbəyer olmusunuz, vaxtında ailə qurmusunuz. Övlad sahibi olmusunuz, hər xeyirli gününüzdə iştirak etmişəm. Nə haqla mənə qarşı belə qəddar ola bilərsiniz? Mənə o qədər pis toxunmuşdu ki... Bəlkə də uzaqdan deyə bilərsiniz, nə var ki, üstündən keç. Axı niyə?? Onlar mənim həyatımın 6-7 ilini tutan insanlardır. Yazdım ki, bəli mən ulduzam!

“İstəmirəm ki, övladım sabah dünyaya gələndə kinayə ilə desinlər...”

... Aparıcı olmamışdan əvvəl də məsuliyyətimi bilirdim: adını doğruladacaqsan. Özümü çox şeydən məhrum etmişəm. Oturub durduğum insanları seçirəm. Hər halda, ünvanıma deyilən fikirləri gülüşlə qarşılaşıram. Hər şey nəfsə bağlıdır. Nəfsimə qalib gəlməyi bacarmışam. Populyarlıq mənə xələl gətirməyib bu səbəbdən. Mənə nə lazımdı - nail olmuşam: heç vaxt gözləmədiyim televiziya, xaricdə yaşamaq, xudmani maşınım var, onu da sürürəm. Mənə bu dəqiqə ailə maraqlıdır. Təmiz ailəmə xələl gətirəcək heç bir şey lazım deyil. Özüm ailəmə görə, heç vaxt utanmamışam. İstəmirəm ki, övladım sabah dünyaya gələndə kinayə ilə desinlər ki, “hah, Nanənin övladıdır...”

“Yaxşı qız adına söz çıxartmaz”

... Deyirlər ki, televiziya mühiti çirklidir. Heç kimə məcburiyyətlə heç nə etdirmək olmaz. Televiziyada o qədər namuslu əxlaqlı qızlar çalışır ki! Çoxu da televiziyada ailə qurublar. Heç nəyə nail ola bilməyənlər və uğursuzluğuna bəraət qazandırmaq istəyənlər belə fikirləri səsləndirirlər. Elə şey olmayıb, yoxdur. Mənə elə gəlir, yaxşı qız adına söz çıxarmaz.

“Ayaqlarım əyri imiş, düzəltdirmişəm”

... Haqqımda gəzən son şayiə o idi ki, guya botoks vurdurmuşam, əməliyyat etdirmişəm. Bu günədək təkcə burnumu əməliyyat etdirmişəm. Əməliyyatdan öncə də, burnum böyük deyildi. Sadəcə arıqlamışam. Yanaqlarım da çuxura düşüb. Həkimlər dəfələrə proqrama gəlir, deyirəm baxın, ən düzünü siz bilirsiniz. Anamın da cizgiləri belədir. O gün “Xalq parad”a baxıram. Əvvəllər yumru sifət olmuşam. Düzünə qalsa, gözümü dartdırmaq istəyirdim, dedilər çapıq qala bilər, qorxdum, etmədim.
Guya ayaqlarım əyri imiş düzəltdirmişəm...

“...Röya bir qışqırıq saldı, gəl görəsən”

... “Bizim səhər”də Zaurla hər gün bir maraqlı hadisə yaşayırdıq. Zaurun ideyası idi, proqramda Röyaya şar bağlamışdıq. O suala cavab verə bilməyəndə nasosla şarı şişirdirdik. Şar da sən demə qalın, partlamayan imiş. Axırda məcburən partlatdıq, Röya bir qışqırıq saldı, gəl görəsən...

“Necə ağlayıram, xəbəri də yoxdur ki, öz günümə ağlayıram”

... “Xalq parad”da bir dəfə şok keçirdim. Lalə Məmmədova verilişə gəlmişdi, verilişə beş dəqiqə qala müğənnilərin onun haqqında səslənəcək fikirləri pozulmuşdu. Və məni infarkt vurmuşdu, ürəyim partlayırdı, gözümdən yaş gəlirdi. Lalə “Məktəb illəri”ni oxuyur, mən də necə ağlayıram, xəbəri də yoxdur ki, öz dərdimə ağlayıram. Get-gedə verilişin sonuna qədər yenidən həmin səsyazmaları bərpa elədilər.
Bir dəfə də radioda işlədiyim vaxtlar idi. İşıqlar sönmüşdü, təzədən efirə qayıdanda telefon qulağımda xəbərsiz rəfiqəmlə danışırdım.

“Gözləmədiyim halda Kanal “D” kollektivi tortla içəri girdi”

... Türkiyədə olanda heç kimə deməmişdim ki, doğum günümdür. Hər il doğum günümdə kövrəlirəm. Gözləmədiyim halda Kanal “D” kollektivi tortla içəri girdi. Çox kövrəldim, hətta ağladım.

“Anam belə şey görməyib axı, təəccüblə baxırdı”

... Üçgünlük istirahətə getmişdim. Bu yaxınlarda fanatım gəlmişdi, qapının ağzında ağlayırdı, anam da elə şey görməyib axı, təəccüblə baxırdı ki, mənim qızımdan ötrü kimsə ağlayır...

“Onun sadiqliyinə məəttəl qaldım”

... Bir sadiq tamaşaçım var, adı Sənandır. Türkiyəyə getdim, qayıtdım, məni unutmadı. Bu yaxınlarda əməliyyat olundu, Allah şəfa versin, getdim yanına. Bir dənə onun sadiqliyinə məəttəl qaldım.

“Həmişə özüm-özümlə danışıram”

... Son vaxtlar fikirləşirəm ki, ailə qurmaq istəmirəm. Alqışlayıram o qızı ki, ailə qurmağı düşünür. Qızımı elə tərbiyə edəcəm ki, 19 yaşında ailə qurmaq haqqında düşünsün.

“Bərkdən danışmağımı həmişə irad tuturlar”

... Bərkdən danışmağımı həmişə irad tuturlar. Aşağıdan danışanda elə bilirəm ki, əhvalım yoxdur. Bir dəfə Fidan Hacıyeva dedi səsin var, oxuya bilərsən. Qışqırmıram, tembrim odur.

... Heç vaxt mənə hədiyyə göndərməyiblər. Evlilik təklifi etməyiblər. Çiçək olub, gəlib televiziyada, aşağıda qalıb. Xəbər göndəriblər.

... Həmişə özüm-özümlə danışıram.

... Mən valideynlərimə layiq olduğu həyatı yaşatmaq istəyirəm. Onlara sevgimi göstərə bilmirəm, öpməyə qorxuram. Qohumum varsa da, güvənə biləcəyim ailəmdir.

... 19 yaşında şok yaşadım. Gərək bu qədər tez yaşamayaydım. Qəribə bir şey var, həmişə mənə deyirlər, gözlərin ağlayır.

... Nəyisə çatdırmamaqdan qorxuram.

... Heç vaxt televiziyadan iyrənməmişəm. Hər şey insanın özündən asılıdır.

... Çox şey istəyirik, zaman keçdikcə o arzuları ixtisara salırıq.

... Kasıb olmamışam, varlı da olmamışam. Amma istəyirəm ailəmə maksimum həyatı yaşadım.

... Qardaşımın itkisi həyatımı çox dəyişdi. O sağ olsaydı, bambaşqa bir həyat məni gözləyirdi.

... Televiziyanın müsbəti o qədər çoxdur ki, mənfini görmürəm. Mən “karyeristka”yam.

... Nəyisə dərd etməyi sevmirəm. Necə həll etməyi düşünürəm.

... Məni televiziyadan görüb bəyənən çoxdur.

... Televiziyada sərbəstliyi Zaurdan öyrənmişəm. Əvvəllər kompleksim var idi.

... Efirə getməyən proqramlarım var. Onlar məndə arxivdədir. Nə vaxt lazım olsa, yəqin ki, üzə çıxaracağam.

... Şou aləmimdə düşmənim yoxdur. Bir şeyə həyatda nail oluramsa, o mənim üçün marağını itirir. İtirmirsə, mən ondan bərk yapışıram.

... Nə dəyişib ki, həyatımda? Sadəcə tanıyırlar.


Geri dön

H.o.S.t _ FaNaTka

  • 24 oktyabr 2011 03:30
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
oxumadım səbrim çatmadı

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

Inciciceyi

  • 6 oktyabr 2011 09:11
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
ewitmiwdim bu xeberi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

sweet__love

  • 6 oktyabr 2011 00:04
  • Məqalə: 0
  • Şərh: 407
  • Bal:
{awards}
tesekkurler

qara07

  • 5 oktyabr 2011 19:16
  • Məqalə: 0
  • Şərh: 47
  • Bal:
{awards}
xebere gore twk

..::Nice Lady::..

  • 5 oktyabr 2011 17:52
  • Məqalə: 0
  • Şərh: 156
  • Bal:
{awards}
yarsin oxudum yarsinda bow vaxdim olanda oxuyaram onsuzda zehlem gedir bundan. angry

--------------------
....Ya ümidsizsiniz, ya ümid sizsiniz, Ya çarəsizsiniz, ya çarə sizsiniz....

Delya_91

  • 5 oktyabr 2011 17:38
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
mene maraqli deyil

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

sevgi yalandir

  • 5 oktyabr 2011 17:33
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
hmmmmmmmmmmmm

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Enerelen

  • 5 oktyabr 2011 17:29
  • Məqalə: 108
  • Şərh: 987
  • Bal:
{awards}
oxudum yarisin karizmatik deyil sac ustasi bunu aldadib.birde bow yere gulmeyi var ha ele eseblewirem am .ele bil at kiwniyir)))

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.

_LiLaC_

  • 5 oktyabr 2011 17:27
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
menasiz ve lazimisiz xeberdi

--------------------
Həyat - həmişə gələcəyin yalnız sənin qərarlı seçimlərindən asılı olaraq dəyişdiyi anı gözləməkdir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 27

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}