Sizi utandıracaq kompleksiniz

 
Sizi utandıracaq kompleksiniz

Hər bir insanın yaşının hansısa dövründə, bəlkə də bir ömür boyunca üzərində daşıdığı bir kompleksi olur. İstər davranışında, istərsə də xarici görünüşündə qüsur bildiyi o kompleks bəzən o qədər şiddətli ola bilər ki, o, həyatdan təcrid oluna, insanlardan tamamilə uzaqlaşa bilər. Əlbəttə, bu artıq psixoloci durumdur və müalicəyə ehtiyacı var. Bu qədər dərinləşməsə də, amma bizi narahat edən komplekslərdən çoxlarımız azad deyilik. Bu səbəbdən bəziləri virtual dunyadan, virtual tanışlıqdan daha çox asılıdırlar. Öz xarici görünüşündən narazı olanlar üçün komputerin qarşısında oturub ünsiyyət qurmaq daha rahatdır.

Əksinə, bəzən də elə kompleksiz insanlarla qarşılaşırıq ki, heyrətlənməyə bilmirsən. Hər hansı qüsurunu utanmadan açıq-akar nümayiş etdirən şəxslərə sözün əsl mənasında qibtə etmək olar. Şübhəsiz ki, kompleksi olmayanlar yaxşı mənada özündən razı, özünü sevən insanlardır. Bu təqdirə layiq haldır. Amma təəssüf ki, əksəriyyətimiz istəsək də, o komplekslərdən azad ola bilmirik.
İstənilən mövzunu müzakirəyə qoyarkən, orada mütləq öz düşüncələrim, şəxsi mövqeyim də yer alır. Birinci özüm mövzuya münasibət bildirirəm ki, digərləri də baxıb cəsarətlənsinlər

Hər bir xanım kimi mənim də kompleksim gözəllik… Hər il ötdükcə yaşım artır deyə dəli oluram. Heç yaşlanmaq istəmirəm. Düşünürəm ki, qocalsam, dərim qırışsa, üzüm yaşlansa mən nə edəcəm? Yəqin ki, bütün plastik əməliyyatları sınaqdan keçirəcəm . «Gözəllik sirləri» seriya kitabların müəllifi olmağım da yəqin bu kompleksdən doğub.

Digər kompleksim boyumdur. Mənim üçün yolda ayaqqabımın dabanının qırılması yəqin ki, ən böyük faciə olar. Amma, illər keçdikcə görəndə ki, heç boyuma fikir verən yoxdu, əksinə aşiqlərim hamısı hündür boylu oğlanlardır, özümə güvənim bu kompleksə düşkünlüyümü bir az azaltdı. Amma, təbii ki, tamamilə keçmədi. Nəinki özümdə bu eyibi görürəm, ümumiyyətlə boyu balaca oğlanlar da heç vaxt diqqətimi çəkməyib. Çox yox, cəmi 10 sm hündür olmaq istərdim.

Mən cəsarətlə öz komplekslərimdən söz açdım. Bəs, sizin kompleksləriniz nədir? Nəyi özünüzə dərd edirsiz, nəyi dəyişmək istərdiniz? Yoxsa, «məndən gözəli yoxdur» deyib heç nəyə əhəmiyyət vermirsiz?


Geri dön

L_SimuS

  • 7 yanvar 2011 15:44
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
tewekkur eziyyete gore

Just For Legend

  • 5 dekabr 2010 18:23
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
xebere gore minnettaram

--------------------

Azeri_Gozeli

  • 1 oktyabr 2010 15:36
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
Ulya,
dangerous_angel,
Mr_Unlimited,

love

--------------------

Mr_Unlimited

  • 29 sentyabr 2010 23:57
  • Məqalə: 427
  • Şərh: 2840
  • Bal:
{awards}
maraqli movzudu. tewekkurler.

Ulya

  • 29 sentyabr 2010 19:12
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
Hər bir xanım kimi mənim də kompleksim gözəllik…
canim cox sagfol xebere gore.ellerine sagliq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 51
Cəmi: 68

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}