Peyğəmbərimizin (s.a.v) doğulması

 
Peyğəmbərimizin (s.a.v) doğulması

Peyğəmbərimizin (s.a.v) doğulması

Peyğəmbərimizin (s.a.v) doğulması


Peyğəmbərimiz (Səllallahu Aleyhi və Səlləm) Məkkədə Haşim oğulları məhəlləsində, Rəbiül-Əvvəl ayının doqquzu və ya on ikisinə, bazar ertəsi gününün səhəri, "Fil ilində" dünyaya gəlmişdir. Doğulmağının Rəbiül-Əvvəl ayının doqquzunda olmağı gerçəyə daha uyğun, on ikisi isə daha məşhurdur. Bu miladi, 571-ci ilə təsadüf edir.
Onu (Səllallahu Aleyhi və Səlləm) Əbdür-Rəhman b. Auf``un (radiyəllahu anhu) anası, Amrın qızı Şəfa (anası Əminədən) doğuzdurmuşdur. Anası Əminə onu bir nur topu olaraq dünyaya gətirmişdir. Şam sarayları onun bu nuru ilə aydınlanmışdır. Doğuş müjdəsi babası Abdul-Muttalibə çatdıqda çox sevindi. Qaçaraq gəlib onu qucağına aldı.Kəbəyə aparıb orada Allaha şükür və dualar etdi. Mədh edilməyi, öyülməyi ümidiylə ona öyülən mənasını verən "Məhəmməd" adını qoydu. Onun üçün sədəqə payladı. Doğulmağının yeddinci günündə onu sünnət edərək, ərəblərdə adət olduğu kimi böyük bir ziyafət verərək nəvəsinin şərəfinə insanları doyuzdurdu.
Məhəmməd (Səllallahu aleyhi və Səlləm)`ə xidmətçiliyi və mürəbbiyyəçiliyi atası Abdullahın xidmətçisi Ümmü Əymən üzərinə götürmüşdü. Ümmü Əymən, müsəlman olana qədər yaşadı, hicrət etdi və Peyğəmbərimizdən beş və ya altı ay sonra vəfat etdi.

Peyğəmbərimizin (s.a.v) doğulması

Süd anası dövrü


Anası Əminədən sonra onu ilk əmizdirən Əbu Ləhəbin köləsi Süveybədir. Süveybə öz oğlu Məsruhla birlikdə Peyğəmbərimizi də əmizdirdi. O, hələ əvvəllər Həmzə (radiyəllahu anhu) və Əbu Sələmə b. Abdul-Əsəd əl-Məhzumini əmizdirmişdi. Dolayısıyla, onların hər ikisi də onun (Səllallahu Aleyhi və Səlləm) süd qardaşlarıdır.
Əbu Ləhəb, köləsi Süveybəni Peyğəmbərimizin doğulması müjdəsi olaraq sevincindən azad edib hürriyyətinə qovuşdurmuşdu. Ancaq, sonralar Əbu Ləhəb İslam davasının başlamasıyla Peyğəmbərimizin ən şiddətli düşməni olmuşdur.

Peyğəmbərimizin (s.a.v) doğulması

Səd oğulları arasında


Ərəblər, təzə doğulmuş uşaqlarını əmizdirmək üçün düzənlik ərazilərə göndərməyi adət halına gətirmişdilər. Beləcə uşaqlarının çöl iqlimində böyüyərək, daha sağlam və güclü olmalarını, eyni zamanda da qarışıqsız Ərəb nitqini öyrənmələri məqsədini güdürdülər.
Allah (Cəllə Cəlaluhu) Məkkəyə, Bəni Səd b. Bəkr b. Həvəzan qəbiləsindən bir sıra süd əmizdirici qadınların gəlməsini təqdir etdi. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`i bu qadınlara təqdim etdilər ki, ona süd əmizdirsinlər, ancaq onlar, bir yetim almaq istəmədiklərini bildirərək onu götürmədilər. Onlardan biri olan Əbu Züveybin qızı Həlimə onu götürdü. Beləcə, digərlərinin bilmədən geri çəkildiyi qismət ona nəsib oldu.
Həlimənin atası Əbu Züveybin adı Abdullah b. əl-Harisdir. Ərinin adı isə; əl-Haris b. Abdul-Uzzadır. Hər ikisi də Səd b. Bəkr b. Həvəzan qəbiləsindəndirlər. Harisin uşaqları və eyni zamanda Peyğəmbərin süd qardaşları bunlar idi : Abdullah, Ənisə və Cüdamə. Cüdamə, Şeyma olaraq tanınır.b Şeyma olan ləqəbi adından daha çox tanınmışdır. Şeyma o dövrdə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ə baxmaqla və onu qorumaqla xidmət etmişdir.

Peyğəmbərimizin (s.a.v) doğulması


Geri dön

xedice27

  • 6 oktyabr 2011 18:20
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
oxumusdum,yene oxudum,cox tesekkur edirem.

Ay Üzlü

  • 6 oktyabr 2011 16:57
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah senden razi olsun bacim.
Cox gozel xeberdi men her Peygemberin heyatini oxuyarken gozlerim tey dolar.Bizim bawimiza bir hadise gelen kimi wikayet edirik oysaki en gozel mominin bawina neler gelir yenede o Allahin dergahindan berk-berk yapiwib ne olursa olsun ezimli duruwuyla muselmanlara esil ornek olubdur.
Allahin Səlat və Salami Hz. Muhammed(s.a.s) olsun

sevgi yalandir

  • 6 oktyabr 2011 16:02
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
Sitat: sweet__love
bunu oxumusam cox sagolun


--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

sweet__love

  • 6 oktyabr 2011 11:29
  • Məqalə: 0
  • Şərh: 407
  • Bal:
{awards}
bunu oxumusam cox sagolun

Inciciceyi

  • 6 oktyabr 2011 09:23
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
ALLAH razi olsun/ yaziya gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 16
Cəmi: 34

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}