Sirat körpüsü

 
Sirat körpüsü

Səni dəhşətə salan qorxu ilə və öz zəif bədəninlə Sirat körpüsünün üzərindən keçməyini təsəvvür et! Əgər qəzəbə tuş gəlmiş və bağışlanmamısansa, birdən-birə ayağının Siratdan sürüşdüyünü görərsən. Əgər Allah səni qorumazsa, ayağın Siratın üzərində sürüşərkən halını düşün. O zaman öz-özünə ″ Əbədi olaraq məhv olub getdim!″ deyərsən. Ağlın çaşar. Sonra o biri ayağın da sürüşər. Başı aşağı yuvarlanarsan. Ayaqların Siratdan birdəfəlik üzülər. Dəmir qarmaqların dərinə və ətinə batmasından başqa bir şey hiss etməzsən. Onlar vasitəsilə atəşə doğru dartılarsan. Atəş isə sənin üzərinə amansızcasına hücum edər.

Cəhənnəm öz Rəbbinin qəzəbi üzündən qabarmış, şahə qalxmış bir haldadır. Atəş səni çəkdikcə, sən Siratdan daha aşağıya doğru enərsən. Atəşin hərarətini hiss etdiyin anda ″Məhv oldum! Həlak oldum!″ deyə fəryad edərsən. Peşmanlıq və təəssüf bütün qəlbini bürümüşdür. Hələ ölməmişdən əvvəl və dünyada ikən Əziz və Cəlil olan Allahı razı etməyi, Onun xoşlamadığı hər şeydən əl çəkməyi və beləcə də səni bağışlamasını əbəs yerə təmənna edərsən.

Nəhayət sən atəşin ortasına çatınca alovlar sənin üstünü tamamən örtər. Ürəyinin həsrət və müdhiş bir peşmanlıq hissi son nöqtəsinə çatar. Sən Cəhənnəmə atıldığın anda bişərsən. Üzüquylu Cəhənnəmə yuvarlanaraq fəryad və fəğan etdiyin anda Əziz və Cəlil olan Allah Cəhənnəmdən ″Doldun mu?″ deyə soruşar. Sən həm Cənabı Haqqın səslənməsini, həm də Cəhənnəmin bu cavabını eşidərsən: ″Yenə də var mı?″ (Qaf surəsi: 30) Sən atəşin içində ikən, alovlar vücudunu bürümüşkən və bütün bədənin başdan-başa yaralar içində ikən Uca Allah:

″Boş yerin var mı?″ deyər. Sonra çox keçməz ki, vücudun axar, ətlərin tökülər, sadəcə sümüklərin qalar. Daha sonra atəş daxilinə hücum edər. Orada nə varsa, hamısı yeyib qurtarar. Sən fəryad edərsən, atəş isə ciyərlərinin içinə girər. Ciyərlərinin halını təsəvvür edə bilərsən? Sən ağlayaraq peşmançılığını hayqırdığın anda belə artıq sənə heç kimin yazığı gəlməz. Bir daha günaha dönməyəcəyinə söz verib tövbələr etsən də, nə tövbən qəbul edilər, nə də fəryadına bir cavab verilər.


Geri dön

_RONALDO_

  • 13 mart 2011 10:43
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Super!Cox sag olun

--------------------

L_SimuS

  • 7 yanvar 2011 15:42
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
men bu weylere inanmiram

amma yene de tewekkurler

Just For Legend

  • 5 dekabr 2010 18:22
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
xebere gore minnettaram

--------------------

Azeri_Gozeli

  • 1 oktyabr 2010 15:35
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
maraqli idi cox sag ol yorulmayasan

--------------------

Ulya

  • 29 sentyabr 2010 19:12
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol bele maraqli xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 103

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}