Дизайн промо сайтов профессиональный дизайн промо сайта.

Titanik haqqında bilmədikləriniz

 
Titanik haqqında bilmədikləriniz

Bütün zamanların ən məşhur sərnişin gəmisi olan “Titanik” ən böyük dəniz faciəsinə yol açması ilə
tanınır. Ancaq yüzlərlə insana məzar olan nəhəng gəminin batması haqqında hələ də üstü açıllmamış sirlər var.
Amerikalı yazıçı Morqan Robertson 1861-ci ildə doğulub. Gəncliyində dənizçi olub, sonra almaz eksperti kimi işləyib. Oxuduğu bir hekayədən sonra isə yazıçı olmağa qərar verir. İlk hekayəsindən 25, sonrakı 10 əsərindən isə 1000 dollar qazanıb.1897-ci ildə dənizçilik haqqında yeni əsər yazmağa başladı.
“Dənizçi möhkəm qışqırdı. Aysberq. Dərhal kapitana xəbər verildi və gəmiyə geri qayıtmaq əmr edildi. Ancaq gəminin sürətini azaltması üçün zaman lazım idi. Aysberq isə yaxınlaşırdı. Aşağıdan əylənən insanların səsi eşidilirdi. Buz dağı “Titan”a çatdı və ona sol tərəfdən zərbə endirdi. Zərbə yüngül idi. Kapitan dərin nəfəs aldı. Amma aysberq gəminin sualtı hissəsinə böyük zərbə vurmuşdu. Yara öldürücü idi”.

Titanik haqqında bilmədikləriniz

Bu, Robertsonun romanının bir hissəsi idi. Romana görə, gəmi batmağa başlayanda ilk öncə qadınlar və uşaqlar qayıqlara mindirilərək uzaqlaşdırılmağa başladı. Avropanın ən zəngin və tanınmış ailələrinin üzvləri bir biri ilə vidalaşmağa başlamışdı.
M.Robertsonun 1898-ci ildə romanı kiçik bir kitab kimi nəşr edildi. Kitabın adı isə “Boş yerə” idi.
Aradan 14 il ötdü və dünyanın ən lüks gəmisi hesab edilən, heç vaxt batmaz deyilən “Titanik” İngiltərədən yola çıxdı. 1912-ci il 14 apreldən 15-nə keçən gecə isə gəmi haqqında olan bütün ümidlər puça çıxdı. Okeanın ortasında qəfil qarşılarına çıxan buz parçası “Titanik”in “qatili” oldu. Həmin gecə Robertsonun romanından olan və yuxarıda qeyd edilən səhnə təkrarlanır. Ancaq təsədüf bununla bitmir.
Belə ki, romanda reallıqla üst üstə düşən bəzi başqa məqamlar da var idi.

Titanik haqqında bilmədikləriniz

1. “Titan” adlı gəmi İngiltərənin “Southampton” limanından yola çıxır. “Titanik”də eyni limandan səyahətinə başlayıb.
2. Romandakı gəminin uzunluğu ilə “Titanik” arasında cəmi 4 metr fərq var idi. “Titan” 248, “Titanik” isə 252 metr uzunluğunda idi.
3. İki gəminin çəkisi demək olar ki, yaxın idi. “Titan” 70 min, “Titanik” isə 66 min ton.
4. Hər iki gəminin üç pərvanəsi var idi.
5. Hər iki gəmidə 3 minə yaxın sərnişin var idi.
6. Həm romandakı, həm də real həyatdakı gəmidə sərnişinlərin arasında dövrün ən tanınmış, ən zəngin ailələrin üzvləri olub.
7. Robertsonun romanındakı nəhəng gəmi nə qədər təəccüblü olsa da, Nyu Foundland yaxınlığında, Şimalı Atlantikada aysberqə çırpılaraq batıb. “Titanik” də 14 il sonra eyni koordinatda eyni aqibətlə okeanın buzlu sularına qərq olub.
8. Hər iki gəmidə kifayət qədər ehtiyat xilasedici qayıq olmayıb. Bu da insan təlafatının sayını artırıb.
9. Gerçək qəzada 1513, romandakı qəzada isə 1500 nəfər ölüb və itkin düşüb.

Titanik haqqında bilmədikləriniz

Bunları bilirsinizmi?

“Titanik”də sərnişinləri ilə bərabər okean suları böyük miqdarda sərvəti də “udub”. Gəmiyə mindirirlənlərin qeydiyyatı dəqiqləşməsə də, orada qiymətli daşların, əsərlərin, hətta yeni maşınların olduğu bildirilir. Hətta sərnişinlərin bəzilərinin itləri də göyərtədə olub. Onlardan bəziləri 750 funt sterlinq dəyərində olub. Bu məbləğ bu gün 300 min funt sterlinqə bərabərdir.

“Titanik” yola başlayandan bir necə dəqiqə sonra kömür anbarında yanğın olub. Ancaq yanğının qarşısı alınıb.
Gəmi batmağa başlayanda ilk ordan uzaqlaşan xilasedici qayıqda cəmi 28 nəfər var idi. Ancaq qayıq 64 nəfər üçün nəzərdə tutulmuşdu.
Morqan Robertson 14 il sonra olacaq qəza barədə yazdığı kitabı uğur qazana bilmir və o, 1915-ci il, yəni “Titanik”in batmasından 3 il sonra, mart ayında ayaq üstündə infakt keçirərək dünyasını dəyişir. Ancaq o zaman ərzində heç kim onunla maraqlanmayıb, 1912-ci ildə baş verən hadisəni 14 il öncə necə yazmasını soruşmayıb. Bu təsadüfən ancaq 1980-cı ildə fərqinə varıldı. Ancaq tarixin qaranlıq səhifələrində itən bu uğursuz yazıçının sirrinin üstünü açmaq mümkün olmadı.
“Titanik”in sirri bununla yekunlaşmır. Gəmidə Ölənlərdən biri də ingiltərəli jurnalist Villiam T. Stead olub. Və o, ölümündən 20 il əvəll “Titanik” adlı hekayə yazıb. Bu hekayədə demək olar ki, əsl “Titanik” faciəsi əks edilib. Belə ki, onun səyahətə çıxdığı gəmi hekayəsində buz parçası ilə çarpışır. Amma jurnalist çətinliklə də olsa qəzadan xilas ola bilir. Təəssüf ki, hekayədən illər sonra baş verən qəza nikbin bitmir və gerçək “Titanik” onun həyatına son qoyur.
Ancaq “Titanik”lə bağlı əfsanələr bununla da son tapmır. Bəzilərinin fikrincə, gəminin batmasına Misirdən oğurlanan mumiyalardan birinin qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılması səbəb olub. Çünki bu, Allahların xoşuna gəlməyib və belə bir fəlakətə yol verilib.


Geri dön

VuSkA_248

  • 12 oktyabr 2011 12:53
  • Məqalə: 55
  • Şərh: 227
  • Bal:
Coox maraqli faktlardi. twk. xebere gore

--------------------
Heyat Incesenetin en Yaxshi Telebesidir...

111_Shawmn Michaelais_111

  • 8 oktyabr 2011 23:00
  • Məqalə: 250
  • Şərh: 1137
  • Bal:
{awards}
Çox maraqlı idi teşekkürler.Men boş yere demirem ki heyat bir sehnedi biz ise onun oyunçuları.Men inanıram ki ne vaxtsa men de kiminse eserinde baş rolda oynaya bilecem.

--------------------


_WITH YOU_

  • 8 oktyabr 2011 07:28
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
daha nə qaldı titanicdə olsun ?

sevgi yalandir

  • 7 oktyabr 2011 15:32
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
MELUMATA GORE TESEKKURLER

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

_Selinnn_

  • 7 oktyabr 2011 11:32
  • Məqalə: 9
  • Şərh: 285
  • Bal:
{awards}
MELUMATA GORE TESEKKURLER

Marina

  • 7 oktyabr 2011 11:30
  • Məqalə: 0
  • Şərh: 375
  • Bal:
{awards}
en xosladigim filmdi.facie ile qurtarir.dehsetdi.filmin kadr arxasi görúntúlerini de izlemisem.maraqli cox gözel cekilib.melumat aldim bu hazda tesekkúr.

--------------------
Men seninleyem sözùmù tuturam,tutacagam.Ebediyyete qovusan yolda."Ebedi seninem"! "Seninleyem menimsen menimlesen"!

MiLeyla

  • 7 oktyabr 2011 11:04
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
cox maraqli melumatdi

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Sirli Melek

  • 7 oktyabr 2011 10:27
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ÇOX MARAQLI MƏLUMAT İDİ. BU HAQDA BİLMİRDİM

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

L115A1

  • 7 oktyabr 2011 09:32
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
hmm bilirsiz men bunlari bilirdim muellimemiz bize daniwmiwdamma o dediki MORQAN ROBERTSONUN yazdigi bawqa hekayelerde bunun kimi olub yeniki ne yazib coxsu realda olub yaxwi yadima duwdu o bize EYNWTEYN baredede daniwdiferziyeye gore EYNWTEYNin cox guclu beyni varmiw o her weyi yox etmek bacariqina malik imiw bir weyi bir yerden bawqa bir yere gondermek bacariqina malik imiw ve alimler bunun bir sehir oldugunu zenn edib omu yoxlamaq qerarina gelib ve 1 geminin icine butun yuksek vezifeli heyyeti yigmiw ve bunun yox etme qabilyetini yoxlamiwlar ve EYNWTEYN gemini yox etmiw... hesablamalara gore gemi 1-san icinde dunyanin bir ucundan o biri ucuna getmiwdir ve bu geminin icinde olan insanlarda wuurunu itirmiwdir deyilene gore geminin icinde cox guclu maqnit dalgasi olmuw ve insanlar bundan wuurunu itirmiwdir (gemideki butun heyyet) ve hami EYNWTEYNden qorxmaga bawlamiw o ALLAHin varliginada bizden cox inanirmiw ona gore bunun bilgilerinin ne vaxtsa insanlarin eleyhine iwledilmesinden qorxaraq hec kime bilgi vermemiw...Deyilene goreEYNWTEYININ beyni indiyenedek saxlanilmaqdadir ))))hemde men ne vaxt bu filme baxdim men kederklenirem hec ozumde bilmirem nedendiye amma axirinda kederlenireme

--------------------

Leyla_Memmedova

  • 7 oktyabr 2011 08:33
  • Məqalə: 17
  • Şərh: 480
  • Bal:
{awards}
Maraqi xebere gore tewekkurler

--------------------
MənƏ SöZ AtanA MəN GüL AtıraM...AmmA MƏZARINA...

Zaurcik2011

  • 7 oktyabr 2011 02:26
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
bunlari bilirdim yenede emeye tesekkur

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

castle_walls

  • 7 oktyabr 2011 02:07
  • Məqalə: 0
  • Şərh: 581
  • Bal:
{awards}
cox maragli idi.cox sag olun.twkler.bezilerni bilirdim.bildiylerimde cox idi.oxudum oyrendim.twkler.

--------------------
Bu gunler bizim omrumuzden kecher
Menim son umidim achilan seher
Senin ellerin,menim elimden
Ayrilarag qovushar ebedi goylere..

Eltun_Zahidoglu

  • 7 oktyabr 2011 00:16
  • Məqalə: 30
  • Şərh: 115
  • Bal:
{awards}
cox gozel kinodu yeni melumatlar ucun twkler

-=ZED=-

  • 6 oktyabr 2011 23:45
  • Məqalə: 28
  • Şərh: 330
  • Bal:
{awards}
hmm gedim vodolaz kostyumu goturum gedim gemini axtarmaga belke bi wey tapdim =)))

--------------------
Onℒy ℊod can ℑυdℊℯ ℳℯ !!!

♥℘.s. I ℓ٥ﻻ ﻉ√٥υ♥

V_I_P

  • 6 oktyabr 2011 23:35
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
TITANIKDE HELEK OLAN INSANLARA ALLAH REHMET ETSIN.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

RADUQA

  • 6 oktyabr 2011 23:33
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
COX SAQOLUN....BU FILIM MENIM EN SEVIMLI FILIMLERIMDENDI.....COX MARAQLI XEBERDI...DOQURDANDA MEN BUNLAR BILMIRDIM...
TEWEKKURLER SIZE...!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}