Hz. Yusuf dövründəki misirli əzizin xanımı

 
Allahın Quranda diqqət çəkdiyi qadınlardan biri də Misirdə olan Əzizin arvadıdır. Hz.Yusuf qardaşlarının özünə qurduğu tələ nəticəsində kölə taciri tərəfindən bu Misirli Əzizə satılmışdır. Allah Quranda Əziz ilə arvadının Hz. Yusufu yanlarına götürmələrini belə xəbər verir:

Onu alan Misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək” – dedi. Beləliklə, Yusufu yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu (bunu) bilmir. (Yusuf) yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək (bacarığı) və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
(Yusif Surəsi, 21-22)

Allah Hz. Yusufu Əzizin yanına yerləşdirmiş və beləliklə də onu Misirdə məskun etmişdir. Hz. Yusuf Əziz və arvadının yanında böyümüş, yetkinlik çağına çatdığında isə Allah ona Qatından bir elm və hikmət vermiş, sözlərin izahını öyrətmiş, onu seçmiş və rəhmətiylə dəstəkləmişdir.

Allah həyatının bu dövründə Hz. Yusufu əhəmiyyətli bir sınaqdan keçirmişdir. Əzizin arvadı yanlarında qalan Hz. Yusufdan ayədə bildirilən ifadəylə “murad almaq istəmiş” və bu istəyini reallaşdıra bilmək üçün hiylə quraraq onu tələyə salmağa çalışmışdır. Bunun üçün olduğu yerin qapılarını möhkəmcə bağlamış və Hz. Yusufa istəklərini bildirmişdir. Hz. Yusuf isə haram iş görməkdən Allaha sığındığını söyləyərək qadından üz çevirmişdir.

Hz. Yusuf dövründəki misirli əzizin xanımı

Hz. Yusuf qadının bu hərəkətindən dönməsi üçün ona Əzizin vəziyyətini xatırlatmış, onun özünün əfəndisi olduğunu, onu məmnun etdiyini və yaxşı baxdığını söyləyərək əfəndisinə qarşı sədaqətsizlik etməyəcəyini ifadə etmişdir. Hz. Yusuf qadına zalımların qurtuluşa çatmayacağını də söyləyərək, bunun zalım davranış olacağını xatırlatmışdır. Allah Quranda Əzizin arvadının bu cəhdini və Hz. Yusufun ixlaslı rəftarını belə xəbər verir:

Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!” – dedi. O isə: “Allah uzaq eləsin! Axı (sənin ərin) mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” – dedi.
(Yusuf Surəsi, 23)

Allahdan qorxan və səmimi iman sahibi olan Hz. Yusuf Allahın köməyiylə Əzizin arvadının bu təklifini rədd etmiş və Allahın sərhədlərini qorumuşdur. Allah Hz. Yusufun bu rəftarını Quranda belə bildirmişdir:

(Qadın) ona meyl etmişdi. Əgər (Yusuf) Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır.
(Yusuf Surəsi, 24)

Hz. Yusuf bu qadından uzaqlaşmağa çalışarkən qadın əri Ilə qarşılaşmışdır. Əzizin arvadı bu anda bir daha hiylə işlətmiş və Hz. Yusufun iffətli və ixlaslı rəftarına baxmayaraq özünü təmizə çıxarmaq üçün Hz. Yusufa böhtan atmışdır. Hz. Yusufun özünə pis niyyətlə yaxınlaşdığını söyləyərək Əzizdən onun cəzalandırılmasını istəmişdir. Zindana atılmasından, ya da ağrılı-acılı bir əzabla əzablandırılmasından başqa variant olmadığını qarşıya qoyaraq, günahsızlığına şahid olduğu Hz Yusufun cəzalandırılması üçün Əzizi inandırmağa çalışmışdır. Allah Quranda bu hadisəni belə bildirir:

Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. (Qadın) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” (Yusuf Surəsi, 25)

Əzizə sədaqətsizlik edərək haram işləmək istəməsi, ardından da günahsız olduğunu çox yaxşı bildiyi halda yalan danışaraq Hz. Yusufa böhtan atması, Əzizin arvadının Allah qorxusundan məhrum və zalım xarakterə sahib olduğunu açıq-aşkar göstərir. Bütün bunlar eyni zamanda nəfsinin vicdanını necə örtdüyünü də göstərir.

Hz. Yusuf dövründəki misirli əzizin xanımı

Hz. Yusuf qadının bu vicdansız böhtanları qarşısında “Onun özü məndən murad almaq istədi.”
(Yusuf Surəsi, 26)

deyərək, Əzizə hadisənin doğrusunu söyləmişdir. Qadının yaxınlarından biri isə kimin doğru söylədiyinin aydın olması üçün belə bir təklif vermişdir:

(Yusuf) dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. (Qadının) ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, (qadın) doğru deyir, o isə yalançılardandır. Yox əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o isə doğru danışanlardandır”.
(Yusuf Surəsi, 26-27)

Qadının bu mövzunu xatırlatması nəticəsində Hz. Yusufun köynəyinin arxadan cırılmış olduğu görünmüşdür. Bu səbəbdən Hz. Yusufun qapıya doğru yönəldiyi, qadının isə onun arxasından qaçdığı dəliliylə birlikdə ortaya çıxmışdır. Beləliklə, Hz. Yusufun günahsızlığını, arvadının ondan murad almağa çalışdığını Əzizin özü də açıq-aşkar anlamışdır. Allah Quranda Əzizin bu mövzudakı sözlərini belə bildirmişdir:

(Qadının əri) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin (qadın) hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür. Yusuf, sən bundan (bu işi açıb danışmaqdan) vaz keç! Sən də (ey arvad), günahına görə bağışlanma dilə. Çünki sən, günah işlətmisən”.
(Yusuf Surəsi, 28-29)

Ayələrdən də aydın olduğu kimi Əziz Hz. Yusufun haqlı olduğunu vicdani olaraq anlamışdır. Ancaq bu mövzu burada bağlanmamışdır. Allahın “ Şəhərdəki qadınlar dedilər: “Əzizin arvadı cavan köləsini yoldan çıxartmaq istəyir. Ehtiras onu coşdurmuşdur. Biz onu aşkar bir azğınlıq içində görürük”. (Yusuf Surəsi, 30) ayəsiylə bildirdiyi kimi bu hadisə şəhərdə qadınlar arasında yayılmışdır. Şəhərdəki qadınlar günahkarın Hz. Yusuf olmadığını, Əzizin arvadı olduğunu anlamış və öz aralarında vəzirin arvadını qınamışdılar. Əzizin arvadı isə özü haqqında danışılanları eşitdiyində bu qadınlara da hiylə hazırlamışdır.

Qurduğu bu hiylə ilə Allahın ayələrdə diqqət çəkdiyi kimi “üstün gözəlliyə sahib olan” Hz. Yusufdan murad almaq istəməkdəki haqlılığını qadınlara sübut etməyə çalışmışdır. Bu şəkildə onları da öz mövqeyinə salmaq və öz günahına ortaq etmək istəmişdir. Qadınları yanına dəvət etmiş və hər birinin əlinə meyvə soymaları üçün bıçaq vermişdir. Ardından da Hz. Yusufu yanlarına çağıraraq verəcəkləri reaksiyanı görmək istəmişdir. Qadınlar Hz. Yusufun gözəlliyini gördüklərində həyəcanlanmış və heyranlıqlarından bıçaqlarla əllərini kəsmişlər. Allah Quranda qadınların bu vəziyyətini belə bildirir:

Qadın onların dedi-qodularından xəbər tutduqda (qonaqlığa gəlmək üçün) onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (məclis qurdu), onların hər birinə bir bıçaq verdi və (Yusufa): “Onların qarşısına çıx!” – dedi. (Qadınlar) (Yusufu) gördükdə onu o qədər təriflədilər ki, (unudub meyvə əvəzinə) öz əllərini kəsdilər və dedilər: “Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!
(Yusuf Surəsi, 31)

Hz. Yusufun gözəlliyi bu qadınlara Allahı xatırlatmış və onlar da bu fövqəladə gözəllik qarşısında Allahı təsbeh etmişlər. Onun gözəlliyini fövqəlinsan bir gözəllik olduğunu söyləmiş və hətta mələk olduğunu da iddia etmişlər.

Əzizin arvadı Allahın “(Qadın) dedi: “Barəsində məni qınadığınız (oğlan) bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır”. (Yusuf Surəsi, 32) ayəsiylə bildirdiyi kimi yanındakı qadınlara özünün günahkar olduğunu, Hz. Yusufun isə iffətini qorumaq istədiyini etiraf etmişdir. Ancaq bununla yanaşı qadınların qarşısında Hz. Yusufa qarşı olan çirkin təklifini bir daha təkrarlamışdır.

Göstərdiyi bu münasibət qadının nə qədər zalım və çirkin əxlaq sahibi olduğunu bir daha göstərmişdir. Qadın bəlkə də Misirdəki mövqeyinə və zənginliyinə güvənərək Hz. Yusufu harama girməyə məcbur etmişdir. Bu son dərəcə iffətsiz təklifdir. Hz. Yusuf isə “… Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”.
(Yusuf Surəsi, 33)

deyərək qadının bu davranışından Allaha sığınmışdır.

Allah Yusuf Peyğəmbərin duasını qəbul etmiş və onların hiyləli nizamlarını özündən uzaqlaşdırmışdır.

Həm Əzizin özü, həm də arvadının təklifinə şahid olan digər qadınlar Hz. Yusufun günahsızlığına çox açıq şəkildə şahid olduqları halda bu mövzuda haqqa uyğun davranış göstərməmiş və vicdansız hərəkət etmişlər. Bunun nəticəsində Allahın “(Bu qədər) dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər.” (Yusuf Surəsi, 35) ayəsiylə bildirdiyi kimi Hz. Yusuf zindana atılmış və neçə illər orada qalmışdır. Allah qadınların hiyləsini peyğəmbərdən uzaqlaşdırmış və Özünə qarşı göstərdiyi ixlas və səmimiyyətə görə də daha sonra Hz. Yusufu zindandan çıxararaq günahsızlığını insanlara göstərmiş və onu Misirə idarəçi etmişdir.

Hz. Yusuf dövründəki misirli əzizin xanımı

Bütün bu hadisələrin düşündürən və ibrət verən bir çox cəhəti var. Əzizin arvadının və digər qadınların hərəkətləri Allahdan qorxmayan insanların azğınlıqda nə qədər qərarlı və çirkin cəsarətə sahib olduqlarını və necə hiylələr qurduqlarını açıq-aşkar göstərir. Allah qorxusu olmayan bir insan asanlıqla hər cür vicdansızlıq etmək, nəfsinin istəkləri üçün insanlara tələ qurmaq və böhtan atmaqda tərəddüd etmir. Allahın ayədə Əzizin “Şübhəsiz ki, bu sizin (qadın) hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür.” sözüylə diqqət çəkdiyi kimi Allah qorxusu olmadıqda “hiylə qurmaq” qadın əxlaqında özünü büruzə verir. Allah iman sahibi olmayan qadınların nəfsindəki bu xüsusiyyətə Quranın bəzi ayələrində belə diqqət çəkmişdir:

İpliyini möhkəm əyirdikdən sonra (onu) açıb sökən qadın kimi olmayın. Bir camaat digər bir camaatdan (sayca və malca) daha çox olduğu üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə mütləq bildirəcəkdir.
(Nəhl Surəsi, 92)

De: “Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən, çökən zülmətin şərindən, düyünlərə üfürən (cadugər) qadınların şərindən.”
(Fələq Surəsi, 1-4)

Allah tələ quraraq, hiyləyə və pisliyə müraciət edərək nəfsin istəkləri üçün başqalarına pislik etməkdən çəkinməyən insanların şərindən qorunmağı xatırladır. Allahın bu ayəsi bu əxlaqı mənimsəyən qadınların şərinin həqiqətən böyük ola bildiyini göstərir.

Ancaq unudulmamalıdır ki, Hz. Yusuf nümunəsində olduğu kimi Allah insanların hiylələrini daim pozacağını bildirir. Pis əxlaq daim insanın özünə zərər verir. Allah qorxusu və dürüstlük isə – Allahın diləməsiylə – daim Allahın köməyi və neməti ilə qarşılıq tapır.


Geri dön

Ku-ku

  • 6 oktyabr 2011 15:46
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
twk

--------------------

RADUQA

  • 6 oktyabr 2011 15:02
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
{awards}
TEWEKKURLER DOSTUM...COX DEYERLI IBRATAMIZ VE MARAQLI MENALI BIR YAZIDI...COX SAQOL...
BIZ HER BIRIMIZ OZUMUZU DOQRU SANIRIQ AMMA TEK ALLAH HEQIQETI BILIR...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

... Deryam ...

  • 6 oktyabr 2011 14:10
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ......
ALLAH BİZLƏRİ ŞEYTANIN ŞƏRRİNNƏN QORUSUN ...

--------------------

ZERiDE

  • 6 oktyabr 2011 13:56
  • Məqalə: 35
  • Şərh: 146
  • Bal:
{awards}
Ancaq unudulmamalıdır ki, Hz. Yusuf nümunəsində olduğu kimi Allah insanların hiylələrini daim pozacağını bildirir. Pis əxlaq daim insanın özünə zərər verir. Allah qorxusu və dürüstlük isə – Allahın diləməsiylə – daim Allahın köməyi və neməti ilə qarşılıq tapır.
TEWEKKUR XEBERE GORE..COX DEYERLI VE MARAQLI IDI...

Just For Legend

  • 6 oktyabr 2011 13:36
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
men bunun filmine de baxmisam ve cox sevirem bu filmi,cox sag ol gpzel xebere gore

--------------------

sevgi yalandir

  • 6 oktyabr 2011 13:16
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
xeber ucun tesekkurler winked

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Memmedzade_Mesume

  • 6 oktyabr 2011 13:03
  • Məqalə: 34
  • Şərh: 554
  • Bal:
{awards}
Gozel xeber ucun tesekkurler

--------------------
"HəYaT MəNiMSə əGəR HeçKiM QaRışa BiLMəZ
Və BiLiRəM ki HəR KəSLə DoST oLuNMaZ.
SeVGiYə GəLdiKDə BiR DəFə SeVdiM,
BiR DaHa işiM oLMaZ
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 56

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 59
Cəmi: 726
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}