Həzrəti Məryəm

 
Həzrəti Məryəm


Allah Hz. Məryəmi Bütün Aləmlərin Qadınlarına Üstün Etmişdir
Hz. Məryəm həyatının hər anında, gördüyü hər işdə Allaha yönələn, Allahın adını ucaldan, Rəbbimizə ürəkdən bağlı, səmimi mömindir. Allah İmran ailəsini aləmlərə üstün etdiyi kimi bu ailəyə mənsub olan Hz. Məryəmi də seçmiş, onu ən gözəl şəkildə yetişdirərək bütün pisliklərdən təmizləmiş və onu aləmlərin qadınlarına üstün etmişdir. Allah Quranda Hz. Məryəmin bu üstünlüyünü belə bildirir:

Həzrəti MəryəmHəzrəti MəryəmHəzrəti Məryəm


Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!” (Ali İmran Surəsi, 42-43)

Allah Hz. Məryəmin İffətini Müsəlmanlara Nümunə Göstərmişdir


Hz. Məryəm də ailəsi kimi yaşadığı cəmiyyətdə Allaha olan bağlılığı, ixlası və səmimiyyəti ilə tanınan insandır. Allah onun Özünə ‘könüldən bağlı olanlardan’ olduğunu bildirir.

Hz. Məryəmin ətrafındakı insanlar arasında bilinən başqa bir xüsusiyyəti isə ‘ismətini qorumuş olması’, yəni iffətinə olan düşkünlüyüdür. Allah Hz. Məryəmin bu üstün əxlaqını Quranda belə xəbər verir:

Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz ona Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu. (Təhrim Surəsi, 12)

İsmətini qoruyan (Məryəmi də yada sal!) Biz Öz ruhumuzdan (Cəbrail vasitəsilə) ona üfürdük, onu və onun oğlunu aləmlərə bir möcüzə etdik. (Ənbiya Surəsi, 91)

Hz. Məryəmin Üstün Əxlaqı

Həzrəti MəryəmHəzrəti MəryəmHəzrəti Məryəm



Hz. Məryəm həyatı boyu göstərdiyi üstün əxlaq ilə bütün müsəlman qadınlar üçün gözəl nümunə olmuşdur. Allah Hz. Məryəmə dünyada əhəmiyyətli bir məsuliyyət vermiş və bu şərəfli vəzifə üçün onu Quranın ifadəsiylə ‘gözəl bir fidan kimi’ (3/37) yetişdirmişdir.

Allah onu İmran ailəsi kimi seçmiş, güclü və səmimi iman sahiblərinin soyundan edərək onun bu üstün əxlaqlı insanlar tərəfindən yetişdirilməsini təmin etmişdir. Allah bununla yanaşı Hz. Məryəmi Hz. Zəkəriyyaya tapşırmış, üstün və seçilmiş peyğəmbərin əxlaqıyla əxlaqlandırmışdır.

Allahın rəhməti sayəsində doğulduğu andan etibarən bu müqəddəs insanların tərbiyəsilə şərəflənən Hz. Məryəm güclü iman və üstün əxlaq səviyyəsinə çatmışdır. Bu yetkinliyə çatdıqdan sonra isə Allah möcüzələrini göstərərək, Hz. Məryəmin üzərindəki rəhmətini, qorumasını və mərhəmətini açıq-aşkar görməsini təmin etmişdir. Hz. Məryəm ibadət edərkən mehrabda davamlı olaraq yemək olması Allahın ona olan dəstəyinin və rəhmətinin açıq göstəricisidir. Allah daha sonra Hz. Məryəmi Cəbrayıl ilə görüşdürərək, ona olan bu rəhmətini Cəbrayılın sözləriylə də bildirmişdir.

Həzrəti MəryəmHəzrəti MəryəmHəzrəti Məryəm


Hz. Məryəm həyatının hər anında Allaha qarşı göstərdiyi gözəl əxlaqıyla, Allaha olan səmimi bağlılığını və sədaqətini ən gözəl şəkildə nümayiş etdirmişdir. Allahın özünü sınadığı bütün çətin hadisələrdəki dayanıqlılığı, təvəkkülü, qeydsiz-şərtsiz təslimiyyətiylə də Allaha nə qədər könüldən və səmimiyyətlə bağlı olduğunu ən gözəl şəkildə ifadə etmişdir.

Hz. Məryəmin yaşadığı bütün çətin anlarda yalnız olması, onun üçün çox əhəmiyyətli sınaq olmuşdur. Çünki insanlar çətin anlarında daim özlərinə kömək edəcək, dəstək olacaq, yol göstərəcək bəzilərinə ehtiyac duyar və olmadığında da bəziləri tək olduqları üçün zəiflik və kədər hissinə qapılarlar. Hz. Məryəmdə isə əsla belə bir vəziyyət olmamışdır. O, hər şeyi yalnız Allahdan gözləmiş, yalnız Allaha güvənmişdir.

Dəstəyi, köməyi ancaq Allahdan istəmiş və Onun göstərəcəyi yola tabe olmağın, Onun sözünə itaət etmənin imdadına çatacağını bilmişdir. Ən çətin anında belə ümidsizliyə düşməmiş, Allahın bütün yaşadıqlarını mütləq xeyrə çevirəcəyini, çətinliklərin hər birini ən gözəl şəkildə aradan qaldıracağını bilərək Allaha könüldən təslim olmuşdur. Necə ki, Allah, yaşadığı hər çətinliklə birlikdə onun üçün bir asanlıq yaratmış, onu daim köməyi və rəhmətiylə dəstəkləmiş və qarşılaşdığı çətinlikləri çox böyük xeyirlərə və gözəlliklərə çevirmişdir.

Həzrəti MəryəmHəzrəti MəryəmHəzrəti Məryəm


Bununla yanaşı qarşı-qarşıya qaldığı hadisələri necə həll edə biləcəyi mövzusunda heç bir təcrübəsinin olmaması da Hz. Məryəm üçün əhəmiyyətli imtahan olmuşdur. Hamilə qalmış və tək başına uşaq dünyaya gətirmək məcburiyyətində qalmışdır. Bu haqda heç bir təcrübəsi yoxdur. Ancaq həyatının hər mərhələsində olduğu kimi, bu hadisədə də heç bir şəkildə ümidsizliyə qapılmamışdır. Çox güclü, iradəli və qərarlı şəxsiyyət göstərmiş və Allahın köməyiylə bütün bunların ən gözəl şəkildə öhdəsindən gələcəyini bilməyin rahatlığını və etibarını yaşamışdır. Necə ki, burda da Allah onu ən mükəmməl nemətlərlə dəstəkləmiş, işini asanlaşdırmış və göstərdiyi güclü xarakterdən ötrü ona uğur qazandırmışdır.

Hz. Məryəmin əxlaqındakı üstünlüyün bir başqa göstəricisi isə onun boynuna götürdüyü çətin məsuliyyəti yerinə yetirərkən yaşadığı çətinliklər qarşısında gözəl bir səbir göstərməsidir. Hz. Məryəm çox əhəmiyyətli və şərəfli bir vəzifə boynuna götürmüşdür. Ancaq bu üstün və şərəfli vəziyyətin qövmü tərəfindən lazım olduğu kimi aydın olmaması, inkar içərisində olan xalqının özünə haqsız dünyagörüşüylə yaxınlaşıb böhtanlar atması, Hz. Məryəm üçün əhəmiyyətli bir səbir və sınaq olmuşdur. Bu zaman da Allaha olan etibarında səbir və davamlılıq göstərmişdir. Güclü, iradəli və dözümlü xarakterindən heç vaxt güzəştə getməmişdir. Hər hadisənin Allahın idarəsində olduğunu və Allahın özünü bütün bu böhtanlardan ən gözəl şəkildə təmizə çıxaracağını bilərək, bu hadisələrə və insanların cahil rəftarlarına qarşı gözəl bir səbir ilə səbr etmişdir.

Həzrəti MəryəmHəzrəti MəryəmHəzrəti Məryəm


Hz. Məryəmin bu hadisələr əsnasında diqqət çəkən bir başqa xüsusiyyəti isə insanların razılığından tamamilə sıyrılmış olmasıdır. Allaha qatqısız bir iman ilə təslim olmuşdur. Bu səbəblə də insanların şərhlərindən, qınamalarından heç vaxt təsirlənməmişdir. Səmimi imanı və ixlasından ötrü onun üçün əsl əhəmiyyətli olan Allahın razılığına uyğun hərəkət etmək olmuşdur.

Göründüyü kimi Hz. Məryəm hər işində daim qatqısız olaraq Allaha yönəlmiş, imanındakı və Allaha olan təslimiyyətindəki bu səmimiyyət nəticəsində də hər zaman Allahın rəhmətiylə qarşılıq görmüşdür.

Unudulmamalıdır ki, gözəl əxlaqı başqalarına da izah etmənin iki yolu vardır. İnsan bəzən gözəl əxlaqı sözləriylə, bəzən də bütün bunları insanlar üçün gözəl nümunə göstərərək davranışlarıyla izah edər. Bu iki yol arasında ən məqbul və əslində ən təsirli olanı insanın rəftarlarıyla etdiyi təbliğdir. Çünki bu ən səmimi olandır. Təqlid edilməsi mümkün deyil. Bu ancaq imanın ürəkdə səmimi olaraq yaşanmasıyla, insanın inandıqlarını ən səmimi şəkildə həyata keçirib rəftarlarına əks etdirməsiylə reallaşa bilər.

Həzrəti MəryəmHəzrəti MəryəmHəzrəti Məryəm


Hz. Məryəm bu üstün əxlaqı göstərə bilmiş, imanıyla, rəftarlarıyla və əxlaqıyla bütün insanlar üçün əhəmiyyətli nümunə və təbliğ vəsiləsi olmuşdur. Onun insanlara olan bu səmimi təbliği Allahın diləməsiylə ən gözəl şəkildə qarşılıq görür, iman edənlərin imanda dərinləşib Hz. Məryəmin nümunə əxlaqını yaşamaları və Hz. Məryəm xarakterini qazanmaları üçün əhəmiyyətli bir vəsilə olur.


Geri dön

cingiz muradov

  • 23 dekabr 2011 23:22
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
allah razi olsun

Zoluwka

  • 8 oktyabr 2011 05:59
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}

Allahim herkesen komek ol. onlari azmis yollarinan geri qaytar duz yola sovg et. onlara yardim. et senin huzuruna pak gelsinler. seytani bizim dunyamizdan cixart. sestanin qelbimize sahib olmagina izin verme. nehlet olunmus seytanla senin huzuruna gelene kimi mubarize aparmaqimiza komek et. Allahim senden basqa siginacaq hec kimimiz yoxdu. komek et Allahim komek et. butun insanlara komek et. AMIN!!!!!!!!!!!!!

Allahim herkesen komek ol. onlari azmis yollarinan geri qaytar duz yola sovg et. onlara yardim. et senin huzuruna pak gelsinler. seytani bizim dunyamizdan cixart. sestanin qelbimize sahib olmagina izin verme. nehlet olunmus seytanla senin huzuruna gelene kimi mubarize aparmaqimiza komek et. Allahim senden basqa siginacaq hec kimimiz yoxdu. komek et Allahim komek et. butun insanlara komek et. AMIN!!!!!!!!!!!!!

--------------------
♀+♂=ღ

Niqulia12

  • 6 oktyabr 2011 21:34
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
Allah razi olsun.Xebere gore cox sag olun.Allah HZ. Meryeme ve butun rehmete getmis butun insanlara rehmet etsin.AMIN!!!!!!!!!!!!!!!!!

STYLE GIRL

  • 6 oktyabr 2011 20:12
  • Məqalə: 4
  • Şərh: 118
  • Bal:
{awards}
allah razi olsun

_Yaxsiliq Meleyi_

  • 6 oktyabr 2011 19:59
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

MiLeyla

  • 6 oktyabr 2011 19:13
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
OXUDUM,ALLAH RAZI OLSUN.COX GOZEL XEBERDI.

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

nicer_girl

  • 6 oktyabr 2011 19:06
  • Məqalə: 0
  • Şərh: 370
  • Bal:
{awards}
bunun kimi xeberlerin ardini gozleyirem

sevgi yalandir

  • 6 oktyabr 2011 18:31
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
twk xeber gore allah razi lsun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

-=ZED=-

  • 6 oktyabr 2011 18:24
  • Məqalə: 28
  • Şərh: 330
  • Bal:
{awards}
Allah Hz. Məryəmi Bütün Aləmlərin Qadınlarına Üstün Etmişdir




Allah hech bir insani bashqasindan ustun etmeyib !

--------------------
Onℒy ℊod can ℑυdℊℯ ℳℯ !!!

♥℘.s. I ℓ٥ﻻ ﻉ√٥υ♥

AMINA

  • 6 oktyabr 2011 18:23
  • Məqalə: 4
  • Şərh: 165
  • Bal:
{awards}
yaxsidi..........

--------------------
Esil deyer qelbdedi hayif o insanlaraki deyerini itirir

orxansv

  • 6 oktyabr 2011 18:17
  • Məqalə: 30
  • Şərh: 65
  • Bal:
{awards}
ALLAH razi olsun maraqli idi!

--------------------
Həyatim gozeldi sen yanimda olsan

Cehenneme Yaz

  • 6 oktyabr 2011 17:17
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
ALLAH razi olsun... twk...

--------------------
С кайфом родился, с кайфом живу, с кайфом поймали, с кайфом умру!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}