İslamiyyəti Seçən İlk Qadın Səhabə: Hz. Xədicə (r.ə)

 
İslamiyyəti Seçən İlk Qadın Səhabə: Hz. Xədicə (r.ə)

Sevimli Peyğəmbərimiz Hz. Məhəmməd (səv)-in ilk xanımı olan Hz. Xədicə (r.ə), eyni zamanda Müsəlmanlığı ilk qəbul etmiş qadın olaraq üstün əxlaqı və imanıyla hər zaman möminlərə nümunə olmuşdur. Dəyərli anamız ağlı, fərasəti, bəsirəti və hikməti ilə Quran əxlaqının yayılmasında böyük səy göstərmiş, Peyğəmbər Əfəndimiz (səv)-in ən böyük dəstəkçilərindən biri olaraq təvəkkülü, cəsarəti, fədakarlığı ilə də bütün Müsəlmanlara nümunə olmuşdur. Uca Allahın Quranda:

“… Doğrusu, Biz onlara Zikr gətirdik …”
(Muminun Surəsi, 71)

İslamiyyəti Seçən İlk Qadın Səhabə: Hz. Xədicə (r.ə)

ayəsiylə bildirdiyi kimi insanın sahib olduğu bütün xüsusiyyətlərə məna qazandıracaq olan tək dəyər onun imanıdır. İnsanın şəxsiyyətini, xarakterini sağlamlaşdıran, əxlaqını gözəlləşdirən, hərəkətlərini təsirli edən, əsasən o adamın imanı, Allah qorxusu və təqvasıdır. Allahın icazəsiylə bu səmimi imanı yaşayan möminlərdən biri olan Hz. Xədicə (r.ə) də hörmətə layiq, şərəfli və təmkinli xarakterə malikdir.

Peyğəmbərimiz (səv) özünə vəhy gəldiyini ilk olaraq Hz. Xədicə (r.ə)-ə söyləmiş, o da ağlı, bəsirəti, Peyğəmbər Əfəndimiz (səv)-ə olan tərəddüdsüz itaəti və etibarı ilə onun Allah tərəfindən seçilmiş olduğunu anlamış və dərhal iman etmişdir. Uca Allaha və Peyğəmbərimiz Hz. Məhəmməd (səv)-ə olan dərin hörmət və sevgisi ilə Peyğəmbərimiz (səv)-ə hər zaman dəstək olmuşdur. Allah Peyğəmbərimiz (səv)-ə elçiyə hörmətin və onu müdafiə edib dəstəkləmənin əhəmiyyətiylə əlaqədar olaraq belə vəhy etmişdir:

“Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdarlıq edən (elçi) kimi göndərmişik. (Biz belə etdik) ki, siz Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və gecə-gündüz (Allahı) tərifləyəsiniz.”
(Fəth Surəsi, 8-9)

Ərəblərin qabaqcıl qövmü Qureyşdən olan və ailəsi də Peyğəmbərimiz (səv) ilə eyni soydan gələn Hz. Xədicə (r.ə) yaşadığı Ərəb cəmiyyətinin cahiliyyə əxlaqını əks etdirən qaydaları içərisində bir çox çətin imtahanla qarşı-qarşıya qaldığı halda, çox güclü və dözümlü xarakter göstərmişdir. Qarşılaşdığı bütün çətinliklərə baxmayaraq İslam əxlaqının, Allaha könüldən iman etmənin, dərin təvəkkül və təslimiyyətin özünə verdiyi güc ilə qürurunu və təmkinini qorumuş, bu xüsusiyyətləriylə insanlar arasında seçilmişdir. Hz. Xədicə (r.ə) anamızın şəxsiyyətində və şərəfli həyatında iman edən bütün qadınlar üçün gözəl nümunələr vardır.

İslamiyyəti Seçən İlk Qadın Səhabə: Hz. Xədicə (r.ə)

Hz. Xədicə (r.ə)-ın Allaha Olan Təslimiyyəti

Hz. Xədicə (r.ə) Peyğəmbər Əfəndimiz (səv)-ə peyğəmbərlik verildiyində “Sənin Allahın Elçisi olduğuna şahidlik edirəm” demiş və Müsəlmanlığı qəbul etmişdir. Ürəyində heç bir şübhəyə yer vermədən Allaha iman etmiş, imanındakı bu səmimiyyətini həyatının sonuna qədər davam etdirmişdir. Rəvayətlərə görə hicrətdən üç il əvvəl (19 Aprel 620) vəfat edən Hz. Xədicə (r.ə) İslamın hələ hakimiyyət qazanıb güclənmədiyi bir dövrdə yaşamışdır. O dövrdə çətin şərtlərə və Məkkəli müşriklərin hər cür əziyyətinə baxmayaraq heç şübhə etmədən Allaha və Peyğəmbərimiz (səv)-ə olan təslimiyyəti davam etdirmişdir. Peyğəmbər Əfəndimiz Hz. Məhəmməd (səv)-in Uca Allahın son peyğəmbəri olduğuna dair inancını heç itirməyərək nümunəvi mömin olmuşdur. Rəbbimizin qullarına olan sonsuz sevgisindən, rəhmətindən və əfvediciliyindən əmin olmuş, bu təvəkküllü rəftarını həyatının sonuna qədər qorumuşdur.

İslamiyyəti Seçən İlk Qadın Səhabə: Hz. Xədicə (r.ə)

Hz. Xədicə (r.ə)-ın Çətinliklər Qarşısındakı Səbri

Hz. Xədicə (r.ə) yer üzündə yalnız üç Müsəlmanın olduğu İslamiyyətin ilk günlərində Rəsulullah (səv) və Hz. Əli (ə.s) ilə birgə bəzən Kəbə ətrafında, bəzən evində ibadət etmişdir. (Şübhəsiz bu, azğın inanclara sahib cəmiyyət içində əziyyət görməmək üçün ibadətlərin bəzən çox gizli şəkildə edildiyi dövrdür.) Həmçinin ilk Müsəlmanlar müşriklərdən çox pis sözlər eşitmiş və bir çox çətinliyə sinə gərməli olmuşlar. Mövzuyla əlaqədar bir Quran ayəsi belədir:

“… Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. …”
(Ali İmran Surəsi, 186)

Hz. Xədicə (r.ə) müşriklərin zülmü və haqsızlığı qarşısında Rəsulullah (səv)-ı heç vaxt tək buraxmamış, Məkkəli müşriklər Şi’bü Əbi Talibdə Müsəlmanları mühasirəyə aldıqlarında Peyğəmbərimiz (səv) ilə birlikdə təxminən üç il ərzində mühasirəyə cəsurluqla və igidliklə səbir etmişdir. Allahın

“… Siz Əgər səbir edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir.”
(Ali İmran, 186)

Hökmünə əsasən, Hz. Xədicə (r.ə) bu çətinlik anında Allaha olan sevgisində, təslimiyyətində və etibarında dözümlülük göstərmişdir. Allahın ədalətindən, hər hadisəni xeyir və hikmətlə yaratdığından və vədindən əsla dönməyəcəyindən əmin olduğu üçün heç vaxt ümidsizliyə qapılmamış, Allahın köməyindən əsla şübhəyə düşməmişdir. Gözəl səbir və təslimiyyətlə hər hadisədə bir xeyir olduğuna qəti olaraq inanmışdır.

İslamiyyəti Seçən İlk Qadın Səhabə: Hz. Xədicə (r.ə)

Hz. Xədicə (r.ə)-ın Canı və Malıyla Allah Yolunda Mübarizə Etməsi

Ticarətlə məşğul olan zəngin bir xanım olan Hz. Xədicə anamız (r.ə) Müsəlman olduqdan sonra dünyəvi dəyərlərin arxasından getmək əvəzinə, bunları Allahın razılığını qazanmaq uğrunda sevərək ortaya qoymuş və sərvətini İslam uğrunda xərcləyərək nümunəvi əxlaq göstərmişdir. Uca Allahın

“Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.”
(Tövbə Surəsi, 111)

ayəsinin hökmü ilə, malını və canını Allah yolunda sevərək verməyi gözə almışdır. Çünki ağlı və bəsirəti sayəsində dünya həyatında qazanılacaq heç bir mənfəətin sonsuz axirət nemətləriylə müqayisə edilməyəcəyini görmüşdür.

İslamiyyəti Seçən İlk Qadın Səhabə: Hz. Xədicə (r.ə)

Hz. Xədicə (r.ə)-ın İffətli, Şərəfli və Əsilzadə Xarakteri

Hz. Xədicə (r.ə)-ın iffəti və təmkini İslamiyyəti qəbul etməsindən əvvəlki dövrdə də diqqət çəkmiş və bu xüsusiyyətlərinə görə o zamanlarda belə “Tahirə” (pak və təmiz qadın) ləqəbiylə adlandırılmışdır. Şübhəsiz Həzrəti Peyğəmbərimiz (səv)-in Hz. Xədicə (r.ə)-ı özünə yoldaş olaraq seçməsində bu üstün əxlaqının və əsilzadə xarakterinin böyük payı olmuşdur. Uca Allah bir Quran ayəsində

“Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik.
(Nisa Surəsi, 31)

deyə bildirərək, qüruru, Quran əxlaqını yaşamaqda səmimi səy göstərən, Özündən lazım olduğu kimi qorxub çəkinən kəslərə verəcəyini bildirmişdir. Hz. Xədicə (r.ə) də Allahın Quranda bildirdiyi bütün sərhədlərə ən gözəl şəkildə tabe olaraq qürur, təmkin və möhtərəmlik qazanmışdır. Yaşadığı Ərəb cəmiyyətindəki cahiliyyə qadınlarından, danışıqları, hərəkətləri, üzündəki ifadəsi, baxışları ilə seçilmiş, özünün iffətli və təmkinli qadın olduğu dərhal aydın olmuşdur. Bu, təbii əsilzadəliyi, insani heybəti və etibarlı şəxsiyyəti də özü ilə gətirmişdir. Allah, möminlərin bu xüsusiyyətləriylə ‘tanındıqlarına’ bir Quran ayəsində

İslamiyyəti Seçən İlk Qadın Səhabə: Hz. Xədicə (r.ə)

“… Əlamətləri isə üzlərində olan səcdə izidir…”
(Fəth Surəsi, 29)


Geri dön

cingiz muradov

  • 23 dekabr 2011 23:17
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
allah sizlerden razi olsun bu deyerli xeberlere gore twk ellerinize sagliq

maiw mm

  • 6 oktyabr 2011 22:41
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
“… Əlamətləri isə üzlərində olan səcdə izidir…”
(Fəth Surəsi, 29)

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

-=ZED=-

  • 6 oktyabr 2011 22:39
  • Məqalə: 28
  • Şərh: 330
  • Bal:
{awards}
din sohbetine gelende hemishe xanimlarimizi Hezreti Xediceden numune goturmeklerini dilemishem ! twk xebere gore

--------------------
Onℒy ℊod can ℑυdℊℯ ℳℯ !!!

♥℘.s. I ℓ٥ﻻ ﻉ√٥υ♥

RADUQA

  • 6 oktyabr 2011 22:06
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKUR...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 55

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}