İmam Əlinin (ə) kəlamlarında Yer kürəsinin yaranması barədə

 
İmam Əlinin (ə) kəlamlarında Yer kürəsinin yaranması barədə

İmam Əli (ə) “Nəhcul-bəlağə”nin ilk xütbəsində Yer kürəsinin yaranması haqqında buyurmuşdur:
“Allah ilk növbədə suyu, daha doğrusu mayeni yaradır və onu sərt küləyin arxasına mindirir. Bu küləyin vəzifəsi həmin mayeni hifz etmək olmuşdur. Onu dağılmağa qoymurdu. Müəyyən sərhəd çərçivəsində saxlayırdı.

Sonra başqa bir külək yaradır ki, vəzifəsi o böyük mayedə dalğa yaratmaq olmuşdu. Bu dalğa həmin mayeni daha da böyük etdi. Dalğalar bir-birinin ardınca o qədər artdı ki, havaya qalxmağa başladı. Onlardan da göyün yeddi qatı yarandı. Allah əvvəlcədən xəlq etdiyi o böyük səmada suyu axar etdi, tüğyan edən bu suların dalğası şiddətlə hərəkət edirdi”.

İmam Əlinin (ə) kəlamlarında Yer kürəsinin yaranması barədə

Bəli, bu kəlamlardan başa düşmək olur ki, tüğyan edib, qaynayan bu sular ilk maye halında olan qazlardır. Alimlərin nəzərinə görə, ilk əvvəl Yerin yaranmasında onların rolu böyük olmuşdur.

Sonra Həzrət (ə) buyurur:
“Bu, o zaman baş verirdi ki, bu qaynayan dənizdən dalğalar qalxır və bir-birinin üzərinə minirdi. Allah da bu suyu şiddətli və tufan yaradan kəskin küləyə mindirdi”.

Bu böyük tufan cazibə dalğasına işarə edir. Allah onu bütün maddi aləmin zərrələrinə hakim etmişdir. Bu, onun hissələrinin bir-birindən ayrılmamasına və dağılmamasına səbəb olur. Hər şeyi öz hüdudunda saxlayır. Cazibə dalğasını insanlara küləkdən baqşa bir şeylə daha yaxşı başa salmaq olmazdı.

İmam Əlinin (ə) kəlamlarında Yer kürəsinin yaranması barədə

Sonra buyurur:
“Bütün bunlar o zaman baş verirdi ki, fəza onun altında açıq halda idi və su da (maye halında olan qaz) onun yuxarısında hərəkət edirdi”.

Bəli, bu tüğyan edən dalğa o külək vasitəsilə məhdudlaşdı, sərhədləri pozulan zaman onları tutub saxlayırdı. Belə görünür ki, bu dalğaların yaranmasının amili onların daxilindəki suya görə olmuşdur və bu sular daima bir-birinə vurulurdular və təlatüm yaradırdı. Bu amilin dəqiq nə olduğu bizim üçün aydın deyildir. Ancaq bu günün alimlərinin fikrinə tamamilə uyğundur. Çünki onların dediyinə görə maye halında olan qazların daxilində bir-biriinin ardınca partlayışlar olurdu. Həmin partlayışları günəşin daxilində də görmək olur. Bu böyük partlayışlar maye halında olan bu qazların sakitliyini pozur və böyük təlatümlü dalğa yaradırdı.

Bəli, İmam Əlinin (ə) kəlamlarında Yer kürəsinin yaranmasını bəsit dillə başa düşmək olur. O zaman bu deyilənləri çox insanlar dərk etmirdilər. Ancaq indiki alimlərin tədqiqatları ilə bu deyilənlərin nə qədər doğru olduğunu bir daha görmək olur.
(Erfan)


Geri dön

eleviyye

  • 7 oktyabr 2011 10:14
  • Məqalə: 5
  • Şərh: 61
  • Bal:
ELHEMDULILLAH ki, muselmanam!!! ELHEMDULILLAH ki, ELI(ES) ashiqiyem!!! bizim 14 MESUMDA ILAHI BILIK VAR!!!ALLAHIN SALAMI OLSUN 14 MESUMA!!!!
ehsen, qardaw, ALLAH RAZI OLSUN movzuya gore!

--------------------
Salam olsun sənə, Ya Şahların Şahı! Salam olsun sənə, Ya Təbiblərin Təbibi! Salam olsun sənə, Ya Peyğəmbərin canı! Salam olsun sənə, Ya Möminləri Əmiri! Salam olsun sənə, Ya Əli!

RADUQA

  • 7 oktyabr 2011 09:15
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
{awards}
TEWEKKUR ....MARAQLI DEYERLI LAZIMI XEBERDI....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

-=ZED=-

  • 6 oktyabr 2011 23:33
  • Məqalə: 28
  • Şərh: 327
  • Bal:
{awards}
hmm tak chto butun dinler islami qebul etmelidir o vaxti hech bir texnologiyadan istifade etmeden bunlari bilmek mocuzedir

--------------------
Onℒy ℊod can ℑυdℊℯ ℳℯ !!!

♥℘.s. I ℓ٥ﻻ ﻉ√٥υ♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 41
Cəmi: 67

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 67
Cəmi: 733
 
The Shield
Xəbərləri: 66
Cəmi: 83
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 47
Cəmi: 476
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 207
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}