Yeni modelin "S-Class" ailəsində inqilab olacağı bildirilir. Məsələ ondadır ki, yeni nəsil "S-Class" eyni vaxtda 3 versiyada buraxılacaq. Əvvəllər bu model yalnız adi və bir qədər uzun formada buraxılırdısa, yeni "S-Class"ın "XXL" adlı variantı da istehsal olunacaq. Adi modelin uzunluğu 5 metr, uzun versiyada isə 5,25 metr olacaq. "XXL"in 5,55 metr uzunluğunda olacağı bildirilir. Amma onun yalnız maşının ölçüsünə böyük əhəmiyyət verildiyi Çində satılacağı deyilir.Yeni nəsil "S-Class"ın daha bir yeniliyi onun yolu əvvəldən "görməsi" və "oxuması" olacaq. Nəticədə avtomobilin amartizatorları bərkliyini çalaya düşən zaman deyil, oraya çatmamış dəyişəcək.