Yetər ki

 
Yetər ki

Biz onda uduzduq ki, ayağı büdrəyənlərə sevindik. Biz onda uduzduq ki, uçuruma düşənlərə göz yumduq. Vaxt oldu, bizdən kömək umanlardan üz çevirdik. Vaxt oldu, bizdən yardım istəyənlərdən uzaq gəzdik. Və bir gün o uçurumlar o qədər dərinləşdi ki, əlimizi uzatsaq da, çata bilmədik. Və bir gün o məsafələr o qədər uzaqlaşdı ki, əlimizi uzatsaq da, yetə bilmədik. Nə fəqanlarımızın bir faydası oldu, nə fəryadlarımızın. Nə ahlarımızın bir faydası oldu, nə vaylarımızın...

Yetər ki

Heç olmasa, səsimizi çatdırmaq istədik, onu da bacarmadıq. Heç olmasa, sözümüzü çatdırmaq istədik, onu da bacarmadıq. Sonra elə bir vaxt gəldi ki, insanlar haqq sözü nağıla bənzətdilər. Sonra elə bir vaxt gəldi ki, insanlar haqq sözə “xürafat” dedilər. Gün o gün oldu ki, “uçurumlar” da gözümüzdə adiləşdi. Gün o gün oldu ki, “uçurumdakılar” da gözümüzdə adiləşdi. Və bilmədik, bilmədik ki, bir gün növbə bizə də çatacaq. Və bilmədik, bilmədik ki, bir gün növbə bizim olacaq...

Yetər ki

Ancaq bir vaxtlar hər gün “başqa bir sabahı” gözləyirdik. Ancaq bir vaxtlar hər gün “başqa bir sabahın” xəyalını qururduq. Halbuki, onda insanlar bizə nə qədər yaxın idilər, təkcə əlimizi uzatmaq bəs idi. Halbuki, onda insanlar bizə nə qədər doğma idilər, təkcə səsimizi yetirmək bəs idi. Onda “ayağı büdrəyənlər” də bu qədər çox deyildi. Onda “uçuruma düşənlər” də bu qədər çox deyildi...

Yetər ki

Kaş ki, heç yalanla üz-üzə gəlməyəydik. Kaş ki, heç yalanla qarşılaşmayaydıq. Bir vaxtlar iradəmizi nəfsimizə qurban verməsəydik, indi bu qədər itirməzdik. Bir vaxtlar iradəmizi nəfsimizdən üstün tutmasaydıq, indi bu qədər itirməzdik. Bilmədik, bilmədik ki, bizimki “ox yaydan çıxana qədərdir”. Bilmədik, bilmədik ki, bizimki “qılınc qından çıxana qədərdir”. Ona görə də, od olacağımız yerdə köz olduq. Ona görə də, sel olacağımız yerdə su olduq. Özümüzə rəva görmədiyimizi başqasına rəva gördük. Özümüzə rəva bilmədiyimizi başqasına rəva bildik...

Yetər ki

Bir də unutduq ki, kiməsə əl uzatmaq, əslində özümüzə əl uzatmaq deməkdir. Bir də unutduq ki, kimisi uçurumdan qurtarmaq, əslində özümüzü uçurumdan qurtarmaq deməkdir. Çünki, siz xilas etmək istəməsəniz, sizi də xilas edən olmayacaq. Çünki, əl tutmaq istəməsəniz, sizin də əlinizdən tutan olmayacaq. Bir də kim deyə bilər ki, bir gün onun da ayağı büdrəməyəcək? Bir də kim deyə bilər ki, bir gün o da uzanan bir ələ möhtac olmayacaq?..

Yetər ki

Ancaq yenə də gec deyil, əl uzatmaq üçün yenə də gec deyil. Ancaq yenə də gec deyil, insanları uçurumdan xilas etmək üçün yenə də gec deyil. Yetər ki, hər şeyi zamanın hökmünə buraxmayaq. Yetər ki, hər şeyi nəfsimizə qurban verməyək.


Geri dön

L115A1

  • 9 oktyabr 2011 12:57
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
oxudum mene hecne demedi

--------------------

gul_93

  • 8 oktyabr 2011 19:40
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
TWKLER OXUDUM MARAGLI YAZI

... Deryam ...

  • 7 oktyabr 2011 17:04
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
YETƏR Kİ , HƏR ŞEYİ NƏFSİMİZƏ QURBAN VERMƏYƏK ...
ƏLİMİZDƏN AZ DA OLSA GƏLƏN YARDIMI ƏSİRGƏMƏYƏK ...
TŞKLƏR ......

--------------------

sevgi yalandir

  • 7 oktyabr 2011 15:29
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
super sozlerdi

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

sevgi_ciceyi

  • 7 oktyabr 2011 14:32
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
pis deyidi

Zaurcik2011

  • 7 oktyabr 2011 14:16
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
. Yetər ki, hər şeyi nəfsimizə qurban verməyək.

heyatda hec bir sey gec deyil,yeterki et,
birseyler etmek ucun istek olsun

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

maiw mm

  • 7 oktyabr 2011 13:14
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
Yetər ki, hər şeyi nəfsimizə qurban verməyək.
TEWEKUsuper sozlerdi

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

MiLeyla

  • 7 oktyabr 2011 12:20
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
oxudum,mene cox sozler dedi,ama bezen heyat o qeder sene qeddar olurki sen ozunde sonra hec kime el tutmaq istemirsen.bizim ailemize vaxtinda zerbe vuran insanlarin indi bizim onlara el tutmagimiza ehtiyaclari var.ailemizde hami onlara komek eliyir.menden bawqa .bilirem onlarin menden istediyi menevi dayaqdi.ama elimde deyil,ozumu mecbur etsemde ureyim sizildamir.bu cur etdikce ureyimdeki agrilar sanki azalir.gunah etmiw olsamda.ama bunu ILAHININ teqdiri olaraq gorurem.

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

-=ZED=-

  • 7 oktyabr 2011 12:01
  • Məqalə: 28
  • Şərh: 330
  • Bal:
{awards}
Ancaq yenə də gec deyil, əl uzatmaq üçün yenə də gec deyil. Ancaq yenə də gec deyil, insanları uçurumdan xilas etmək üçün yenə də gec deyil. Yetər ki, hər şeyi zamanın hökmünə buraxmayaq. Yetər ki, hər şeyi nəfsimizə qurban verməyək.



hec vaxt gec deyil ruslarin bir sozu var luchse pozdno chem nikoqda

--------------------
Onℒy ℊod can ℑυdℊℯ ℳℯ !!!

♥℘.s. I ℓ٥ﻻ ﻉ√٥υ♥

RADUQA

  • 7 oktyabr 2011 11:45
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKURLER SIZE....YETER KI,BUTUN BUNLARI HER KES ANLASIN BAWA DUWSUN...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Delya_91

  • 7 oktyabr 2011 10:49
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Kaş ki, heç yalanla üz-üzə gəlməyəydik. Kaş ki, heç yalanla qarşılaşmayaydıq. Bir vaxtlar iradəmizi nəfsimizə qurban verməsəydik, indi bu qədər itirməzdik. Bir vaxtlar iradəmizi nəfsimizdən üstün tutmasaydıq, indi bu qədər itirməzdik. Bilmədik, bilmədik ki, bizimki “ox yaydan çıxana qədərdir”. Bilmədik, bilmədik ki, bizimki “qılınc qından çıxana qədərdir”. Ona görə də, od olacağımız yerdə köz olduq. Ona görə də, sel olacağımız yerdə su olduq. Özümüzə rəva görmədiyimizi başqasına rəva gördük. Özümüzə rəva bilmədiyimizi başqasına rəva bildik...

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 29
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}