H‎əyat örnəyimiz kimdir?

 
H‎əyat örnəyimiz kimdir?

Böyük-kiçikliyindən asılı olmayaraq bütün insanlar digərlərindən örnək götürür, bəzi işlərində onlara oxşamağa çalışırlar. Bu, hər bir insanın fitrətində olan bir xüsusiyyətdir. Odur ki, tarix boyu cəmiyyətlərin öndə gedən ziya sahibləri insanın bu fitri ehtiyacını təmin etmək məqsədilə onlara nümunələr təqdim etmək fikrində olmuşlar. Ümumiyyətlə təlim-tərbiyə məsələləri ilə məşğul olan hər bir kəs insanın məhz bu xüsusiyyətini nəzərə alaraq tərbiyənin lazım olduğunu ortaya qoyur. İnsan ağıl sahibi olmaqla yanaşı, həm də müxtəlif nəfsi istəklər toplusudur. İnsanın bu ziddiyyətli daxili qüvvələri arasında həmişə mübarizə gedir və təəssüf ki, insan heç də həmişə bu mübarizədən qalib çıxmır. Insanın maddi meyilləri onu bir istiqamətə, mənəvi hissləri isə digər istiqamətə çəkir. Onun bu mübarizədən ağılın qələbəsi ilə çıxması üçün ağıl sahibi olması kifayət deyildir. Belə ki, insan heç də həmişə ağılının vasitəsi ilə ağı-qaradan və ya pisi yaxşıdan seçə bilmir. Bunu bəşər tarixinə ötəri nəzər salmaqla görmək mümkündür. Hətta çox uzağa yox, elə günümüzdə və ətrafımızda baş verən hadisələrə nəzər salmaqla da ağılın insanı məqsədinə çatdırmaq üçün yetərli olmamasının şahidi ola bilərik.

H‎əyat örnəyimiz kimdir?

Düzdür, İslam baxımından insanın ağılına verilən dəyər çox yüksəkdir. Bu iddiani çox asanlıqla sübut etmək üçün İslamın ana mənbəyi sayılan Qurana nəzər salmaq kifayətdir. Belə ki, Quran insanları doğru yola dəvət edərkən insanların qarşısına qoyduğu məsələlərdən biri, onların öz ağıllarına müraciət etməsidir. Heç də təsadüfi deyildir ki, ağıl kəliməsi və ondan yaranan ifadələr Quranda 49 dəfə işlənmişdir. Ümumiyyətlə din və şəriət ağıl sahibləri üçün göndərilmiş və Quran ağıl sahibləri üçün nazil edilmişdir.

Lakin bütün bunlara baxmayaraq Allah-Təala insan ağılının onun səadətə qovuşması üçün birmənalı şəkildə yetərli olmamasını nəzərə alaraq insanları doğru yola dəvət etmək üçün elçilər göndərmiş və insanlara onlara tabe olmağı əmr etmişdir. Allahın göndərdiyi bu elçilər bütün dövrlərdə cəmiyyətin ən səmimi və dürüst şəxsiyyətləri olmuşlar. Allah-Təala peyğəmbərləri göndərib ki, insanlara real örnək olsunlar. Belə ki, həmin peyğəmbərlərin məhz insanların öz içlərindən seçilməsi və insan cinsindən olması o məqsədi daşımışdır ki, onlara tabe olacaq insanlar bu ilahi nümunələrə bənzəməyi mümkün saysınlar. Çünki, əgər Allahın nümunə göstərdiyi varlıqlar insan deyil, məsələn, mələk olsaydılar, təbii ki, onlar öz etirazlarını bildirər və mələyə oxşamağın qeyri-mümkün olduğunu deyərdilər.

Bu silsilənin davamı olaraq Allahın göndərdiyi örnəklərin ən sonuncusu İslam Peyğəmbəri (s) Həzrəti Muhəmməddir (s). Allah-Təala Qurani-Kərimin Əhzab surəsinin 21-ci ayəsində buyurur:

H‎əyat örnəyimiz kimdir?

"Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!"

Bəli, Peyğəmbər (s) Allaha iman edən və qiyamətə inanan hər bir kəs üçün ən gözəl örnəkdir. Allah-Təalanın Peyğəmbəri (s) bizlərə örnək kimi təqdim etməsinin səbəbi o həzrətin əxlaqının ilahi meyarlarla misilsiz dəyərə malik olmasıdır. Allah-Təalan Peyğəmbərin (s) əxlaqı barəsində belə buyurur:

"Şübhəsiz ki, sən böyük bir əxlaq sahibisən!"
(Qələm, 4)

Odur ki, örnək olmağa yalnız əxlaq sahibləri layiqdirlər. Özü də o əxlaq sahibləri ki, onların əxlaqı ilahi meyarlara uyğun gəlsin və onların insanlar üçün nümunə olmasını Allah təsdiqləmiş olsun.

Peyğəmbəri (s) örnək götürmək üçün ilk addım olaraq o həzrətin həyatını öyrənmək lazımdır. Allah-Təala Peyğəmbəri (s) mütləq şəkildə örnək kimi təqdim etdiyi üçün biz həyatımızın bütün sahələrində o həzrətdən nümunə götürməli və onun yolu ilə getməliyik. Bu, Allahını sevən hər bir kəsin vəzifəsidir.

H‎əyat örnəyimiz kimdir?

"De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!"
(Ali-İmran, 31)

Elə isə, bir daha nümunə ve örnək sandıgımız nümunələrə yenidən nəzər salaq və onların Quran meyarı ilə müvafiq olub-olmadığını dəqiqləşdirək. Allahın "böyük əxlaq" sahibi kimi dəyərləndirdiyi örnək ola-ola, digərlərinə üz tutmaq nə qədər də yanlış bir seçimdir.


Geri dön

GlamouR_

  • 8 oktyabr 2011 00:48
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
Cooox sag olun gozel xebere gore winked

Cooox sag olun gozel xebere gore winked

--------------------

maiw mm

  • 7 oktyabr 2011 14:38
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!"
(Ali-İmran, 31)

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

MiLeyla

  • 7 oktyabr 2011 14:36
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
cox maraqli xeberidi

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

sevgi yalandir

  • 7 oktyabr 2011 14:23
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkur =))

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

-=ZED=-

  • 7 oktyabr 2011 13:43
  • Məqalə: 28
  • Şərh: 330
  • Bal:
{awards}
tewekkur =))men orneyi oz babamdan gotururem =))

--------------------
Onℒy ℊod can ℑυdℊℯ ℳℯ !!!

♥℘.s. I ℓ٥ﻻ ﻉ√٥υ♥

... Deryam ...

  • 7 oktyabr 2011 13:42
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
ALLAH BİZLƏRİ DOĞRU YOLDAN AYIRMASIN ...
TŞKLƏR XƏBƏRƏ GÖRƏ ...

--------------------

Delya_91

  • 7 oktyabr 2011 13:38
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
xebere gore sagolun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 27
Cəmi: 48

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}