İmam Əli (ə)-in Kumeylə Etdiyi Tövsiyələr

 
 İmam Əli (ə)-in Kumeylə Etdiyi Tövsiyələr


 İmam Əli (ə)-in Kumeylə Etdiyi Tövsiyələr

Bismillahir-rehmanir-rehim

İmam Əli (ə)-in Kumeylə Etdiyi Tövsiyələr

1-Hər gün Allahın adını çək və Ona təvəkkül et.
2-Bizi xatırla, adımızı dilinə gətir və bizə salam göndər.
3-İnsanların yerinə yetirdiyi elə bir əməl yoxdur ki, mən onu görməyim.
4-Bizdən qeyrisindən (və bizə əsaslanmayan) elm və hədis öyrənmə.
5-Hər bir işə və hərəkətə qarşı elmin və mərifətin olsun.
6-Yemək yeyəndə, Allahın adını çək ki, zərər çəkməyəsən.
7-İnsanlara yaxşılıq et, paxıllıq etmə,
Allah-taala bu işə görə sənə çoxlu savab verər.
8-Yoldaşlarınla gülərüzlə rəftar et və xidmətçilərinin səhvlərini bağışla və onları ittihamlandırma.
9-Yeməyi qurtarandan sonra Allaha ucadan həmd-səna et ki, başqaları da sənin səsini eşidib,
Allaha həmd-səna etsinlər, bununla sənin savabın böyük olar.
10-Doymamışdan bir az öncə, süfrədən çəkil ki, suya və havaya da yer qalsın; bu göstərişə əməl etsən, yemək sənin üçün bərəkətli olar.
Bədənin sağlamlığı az yemək və içməkdədir.

 İmam Əli (ə)-in Kumeylə Etdiyi Tövsiyələr

11-Zəkat verən, möminlərə yardım edən,
yaxın adamları və qohum-əqrəbası ilə əlaqəsini möhkəmlədən şəxsin mal-dövlətində xeyir-bərəkət olar.
12-Yaxın adamlarından olan möminlərə başqalarından artıq yardım et,
fəqirlərə sədəqə ver; çünki sədəqə bəlaları dəf edir.
13-Sənə tərəf əl uzadan şəxsi əli boş qaytarma, hətta bir xurmanın yarısı qədər verəməklə olsa belə.
14-Möminin ən gözəl zinəti təvazökarlığıdır.
15-Möminin gözəlliyi iffətindədir.
16-Möminin şərəfi və başıucalığı boş-boş danışmağı tərk etməsindədir.
17-Alçaq adamlarla mübahisə etmə, hətta sənə nalayiq sözlər desələr də belə.
Səbirli ol və Allah-taalanın “cahil adam onunla mübahisə etdikdə, o cavabında salam verər” – deyə buyurduğu şəxslərdən ol!
18-Həmişə haqq söz de!
19-Pərhizkarlarla dostluq et və fasiqlərdən uzaq gəz!
20-Münafiqlər və xainlərlə əlaqə yaratma.

 İmam Əli (ə)-in Kumeylə Etdiyi Tövsiyələr

21-Zülmkarların qapısını döymə və onlarla kəsb-ticarət etmə. Məbada, onlara baş əyib, ehtiram göstərəsən!
22-Yoxsulluğunu camaata açıqlama,
izzətlə yaşa və fəqirlik müqabilində səbir et.
23-Səni çətinliklərdə yalqız qoymayan və müsibət üz verdikdə yardım
göstərmək üçün əlindən gələnini əsirgəməyən şəxs sənin qardaşın sayılır.
24-Mömin möminin aynasıdır, onlar bir-birlərilə qardaşdırlar və qardaşa qardaşdan əziz bir şəxs olmaz.
25-Əgər bir şəxs sənə bir söz deyib, onun sirr olaraq saxlamasını səndən istəsə,
onu faş etməkdən həzər et, əks halda tövbən də qəbul olunmaz.
26-Çətinliklərdən amanda qalmaq üçün “La hovlə və la quvvətə illa billahil-əliyyil-əzim!” zikrini yaddan çıxartma.
27-Sənə hər bir nemət əta olunduqda, onun artması üçün “Əl-həmdu lillah” de!
28-Ruzin təxirə düşdükdə, tövbə et və Allahdan bağışlanmağını dilə ki, işlərin öz qaydasına düşsün.
29-Vacib olan əməllərin tərk olunmasına qəti icazə verilməmişdir.
30-Allahın sənə əta etdiyi minlərlə nemətin müqabilində,
Ona təşəkkür etməyi və Onu yad etməyi unutma.

 İmam Əli (ə)-in Kumeylə Etdiyi Tövsiyələr

31-Allahı yad etməyənlərdən olma.
32-İstifadə etdiyin yeməklər halal olmasa, Allah-taala sənin şükrünü və zikrini qəbul etməz.
33-Hər bir şəxsin əmanətini – kimliyindən asılı olmayaraq, – özünə qaytar.
34-Allah-taala bizi Öz əxlaqına doğru yönəltmiş, onu öyrənməyi və insanları
ona rəğbətləndirməyi bizə əmr etmişdir.
35-Allaha and olsun, camaatın mənim əmrimə tabe olması üçün, onlara heç vaxt yalvarmaram!
36-Bəziləri bu fani və yalan dünyadan ləzzət aldılar, biz isə əbədi axirət
aləmindən fadalanıb ləzzət alacağıq.
37-Bizi yaxşı əməllərə sövq edən Allahın təqvalılara əta etdiyi behiştin yüksək mərtəbəsidir.
38-Behişt fikrində olmayanları ağır və əbədi əzabla müjdələ.
39-Namaz qılmaq, oruc tutmaq və sədəqə vermək (təklikdə) mühüm deyildir,
əhəmiyyət kəsb edən məsələ təmiz qəlbə, doğru niyyətə və xalis əmələ malik olmaqdır.
40-Mən Allaha hər bir halda itaət və sitayiş edirəm. (Sən də həmişə Allaha itaət və sitayiş et!)

 İmam Əli (ə)-in Kumeylə Etdiyi Tövsiyələr


Geri dön

aga482

  • 7 oktyabr 2011 19:52
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
DEYERLİ MELUMATLARA GORE TESEKKURLER smile

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

MuCaHiD_313

  • 7 oktyabr 2011 19:25
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

sensiz_zor

  • 7 oktyabr 2011 17:18
  • Məqalə: 0
  • Şərh: 152
  • Bal:
{awards}
deyerli yaziya gore twk

gul_93

  • 7 oktyabr 2011 16:55
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
cox sag ol gozel yazi ucun

maiw mm

  • 7 oktyabr 2011 16:39
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
40-Mən Allaha hər bir halda itaət və sitayiş edirəm. (Sən də həmişə Allaha itaət və sitayiş et!)

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

-=ZED=-

  • 7 oktyabr 2011 16:26
  • Məqalə: 28
  • Şərh: 330
  • Bal:
{awards}
en esas tovsiye allaha sitayish etmekdir ! bunu etdinse her bir wey etceksen

--------------------
Onℒy ℊod can ℑυdℊℯ ℳℯ !!!

♥℘.s. I ℓ٥ﻻ ﻉ√٥υ♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 28

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}