Peyğəmbərdən (s) hədislər

 
Peyğəmbərdən (s) hədislər
Peyğəmbərdən (s) hədislər

Bismillahir-rehmanir-rehim

Peyğəmbərdən (S) Hədislər

* Sədəqəni heç vaxt yaddan çıxarmayın. Çünki onun on xüsusiyyəti var. Bunların beşi dünyaya, beşi isə axirətə aiddir. Dünyaya aid olanlar bunlardır: malı və canı paklaşdırar, xəstələrə şəfa olar, qəlblərə şadlıq bəxş edər, var-dövləti çoxaldar və ruzini artırar.
Axirətə aid olan xüsusiyyət isə bunlardır: Qiyamət günü baş üzərinə kölgə salar, haqq-hesabın asan çəkilməsinə səbəb olar, savabları artırar,
Sirat körpüsündən asanlıqla keçməyə kömək edər və insanı ali dərəcələrə çatdırar.

Peyğəmbərdən (s) hədislər

* Elə ki, mənim ümmətim arasında on xüsusiyyət meydana gəldi,
onlar on əzaba düçar olarlar; elə ki, dua etmək azalar, bəla nazil olar, elə ki, sədəqə vermədilər, xəstəliklər çoxalar, zəkat verməkdən boyun qaçırsalar, heyvanlar qırılar,
padşahlar zülm etsə, yağış yağmaz, zina artsa, qəfil ölümlər çoxalar, riya və ikiüzlülük, özünügöstərmə artarsa, zəlzələlər çoxalar.
Allahın hökmü əsasında deyil, özlərindən hökm versələr, düşmən onlara müsəllət olar, əhd-peyman sındırmaq artsa, adam öldürmək rəvac tapar, satış zamanı çəkini azaltsalar,
onlara qıtlıq üz verər.

Peyğəmbərdən (s) hədislər

* Allahdan qorxun, qohumlarınızla əlaqə yaradın.
Bu iki xüsusiyyət dünyada xeyir-bərəkət, axirətdə isə bağışlanmağa səbəb olar. Sileyi-rəhmin isə (qohumlarla əlaqə saxlamağın) on özünəməxsus xüsusiyyəti var: Allahın razılığı, qəlblərin şadlığı, mələklərin sevinci,
camaatın (bir-birinə) təşəkkür və razılığı, şeytanın xar olması, ömrün uzanması, ruzinin genişlənməsi, ölülərin ruhunun şadlığı,
alicənablığın artması və savabın çoxluğu.

Peyğəmbərdən (s) hədislər

* Bir gün bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: “Olarmı mən ölümü arzulayım? “ Peyğəmbər (s) buyurdu: “Ölümə çarə yoxdur.
Lakin bu, uzun bir səfərdir. Bu səfəri arzulayan gərək öz yanında on töhfə aparsın.” Kişi soruşdu: “Nə töhfə?”
Peyğəmbər (s) buyurdu: “Əzraildən ötrü, qəbirdən ötrü, Nəkir və Münkərdən ötrü, mizan tərəzisindən ötrü, Sirat körpüsündən ötrü, Cəhənnəmin qapıçısından ötrü, behiştin qapıçısından ötrü, Peyğəmbərdən (s) ötrü və Mütəal Allahdan ötrü.
Əzraildən ötrü dörd töhfə aparmalıdır: boynunda haqqı olanların razılığı, namazların qəzası (yə`ni, yerinə yetirilmiş qəza namazları).
Allaha qarşı şövq və ölüm arzusu.

Peyğəmbərdən (s) hədislər

Qəbirdən ötrü də dörd töhfə aparmalıdır: söz gəzdirməyi tərk etmək, sidiyin istibrası, Qur`an oxumaq və gecə namazı.
Nəkir və Münkərdən ötrü də dörd töhfə aparmalıdır: doğru danışmaq, qeybəti tərk etmək, hamı barədə haqq danışıq və təvazökarlıq.
Mizan tərəzisindən ötrü də dörd töhfə aparmalıdır: qəzəbi udmaq, həqiqi təqva, ictimai məsələlərdə (camaat namazı kimi) iştirak etmək, camaatın xeyir işlərdən ötrü də`vətini qəbul etmək.
Sirat körpüsündən ötrü də dörd töhfə aparmalıdır: ixlas, xoş xasiyyət,
çoxlu zikr və başqalarının əziyyətinə dözmək.

Peyğəmbərdən (s) hədislər

Cəhənnəmin qapıçısından örtü də gərək dörd töhfə aparsın: Allah qorxusundan ağlamaq, gizli sədəqə, günahı tərk etmək və ata-ana ilə xoş rəftar etmək.
Cənnətin qapıçısından ötrü də dörd töhfə aparmalıdır: xoşagəlməz hadisələr müqabilində səbr, ne`mətlərin şükrü, malın-pulun Allah yolunda sərf olunması, vəqf olunmuş əmlakda əmanətə riayət etmək.
Peyğəmbər (s) üçün də dörd töhfə aparmalıdır: o Həzrəti (s) sevmək, onun (s) sünnəsinə tabe olmaq, əhli-beytinə (ə) məhəbbət və dilin iffəti.
Cəbraildən ötrü də dörd töhfə aparmalıdır (Cəbrail əvvəldə gəlməyib); az yemək, az yatmaq, ne`mətin şükründə davamlı olmaq (dördüncüsü hədisdə gəlməyib).
Mütəal-Allahdan ötrü də dörd töhfə aparmalıdır: əmr be mə`ruf, nəhy əz münkər, camaata qarşı xeyirxah olmaq və hamıya mehribanlıq.”

Peyğəmbərdən (s) hədislər

* Qiyamət günündə mənim ümmətimdən olan on dəstə Allahın qəzəbinə düçar olar və Cəhənnəmə vasil olar.
Həmin insanlar bunlardır: zinakar qoca, yolunu azmış rəhbər, şərabxor, ata-anası ilə bədrəftar olan, günahsız qadına haqsız töhmət vuran, söz gəzdirən, yalançıya şahidlik edən, zəkata mane olan, zalım və namazı tərk edən.
Bilin ki, Qiyamət günü namazı tərk edənin əzabı ikiqatdır. Məhşərə gələn zaman əlləri boynuna qandallanmış halda olar və bu vəziyyətdə olduğu halda əzab mələkləri odlu gürzlərlə onun alnına və yanaqlarına vurarlar.
Behişt ona deyər: “Nə sən məndənsən, nə də mən səndən.” Cəhənnnəm isə ona deyər: “Yaxın gəl, sənə dəhşətli işgəncə verəcəyəm!” Həmin an Cəhənnəm fəryad çəkib həmin bədbəxti öz içinə alar və o, Qarunun yanına gedər.
(Bu məsələdə yalnız o kəslər istisnadır ki, tövbə edərək namaza başlayıb və keçmişdə əldən verdiyi vacib namazlarının da qəzasını yerinə yetirir.)

Peyğəmbərdən (s) hədislər

* Allaha əqldən başqa bir şeylə ibadət etmək olmaz və nə qədər ki, bir adamda on xislət cəm olmayıb, heç vaxt əqli kamil olmaz: camaat onun xeyrinə ümidvar olsun,
şərindən amanda olsun, özünün çoxlu xeyir işini az hesab etsin, başqalarının az xeyir işini çox hesab etsin, öz ehtiyacları üçün çalışmaqdan yorulmasın,
ömrü boyu elm öyrənməkdən bezməsin, yoxsulluğu varlılıqdan və zilləti izzətdən üstün tutsun (yə`ni, qəlbində batil böyüklük məhəbbəti olmasın),
dünya malında əsla gözü olmasın və nəhayət, onuncu budur ki, hamını özündən üstün tutsun (yaxşı bilsin).

Peyğəmbərdən (s) hədislər

* Abdullah Abbas deyir ki, bir gün Peyğəmbər (s) camaat arasında dayanıb xütbə oxudu.
Daha sonra buyurdu: “Allah-təala biz Əhli-beytin vücudunda on fəzilət qərar verib ki, bizdən başqa bu fəzilətləri heç kəsdə cəm etməyib.
Həmin fəzilətlər bunlardır: Hökumət etmək haqqı, helm, elm, peyğəmbərlik, səxavət, şücaət, ədalət, paklıq, iffət və təqva. Bizik təqva kəlməsi (təqva mücəssiməsi), hidayət yolu, ən ali bəşər nümunəsi, Allahın ən böyük höccəti, möhkəm əltutan və qırılmaz ip!
Bizik ki, Allah məhəbbətimizi vacib edib! Elə isə haqdan başqa yol zəlalət deyilmi?!
Hara gedirsiniz?!

Peyğəmbərdən (s) hədislər


Geri dön

sevgimden_utaniram

  • 8 oktyabr 2011 14:12
  • Məqalə: 44
  • Şərh: 617
  • Bal:
coox beyendim sag ol))♥

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

_WITH YOU_

  • 8 oktyabr 2011 08:54
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
təşəkkur edirəm

Zoluwka

  • 8 oktyabr 2011 00:19
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}
coox sag olun xeebere goree

--------------------
♀+♂=ღ

GlamouR_

  • 8 oktyabr 2011 00:04
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
coox sag olun xeebere goree

--------------------

-=ZED=-

  • 7 oktyabr 2011 23:23
  • Məqalə: 28
  • Şərh: 330
  • Bal:
{awards}
hmm bezilerini yadda saxladim yasda demeye ! tewekkurler

--------------------
Onℒy ℊod can ℑυdℊℯ ℳℯ !!!

♥℘.s. I ℓ٥ﻻ ﻉ√٥υ♥

maiw mm

  • 7 oktyabr 2011 21:44
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
Allahın ən böyük höccəti, möhkəm əltutan və qırılmaz ip!
Bizik ki, Allah məhəbbətimizi vacib edib! Elə isə haqdan başqa yol zəlalət deyilmi?!
Hara gedirsiniz?!

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

sharm

  • 7 oktyabr 2011 19:54
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

...Queen...

  • 7 oktyabr 2011 19:09
  • Məqalə: 7
  • Şərh: 64
  • Bal:
{awards}
tsk edirem

--------------------
♥♥♥

new dream

  • 7 oktyabr 2011 18:16
  • Məqalə: 0
  • Şərh: 98
  • Bal:
{awards}
Allah her kesi allahin sevimli qulu elesin
menali xeber ucun tesekkurler

_PROSTA-MANYAK_

  • 7 oktyabr 2011 17:58
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
ALLAHIN EZIZ QULU OLA BILSEK BIZ XOS.

--------------------
orxan

... Deryam ...

  • 7 oktyabr 2011 17:42
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
İNŞALLAH BİZDƏ ALLAHIN SEVİMLİ QULLARINNAN OLARIQ ...
DƏYƏRLİ XƏBƏR ÜÇÜN TŞKLƏR ......

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 20
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}