Pisliyin qarşısında yaxşılıq etmək məharəti

 
Pisliyin qarşısında yaxşılıq etmək məharəti

Həzrət Əli (ə) Əhli-Beyt (ə) davamçılarının xüsusiyyətlərindən birini belə bəyan etmişdir: “Əgər kimsə ona zülm etsə, onu bağışlayar. Əgər kimsə onu bəxşişdən məhrum etsə, ancaq o, var-yoxunu ondan əsirgəməz. Əgər yaxınlarından kimsə onunla əlaqəsini kəsərsə, o, rabitəni kəsməz”.

Başqalarının qarşısında vəzifəmiz

Bizim öhdəmizə qoyulan vəzifələri iki yerə bölmək olar:
Bir silsilə vəzifələr vardır ki, özümüzə aiddir. Yəni özümüz necə rəftar etməliyik? Və bir silsilə vəzifələr də başqalarına aiddir. İkinci qism də iki yerə bölünür. Bu vəzifələrin bir qismi o insanlara aiddir ki, pis rəftara malikdirlər. Biz onlarla necə rəftar etməliyik? Bu pis rəftarı da bir neçə qrupa bölmək olar. Bir qrup pis rəftarlar vardır ki, birbaşa bizə aid deyildir. Ancaq yanlış bir işdir ki, edirlər. Bu cür əməllərin əmr-be-məruf və nəhy-əz-munkərə aidiyyəti vardır.

Bizə qarşı edilən pis rəftarlar

Bəzi pis rəftarlar vardır ki, bizə qarşı edilir.
Bu cür rəftarlara necə reaksiya verilməlidir?
Bu cür rəftarları üç dəstəyə bölmək olar:

1. Başqasının vəzifəsidir, gərək mənə qarşı etməyəydi. Məsələn, qonşu zülm etməməlidir, ancaq o, etmişdir.
2. Başqasının vəzifəsidir, mənə qarşı etməyibdir, ancaq etməlidir. Məsələn, sileyi-rəhm etməlidir, ancaq etmir.
3. Elə bir vəzifədir ki, ictimai əxlaqa görə etməlidir. Baxmayaraq ki, nə onu etmək vacibatdır, nə də tərk etmək haramdır. Məsələn dosta ehtiyacın vardır. Ancaq o, gücü çatdığı halda bunu etmir.

Birinci qrup daha çox əhəmiyyətə malikdir. Belə ki, bir nəfər insana zülm edərsə, haqqını tapdalayarsa, malını tələf edərsə, ona söyüş söyərsə, abrını apararsa, ona zülm etmiş deməkdir. Bu zaman nə etmək lazımdır?

Pisliyin qarşısında yaxşılıq etmək məharəti

Vəzifəsini yerinə yetirməmiş insana qarşı rəftarımız

Əmirəl-möminin (ə) üçüncü qrup insanlar haqda buyurmuşdur: “O zaman ki, sənə ehtiyacı olur, yaddan çıxart ki, bir dəfə səni məhrum etmişdi. Ona qarşı yardımını əsirgəmə. Əgər maddi köməyə ehtiyacı varsa, gücün çatdığı qədər ona yardım et və yaddan çıxart ki, bir gün sənin maddi köməyə ehtiyacın olanda o, sənə yardım etməmişdi”.

Əgər qohumlardan biri mənimlə əlaqəni kəsibsə, vəzifəsinə əməl etməmiş deməkdir. Çünki valideynə yaxşılıq etmək vəzifəsindən sonra, vacib vəzifələrdən biri də budur. Mənim bu halda vəzifəm nədir? Mən onun yaxın insanıyam, ancaq bu yaxınlıq iki tərəflidir. O, vəzifəsinə əməl etməmişdir. İllər keçir, ancaq o, mənim halmı belə soruşmur, ad günlərində təbrik etmir. Xülasə, sileyhi-rəhmi yerinə yetirmir. Elə rəftar edir ki, guya mənimlə qohum deyildir. Bu zaman vəzifəmiz odur ki, bu rabitə kəsilməsin. Mən ona baxmalı deyiləm, bu əlaqənin kəsilməməsinə çalışmalıyam. Bu, Allahın insanlar arasında qoyduğu bir bağdır və onda hikmət vardır.
Hər bir halda sileyi-rəhmin vacibliyi

Sileyi-rəhm - dini vəzifələrdən biridir ki, onun haqqında çox təəsüf ki, az bəhs edilir. Valideynə yaxşılıqdan sonra vacib bir vəzifə sayılır. Yerinə yetirməyən - həm bu dünyada, həm də axirətdə məzəmmət olunacaqdır. Allah Təala buyurur ki, necə ki, sən qohumunla əlaqəni kəsmisən, Mən də səninlə əlaqəni kəsriəm. Sənin artıq Mənimlə əlaqən yoxdur. O kəs ki, qohumu ilə əlaqəsini kəsər, Allah da ondan küsər. Bu böyük bir günahdır.

Pisliyin qarşısında yaxşılıq etmək məharəti

Bizə zülm etmiş insanın qarşısında vəzifəmiz

Bizə zülm etmiş insana qarşı reaksiyamız dörd cür ola bilər:

1. İnsan ona zülm etmişə qarşı kəskin reaksiya göstərər. Quran bu haqda buyurur: “Bu haram ay o haram ayın əvəzindədir, bütün hörmətlər əvəzli və qarşılıqlıdır. Demək, hər kim sizə təcavüz etsə, siz də onun təcavüz etdiyi kimi ondan əvəz alın! Allahdan qorxun və bilin ki, Allah təqvalılarladır”.
(“Bəqərə”, 194).

2. Məsəl çəkərək mübarizə etmək.

3. Görməməzliyə vurmaq və güzəşt etmək.

4. Nəinki pis rəftarına güzəşt edər, hətta onun qarşısında yaxşı iş görər.

Pisliyin qarşısında yaxşılıq etmək məharəti

Dördüncü qrupun ictimai dəyəri daha çoxdur. Əhli-Beytin (ə) əxlaqı da bu cür olmuşdur. İmam Sadiq (ə) haqda belə yazırlar: “Bir nəfər Həzrətə pis söz deyir. Həzrət də bahalı bir malı xidmətçisinə verir və buyurur: “Bunu apar və evində ona ver. Demə kim göndərib.” Xidmətçi deyir ki, mən o kisəni götürüb, həmin adama verdim. O, dedi: “Allah hər il bizə bu cür kisə göndərənə rəhmət etsin”. Bu hədis təqribən bu ayəyə bənzəyir: “Yaxşılıq ilə pislik bir deyildir. (Pisliyi) yaxşlıq ilə dəf et! O zaman səninlə arasında düşmənlik olan şəxs, səmimi bir dost kimi olar”.
(“Fussilət”, 34).

Əgər istəyirsinizsə ki, başqaları yaxşı iş görsünlər, siz yaxşı işlər görün. Sizin bu yaxşı işiniz ona təsir edəcəkdir. Başqaları ilə necə rəftar edəcəyini öyrənəcəkdir. Sizin bu yaxşılığınız sizinlə düşmən olan o insanın dost olmasına bais olar. Bu cür rəftar pis rəftar edən insanlara aiddir. Bu rəftar o zaman edilməldir ki, insan mübarizə edə bildiyi yerdə yaxşılıq edir və bu məharətdir. “Təqvalılar (həm) bolluqda (həm də) qıtlıqda infaq edən, acıqlarını udan və insanların (qüsurlarını) əfv edən kimsələrdirlər. Allah yaxşılıq edənləri dost tutar”.
(“Ali-İmran”, 134).

Pisliyin qarşısında yaxşılıq etmək məharəti

“Aranızda olan mal-dövlət, imkan və sərvət sahibləri qohumların, yoxsulların və Allah yolunda hicrət edənlərin barəsində səhlənkarlıq etməsinlər. (və onlara bir şey verməyəcəklərinə dair and içməsinlər): onları bağışlasınlar və göz yumsunlar. Siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır”.
(“Nur”, 22).

Diqqət etmək lazımdır ki, həmişə xəta işlədən insana güzəşt etmək bəyənilmir. Bəzən elə hallar olur ki, bağışlamaq yaxşı deyildir. Eyni zamanda ona güzəşt etmək əgər başqalarına qarşı zülmü artırarsa, elə bir rəftar edilməlidir ki, onu tənbeh edə bilsin.
İstisna olan başqa bir hal da odur ki, o kəs ki, cəmiyyət arasında başqa pis hərəkət edərsə və bizim də ona qarşı gücümüz vardırsa, onu bağışlamamalıyıq. Xüsusilə də hüquq-mühafizə orqanları canini bu halda bağışlamamalıdır. Hüquq-mühafizə orqanlarının vəzifəsi - başqalarına zərər vuranları bağışlamamaqdır. Bu yolla fəsadın qarşısı alınar. Burada bağışlamaq olmaz. Çünki əgər bağışlayarlarsa, insanların mal və canları xətərə düşər. Cəmiyyət də fasid olar.

Pisliyin qarşısında yaxşılıq etmək məharəti

İstisna hallardakı rəftar

O kəs ki, pis sözlər deməklə, yersiz hərəkətlərlə pisliyin qarşısını almaq istəyər, özü bir neçə pisliyə düçar olar. Məsələn bir nəfər qeybət edirsə, onu tənbeh etmək üçün demək lazımdır ki, “əgər bu sözü elə desəydin ki, həmin insanın abır-həyası getməsin və ona qarşı bədbin olmayaq, daha yaxşı olardı”.
Onunla elə rəftar etmək lazımdır ki, tənbeh olmuş olsun. Gördüyü bu pis işi tərk etsin. Eyni zamanda onun da abrı getməsin. Hətta dahi insanların hüzurunda nalayiq hərəkətlər edənlər var idi, ancaq onlar həmin dəqiqə heç nə demirdilər. Xəlvətdə onlarla söbət edərlərmiş. Mərhum Ayətullah Behcət (r) nəql edir: “Tənbəkini haram buyuran Mirzə Şirazinin iştirak etdiyi məclisdə bir nəfər mərsiyə oxuyurdu. Ancaq mərsiyəsi yalançı mərsiyə idi. Mirzəni görəndə bu cür insanlar həmişə dayanırdılar, ancaq o, bu cür insanların heç üzünə də baxmırdı. Yaxınlarından biri deyir: Ağa, nəhy-əz-münkər etməyəcəksiniz? O, buyurdu: “Mən sonra ona deyəcəyəm ki, bu iş doğru deyildir. Əgər indi desəm, abır-həyası gedər. Yalançı rövzəxan kimi məhşur olar”.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Möminin hər şeyi möhtərəmdir. Etibarı, abrı, malı və qanı”. O kəs ki, qeybət edər, onu nəhy-əz-münkər etmək lazımdır. Ancaq bunu elə etmək olar ki, həm nəhy-əz-münkər olsun, həm tənbeh olsun və həm də abrı getməsin.

Pisliyin qarşısında yaxşılıq etmək məharəti

Bəzi insanlar nəhy-əz-münkər zamanı bilmədən pis söz deyirlər. İnsanların içində yüksək səslə deyirlər: “Qardaş, bu qiraəti düzəlt, niyə bu cür oxuyursan, namazın batildir. Cəhənnəmə gedəcəksən”. Bu halda Quran buyurur: “Ədalətlə şahidlik edən olun! Əlbəttə, bir qövmə qarşı olan acığ(ınız) sizi əsla ədalətlə rəftar etməməyə çəkməsin. Ədalətli olun! (ona görə ki,) bu, təqvaya daha yaxındır. Qorxun Allahdan! Şübhə yoxdur ki, Allah etdiklərinizi tam bilir”.
(“Maidə”, 8).

Bəzən olur ki, qarşı tərəfin niyyəti pis olmur. Bilməyərəkdən başa salmaq istəyir ki, ondan üstündür. Əgər şeytan bu işə qarışmasaydı, onu kənara çəkib bu cür deyərdi: kiçik bir sözüm var, cəsarətimə görə bağışla. Mənə elə gəldi ki, siz ayəni bu cür oxumusunuz, ola bilsin ki, mən səhv başa düşmüşəm. Mən oxuyum, baxın görün düz deyirəm.

Biz gərək çalışaq ki, bütün rəftarlarımız - istər özümüzə aid olsun, istərsə də başqalarına - Allaha xatir olsun. Şeytan burada çox fəal olur. O mömin ki, vəzifəsini yerinə yetirmək istəyir, əmr-be-məruf və nəhy-əz-münkər etmək istəyir, onu yolundan elə azdırır ki, orada pisliyin xətəri daha çox olur. Odur ki, xüsusilə diqqətli olmaq lazımdır.(deyerlere istinaden).....


Geri dön

sweet__love

  • 8 oktyabr 2011 11:37
  • Məqalə: 0
  • Şərh: 407
  • Bal:
tesekurler cox hetda cox derin movzudu bu haqda cox sey yazmaq olar
ellerinize saliq allah razi olsun
amma bu edilenleri demek olarki 99

QALIB 007

  • 8 oktyabr 2011 11:23
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
TESEKKURLER

Zaurcik2011

  • 8 oktyabr 2011 11:22
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
Allah senden razi olsun.
amma bezen ele pislikler,reftarlar olurki qarsiliqi acimasiz olur.

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

maiw mm

  • 8 oktyabr 2011 09:44
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
2. Məsəl çəkərək mübarizə etmək.

3. Görməməzliyə vurmaq və güzəşt etmək.

4. Nəinki pis rəftarına güzəşt edər, hətta onun qarşısında yaxşı iş görə

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}