İmam Əlinin (ə) yetimlərə qarşı mehribanlığı

 
İmam Əlinin (ə) yetimlərə qarşı mehribanlığı

İmam Əli (ə) yetimlərə qarşı o qədər mehriban və
xoşrəftar idi ki, bəzi səhabələri hətta yetim olmağı arzulayırdılar.

Əbul Tifil nəql edir:
“Əli (ə) öz hökuməti dövründə yoxsul və kasıb insanlara diqqət edərdi. Bir gün gördüm ki, o, yetim uşaqları ətrafına toplayıb və onlar üçün süfrə açmışdır. Süfrəyə qoyduğu bal və ləziz yeməklərə çörəyi batırıb onların ağzına qoyur. Bu mənzərə o qədər təsirli idi ki, bəzi səhabələri arzu edirdilər ki, “ey kaş mən də yetim olaydım və Əli (ə) tərəfindən bu qədər lüthə nail olaydım””.

Bu haqda İmam Əli (ə) buyurur:
“Mən insanların rəhbəri, Allahın hidayət edilmişlərindənəm. Mən yetimlərin və biçarələrin atasıyam, zəiflərin pənah yeri, məzlumların ümidiyəm”.

Həyatının son dəqiqələrində yetimlər haqqında İslam ümmətinə vəsiyyət edir:
“Sizi Allaha and verirəm, yetimlərinizi yaddan çıxartmayın. Ağızlarını yemək intizarında qoymayın. Ehtiyatlı olun ki, onlar ac olmasınlar. Hüquqları tapdalanmasın.”

Bu hədisdən görmək olur ki, İmamın (ə) bütün fikri yetimlərdə idi. Çünki onlar üçün ata olmuşdur. O, var olanda qoymurdu ki, heç bir yetim atasız olduğunu hiss etsin. Başqa bir tərəfdən isə o, yetimləri insanlara tapşırıb gedir. Ömrünün son anlarında belə onları düşünürdü.

İmam Əlinin (ə) həyatı haqqında tarixdə deyilir:
“Bir gün o, bir qadını görür ki, su səhəngini belinə alıb, çətinliklə onu aparır. Həzrət o qadından xahiş edir ki, səhəngi ona versin. İmam Əli (ə) səhəngi götürür və vəziyyəti haqqında ona sual verir. Məlum olur ki, əri İslam şəhidlərindən olmuşdur. Ona görə də bu qadın başqalarının evinə su daşıyaraq, pul qazanır. İmam Əli (ə) həmin qadının evinin yerini öyrənir və gecəni çox narahat keçirir. Səhər açılan kimi ərzaqla dolu zənbili götürür və onun evinə tərəf hərəkət edir. Yolda bəzi möminlər ona kömək etmək istəyirlər, ancaq Həzrət onlara buyurur: “Qiyamət günü mənim yükümü kim aparacaqdır?”. Əli (ə) qapını döyür və icazə alıb içəri girir və təklif edir ki, ya uşaqları oynatsın, ya da xəmir yoğurub, çörək bişirsin. Qadın çörək bişirməyi öz boynuna götürür və deyir ki, “Allah səndən razı olsun”. Əli (ə) ətin bir hissəsini bişirir və xurma ilə uşaqların ağzına qoyur. Ağızlarına hər tikə qoyanda deyir: “Uşaqlar, Əliyə halal edin”.

Xəmir bişirməyə hazır olanda qadın deyir:
“Ey Allahın bəndəsi, təndiri yandır”. Əli (ə) təndiri yandırır və mübarək üzünü təndirin oduna tərəf tutur və deyir: “Dad, ey Əli! Bu, o insanın cəzasıdır ki, yetimlər barədə qəflət edər”. Bu zaman qonşu qadın içəri girir və görür ki, Əli (ə) uşaqlarla oynadır. Onu görüb tanıyır və qadına deyir: “Vay olsun, sənə bu Əmirəl-möminindir. Evində işləyir və uşaqlarını güldürür”.

Şəhidin arvadı dediklərindən xəcalət çəkir və üzrxahlıq edib, deyir:
“Ya Əmirəl-möminin! Mən sizdən xəcalət çəkirəm. Tanımadan sizə sözlər deyib, işlətmişəm”.

Əli (ə) buyurur:
“Mən sizdən xəcalət çəkirəm ki, indiyə qədər sizin halınızdan xəbərim olmamışdır”. Bu sözləri deyir və müvəqqəti olaraq, evlərini tərk edir.

Bu deyilənlərdən görmək olur ki, o, yetimlərə görə özünü nə qədər məsuliyyətli hesab edir. Eyni zamanda onlara yardım etməyi və uşaqların tərbiyəsini də yaddan çıxartmır və deyir: “Uşaqlarınızı tərbiyə etdiyiniz kimi, yetimləri də tərbiyə edin. Lazım olanda ki, uşaqlarınızı vurursunuz, yetimlərdən də qəflət etməyin ki, ərköyün olmasınlar”.


Geri dön

sevgi yalandir

  • 8 oktyabr 2011 14:20
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
ALLAH RAZI OLSUN ...

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

... Deryam ...

  • 8 oktyabr 2011 13:14
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 112
Cəmi: 150

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 137
 
The Shield
Xəbərləri: 31
Cəmi: 293
 
Darling
Xəbərləri: 29
Cəmi: 916
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 16
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 51
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}