Peyğəmbərimizin (s.a.v) həyat - Ömərin (radiyəllahu anhu) müsəlman olmağı

 
Peyğəmbərimizin (s.a.v) həyat - Ömərin (radiyəllahu anhu) müsəlman olmağı

Peyğəmbərimizin (s.a.v) həyat - Ömərin (radiyəllahu anhu) müsəlman olmağı

Həmzə (radiyəllahu anhu)`nin İslamı qəbul etməyindən üç gün sonra Ömər (radiyəllahu anhu) İslamı qəbul etmişdir. İslama girməmişdən əvvəl İslam və müsəlmanların ən şiddətli düşmənlərindən biriydi. Bir gecə, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Kəbədə namaz qılıb quran oxuyarkən, Ömər eşitmiş və təsirlənmişdi. Onun haqq olduğunu düşünmüş, ancaq inadından əl çəkməmişdi. Bir gün əlinə qılıncı alıb Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`i öldürmək üçün yola çıxdı. Yolda bir nəfər ona "Hara gedirsən, ey Ömər?" deyə soruşdu. O da heç çəkinmədən : "Məhəmmədi öldürmək istəyirəm." dedi. O adam ona : "Məhəmmədi öldürsən Haşim oğulları və Zəhra oğullarından necə xilas olacaqsan?" deyə soruşduqda, Ömər o şəxsə qəzəbləndi və : "Yoxsa, səndəmi Məhəmmədlə birlikdəsən? "deyə danladıqda "Sənin bacın və qaynın da müsəlman oldular." demişdir.
Bundan sonra Ömər qayıdıb düz bacısı və qaynının yanına getdi. Onların yanında Ərətin oğlu Həbbab
(radiyəllahu anhu) da vardı. Onun yanında içində Taha surəsi yazılmış olan bir səhifə vardı. Həbbab bu səhifəni onlara oxuyurdu. Onlar, Ömərin gəldiyini eşidəndə, Həbbabı evin bir küncündə gizlətdilər. Ömərin bacısı Fatma səhifəni götürüb uyluğunun altına qoydu. Ömər evə yaxınlaşanda evdə nəyinsə oxunduğunu eşitmişdi. Evə girəndə:

Peyğəmbərimizin (s.a.v) həyat - Ömərin (radiyəllahu anhu) müsəlman olmağı

Bir az əvvəl eşitdiyim o mırıltı nə idi? deyə soruşdu.
Bir şey eşitmədin! Deyə cavab verdilər.
Vallahi, mən sizin Məhəmmədə tabe olduğunuzdan xəbər tutmuşam. Dedi və qayını Səidə şiddətlə vurub, tutdu. Ərini Ömərin əlindən almaq istəyən Fatmaya da vurub başını yardı. Bundan sonra, hər ikisi də Ömərə:
Bəli, müsəlman olduq. Allaha və Rəsuluna iman etdik, istədiyini et! dedilər.
Ömər, bacısının üzündəki qanı görəndə etdiyinə peşman oldu. Utandı. Bacısına:

"Bir az əvvəl oxuduğunuz səhifəni mənə gətirin, bir oxuyum" dedi. Bacısı ona Sən pissən, şirk üzərindəsən, qurana isə təmiz olanlar toxuna bilərlər. Qalx yuyun." dedi. Ömər qalxıb yuyundu və səhifəni əlinə götürüb oxumağa başladı. "Bismilləhir- Rahmənir- Rahim" oxudu və "Gözəl, təmiz adlar" dedi. Sonra Taha surəsini «Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!» (Taha / 14) ayəsinə qədər oxudu. "Bu nə gözəl, nə şirin bir sözdür. Məni Məhəmmədin yanına aparın" dedi.

Peyğəmbərimizin (s.a.v) həyat - Ömərin (radiyəllahu anhu) müsəlman olmağı

Ömərin bu sözünü eşidən Həbbab, ortaya çıxdı və "Müjdə, ey Ömər! Mən Allahın səni Peyğəmbərin dəvətiylə seçəcəyini umurdum. Çünki, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`dan gecə : "Ey Allahım, Hişamın oğlu Əbu Cəhl və Xəttabın oğlu Ömər ilə qüvvətləndir!" - deyərkən eşitdim" - dedi. Sonra da Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın Ərkamın evində olduğunu xəbər verdi.
Ömər (radiyəllahu anhu) qılıncını götürüb qurşandı, sonra da Ərkamın evinə gəlib qapını açdı. İçəridəkilərdən biri qapının arasından baxdı və Ömərin qılınclnı qurşanmış olaraq gəldiyini gördü. Vəziyyəti Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a bildirdi. İçəridəkilər təlaşlanıb bir araya gəldilər. Həmzə "nə oldu?" deyə soruşduqda, "Ömər" dedilər. Həmzə "Ömərdirmi? Qapını açın! Əgər xeyir üçün gəlmişsə, xeyri ona verin. Əgər şər törətmək üçün gəlmişsə, qılıncı ilə onu öldürün." dedi.
Rəsulullah
(Səllallahu Aleyhi və Səlləm) o əsnada içəridəydi və ona vəhy gəlməkdəydi. Sonra gəlib Öməri qarşıladı. Onu paltarından və qılınc qurşağından tutdu, sonra da şiddətlə özünə sarı çəkdi.

Peyğəmbərimizin (s.a.v) həyat - Ömərin (radiyəllahu anhu) müsəlman olmağı

"Allah sənə Vəlid bin Muğirəyə endirdiyi kimi bir fəlakət endirənə qədər küfrdən əl çəkməyəcəksənmi?" dedi. Sonra da "Ey Allahım! Budur, Ömər bin Xəttab. İslamı Ömər bin Xəttab ilə izzətləndir." buyurdu. Ömər tez belə dedi : "Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə muhəmmədən Rəsulullah." Rəsulullah və evdə olanlar elə bir təkbir gətirdilər ki, sədaları ta Beytul-Haramdan eşidildi.

Peyğəmbərimizin (s.a.v) həyat - Ömərin (radiyəllahu anhu) müsəlman olmağı


Geri dön

sevgimden_utaniram

  • 8 oktyabr 2011 13:51
  • Məqalə: 44
  • Şərh: 617
  • Bal:
coox beyendim sag ol))♥

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

sweet__love

  • 8 oktyabr 2011 11:13
  • Məqalə: 0
  • Şərh: 407
  • Bal:
{awards}
cox sagol ALLAH SENDEN RAZI OLSUN OXUDUM ELLERINE SALIQ

maiw mm

  • 8 oktyabr 2011 09:42
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
"Allah sənə Vəlid bin Muğirəyə endirdiyi kimi bir fəlakət endirənə qədər küfrdən əl çəkməyəcəksənmi?" dedi. Sonra da "Ey Allahım! Budur, Ömər bin Xəttab. İslamı Ömər bin Xəttab ilə izzətləndir." buyurdu. Ömər tez belə dedi : "Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə muhəmmədən Rəsulullah." Rəsulullah və evdə olanlar elə bir təkbir gətirdilər ki, sədaları ta Beytul-Haramdan eşidildi.

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 17
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}