Peyğəmbərimizin (s.a.v) həyatı - İnananların ibadət və təhsilləri

 
Peyğəmbərimizin (s.a.v) həyatı - İnananların ibadət və təhsilləri

Müddəsir surəsinin ilk ayələrindən sonra vəhy enməyə davam etdi. Ondan sonra ilk enən surənin Fatihə olduğu söylənilir. Fatihə surəsi, Quran və İslam nizamının bütün əsaslarını və qayələrini içində cəm edən, həmd və duanı ehtiva edən bir surədir.
Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in ilk əmr olunduğu ibadət isə namazdır.
İki rükət səhər və iki rükət axşam olmaq üzrə cəmi dörd rükət idi. Cəbrayıl gələrək dəsnamaz və namazın necə olacağını şəxsən göstərmişdir.

Möminlər təmizliyə son dərəcə əhəmiyyət verirdilər. Dəsnamaz namazın şərti idi. Fatihə namazların əsli, həmd və zikr isə virdləri idi. Möminlər namaz ilə ibadət edirdilər. Namazlarını gözlərdən uzaq, kimsəsiz məkanlarda gizlicə əda edirdilər.

Peyğəmbərimizin (s.a.v) həyatı - İnananların ibadət və təhsilləri

İslamın ilk günlərində başqa heç bir ibadət, əmr və qadağa yox idi. Vəhy enir və tövhidin müxtəlif yönlərini bəyan edirdi. Ayrıca, onları nəfslərini təmizləməyə, gözəl əxlaq sahibi olmağa təşviq etdiyi kimi, cənnət və cəhənnəmdən də bəhs edirdi. Yenə ilk kərim ayələr, qəlbləri açıb ruhları bəsləyən gözəl vəəzləri ehtiva etməkdəydilər.
Nəbi (Səllallahu Aleyhi və Səlləm) onları islah edir, kitab və hikməti öyrədir. inananları qəlb təmizliyinə, əxlaq gözəlliyinə, iffətə, doğruluğa təşviq edirdi. Nəticədə onları qaranlıqlardan aydınlığa çıxarırdı.
Onlara Sıratı-Müstəqimi (doğru yolu) göstərir və onları Allahın dininə sarılmaq, ipinə möhkəm sarılmağı öyrədirdi. Onlara Allahın əmrləri xüsusunda səbat və istiqamət aşılayırdı.

Peyğəmbərimizin (s.a.v) həyatı - İnananların ibadət və təhsilləri

Bu şəkildə üç il keçdi. Dəvət gizli olaraq sadəcə şəxslərə yönəlmiş olaraq edilə bilirdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) dəvətini hələlik kütlə olan yerlərdə açıqlamırdı.
Ancaq, Qureyşlilər yavaş-yavaş vəziyyəti anlamağa başladılar. Qureyşdən bəziləri dəvəti inkar edib, bəzi inananlara əziyyət etməyə başlamaqlarına baxmayaraq, ümumi olaraq vəziyyətə əhəmiyyət vermirdilər.
Çünki, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) hələlik onların batil dinləri və saxta ilahları barəsində danışmamışdı.

Peyğəmbərimizin (s.a.v) həyatı - İnananların ibadət və təhsilləri


Geri dön

music_angel

  • 8 oktyabr 2011 19:07
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

gul_93

  • 8 oktyabr 2011 19:01
  • Məqalə: 56
  • Şərh: 1867
  • Bal:
{awards}
Allah razi olsun

_Selinnn_

  • 8 oktyabr 2011 18:47
  • Məqalə: 9
  • Şərh: 260
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Su Perisi

  • 8 oktyabr 2011 18:06
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
cox sagol

--------------------

Zaurcik2011

  • 8 oktyabr 2011 17:07
  • Məqalə: 77
  • Şərh: 1776
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

sharm

  • 8 oktyabr 2011 15:44
  • Məqalə: 2
  • Şərh: 462
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 38
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 585
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 26
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}