İmam Sadiqin (ə) şagirdindən səkkiz ibrətamiz tövsiyə

 
İmam Sadiqin (ə) şagirdindən səkkiz ibrətamiz tövsiyə

İmam Sadiqin (ə) qəlbi Həzrət Peyğəmbərin (s) elmi, biliyi və bəsirətinin təcəlli yeri idi. Bir gün Həzrət (ə) yanında təhsil verdiyi şagirdlərindən birinə buyurdu: “Bu qədər ki, mənim yanımdasan, nə öyrənmisən?” Cavab verdi: “Sizdən səkkiz məsələ öyrənmişəm”. Həzrət buyurdu: “Bunları mənə söylə”. Tələbəsi dedi:

1. Hər bir məhbubu ölən zaman öz həbibindən ayrıldığını gördüm, hər bir fürsətdən istifadə etdim ki, bu ayrılıq olmasın. Ancaq mənim munisim olmağını istədim və bu xeyrli əməldir.

2. Bəzilərini görürdüm ki, vəzifəsi ilə iftixar edir və bəzilərinin isə mal və övladı ilə iftixar etdiyini görürdüm. Ancaq gördüm ki, bunlarla iftixar edilməz. Fəxr - Allahın buyurduqları ilədir: “Şübhəsiz ki, sizlərdən Allah yanında ən sevimlisi - sizlərdən əməli-salehləridir”.

İmam Sadiqin (ə) şagirdindən səkkiz ibrətamiz tövsiyə

3. Əxlaqsızlığı və insanların məşğuliyyətini gördüm və Haqqın səsisni eşitdim: “Amma kim Rəbbinin hüzurunda durmaqdan qorxub, nəfsini həva-həvəsdən saxlamışsa, həqiqətən, onun gedəcəyi yer cənnətdir”. (“Naziat” 40-41). Ona görə də səy etdim ki, nəfsimin havasını alam.

4. Gördüm ki, hər kəsə qiymətli maddi bir şey nəsib olmuşdur. Çalışır ki, ondan ikiəlli yapışsın və onu hifz etsin. Mən Haqqın səsini eşitdim:“Allah yolunda qərzul-həsənə (gözəl bir borc) verən bir kəs (vardır) ki, Allah da (onun əvəzini) qat-qat artırsın? Həm də onun üçün dəyərli əcr vardır”. (“Hədid” 11).

5. Bəzilərinin bəzilərinə həyatda həsəd apardığını gördüm. Haqqın səsini eşitdim: “Dünyada onların dolanacaqlarını aralarında bölüşdürmüşük və bir-birinə iş gördürmələri üçün bəzilərini dərəcə cəhətindən bəzilərindən üstün etmişik. Sənin Rəbbinin rəhməti onların yığdıqlarından daha yaxşıdır”. (“Zuxruf” 32). Heç kimə həsəd aparmadım və əldən verdiklərimə təəsüflənmədim.

İmam Sadiqin (ə) şagirdindən səkkiz ibrətamiz tövsiyə

6. Düşmənlərin bəzilərini gördüm və qəlbdə olan kidurət nə təhlükəli bir şeydir. Haqqın səsini eşitdim: “Çünki Şeytan sizə düşməndir. Siz (də) onu düşmən tutun! O öz tərəfdarlarını alovlu od əhlindən olmağa çağırır”. (“Fatir” 6). Özümü şeytanla düşmən etdim və müsəlman insanlarla düşmənçilik etməyə vaxt qalmadı.

7. Gördüm ki, insanlar ruzi tələb edən zaman özlərini öldürürlər. Halal və harama riayət etmirlər. Bu işdə bir-birinə rəhm etmirlər. Mən Haqqın səsini eşitdim: “Mən cinləri və insanları, ancaq mənə ibadət etmələri üçün yaratdım. Mən onlardan bir ruzi istəmirəm. Mənə yemək vermələrini də istəmirəm. Şübhəsiz ki, əsl ruzi verən də, ağır qüvvə sahibi olan Allahdır”. (“Zariyat” 56-58). Başa düşdüm ki, vədəsi haqdır və sözləri doğrudur. Sakit oldum və vədəsinə sevindim. Halal dalınca gedib, ruzi tələb etməkdə rahat oldum. Qənaətə kifayət etdim və qalan vaxtı ibadətə ayırdım.

İmam Sadiqin (ə) şagirdindən səkkiz ibrətamiz tövsiyə

8. Gördüm ki, bəziləri bədinin sağlamlığına təkiyə edirlər. Bəziləri malın çoxluğuna. Mən Haqqın səsini eşitdim: “Hər kəs Allahdan qorxsa, (Allah da) ona bir çıxış yolu qoyar. Və ona, gümanı getmədiyi yerdən ruzi verər. Hər kəs Allaha təvəkkül etsə, Allah ona yetər”. (“Təlaq” 2-3). Başqalarına təkiyə etməkdən əl çəkdim və Allaha təkiyə etdim”.

Həzrət (ə) sonda buyurdu: “Allaha and olsun, Tövrat, İncil, Furqan və başqa kitablar bu səkkiz məsələyə qayıdır”. (Erfan)


Geri dön

music_angel

  • 8 oktyabr 2011 19:24
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

gul_93

  • 8 oktyabr 2011 19:12
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
2. Bəzilərini görürdüm ki, vəzifəsi ilə iftixar edir və bəzilərinin isə mal və övladı ilə iftixar etdiyini görürdüm. Ancaq gördüm ki, bunlarla iftixar edilməz. Fəxr - Allahın buyurduqları ilədir: “Şübhəsiz ki, sizlərdən Allah yanında ən sevimlisi - sizlərdən əməli-salehləridir”.
8. Gördüm ki, bəziləri bədinin sağlamlığına təkiyə edirlər. Bəziləri malın çoxluğuna. Mən Haqqın səsini eşitdim: “Hər kəs Allahdan qorxsa, (Allah da) ona bir çıxış yolu qoyar. Və ona, gümanı getmədiyi yerdən ruzi verər. Hər kəs Allaha təvəkkül etsə, Allah ona yetər”. (“Təlaq” 2-3). Başqalarına təkiyə etməkdən əl çəkdim və Allaha təkiyə etdim”.
TEWEKKURLER

_Selinnn_

  • 8 oktyabr 2011 18:57
  • Məqalə: 9
  • Şərh: 285
  • Bal:
{awards}
TESEKKURLERRR

Su Perisi

  • 8 oktyabr 2011 18:24
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
“Şübhəsiz ki, sizlərdən Allah yanında ən sevimlisi - sizlərdən əməli-salehləridir”.
“Amma kim Rəbbinin hüzurunda durmaqdan qorxub, nəfsini həva-həvəsdən saxlamışsa, həqiqətən, onun gedəcəyi yer cənnətdir”.
“Allah yolunda qərzul-həsənə (gözəl bir borc) verən bir kəs (vardır) ki, Allah da (onun əvəzini) qat-qat artırsın? Həm də onun üçün dəyərli əcr vardır”.
“Dünyada onların dolanacaqlarını aralarında bölüşdürmüşük və bir-birinə iş gördürmələri üçün bəzilərini dərəcə cəhətindən bəzilərindən üstün etmişik. Sənin Rəbbinin rəhməti onların yığdıqlarından daha yaxşıdır”.
“Çünki Şeytan sizə düşməndir. Siz (də) onu düşmən tutun! O öz tərəfdarlarını alovlu od əhlindən olmağa çağırır”.
“Mən cinləri və insanları, ancaq mənə ibadət etmələri üçün yaratdım. Mən onlardan bir ruzi istəmirəm. Mənə yemək vermələrini də istəmirəm. Şübhəsiz ki, əsl ruzi verən də, ağır qüvvə sahibi olan Allahdır.
“Hər kəs Allahdan qorxsa, (Allah da) ona bir çıxış yolu qoyar. Və ona, gümanı getmədiyi yerdən ruzi verər. Hər kəs Allaha təvəkkül etsə, Allah ona yetər”.

--------------------

RADUQA

  • 8 oktyabr 2011 16:30
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
COX SAQOL DOSTUM...DEYERLI XEBERLERIN UCUN..

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

sharm

  • 8 oktyabr 2011 15:53
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
{awards}
1. Hər bir məhbubu ölən zaman öz həbibindən ayrıldığını gördüm, hər bir fürsətdən istifadə etdim ki, bu ayrılıq olmasın. Ancaq mənim munisim olmağını istədim və bu xeyrli əməldir.

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}