Gözəlik, amma yenə də kosmetika yoldaşımızdır!

 
Gözəlik, amma yenə də kosmetika yoldaşımızdır!

Kosmetikadan istifadə etməyən varmı?
Bu mövzunu yazmaqda digər məqsədim ailənin dağılmasına səbəb olacaq mövzu olmasıdır! Bir ailənin mövzumdakı səbəblərə görə,qadının öz vəzifəsini yerinə yetirməməsi səbəbindən və qısqanclıqdan dağıldığını eşitmişəm!

Mənim fikrimcə digər xalqların xanımları ilə müqayisədə Azərbaycan xanımları daha gözəldir!
Gözəl olmayan qadın yoxdur amma elə qadınlar var ki, tənbəllik edib özlərinə fikir vermirlər.Axsam yoldaşı evə gəlir və penjamalı ya da bir həftədir eyni xalatı geymiş xanımını görür! Harasa gedəndə isə həmin qadınlar elə bəzənirlər ki, sanki toya gedirlər! Bu davamlı olunca kişilər evdən soyuyur,son anda görürük ki, yoldaşımız daha gec-gec evə gəlir, bizə vaxt ayırmır,nazımızı çəkmir,ya televizorla başın qatır,ya da yatır.Sizcə bu kişilərə qarşı haqsızlıq deyil?Öz vəzifəmizi,qadınlıq borcumuzu yerinə yetirməyə nə mane olur?Uşaq?Ev işləri?Bunlar bəhanə ola bilməz!Sizcə yoldaşımız gələnə qədər ona yarım saat vaxt ayırmağa dəyməzmi?Onun üçün bəzənmək bu qədər çətindir?Halbuki nişanlılıq dövründə görüşə getmədən öncə saatlarla güzgünün qarşısında oturardıq ki, onun xoşuna gələk!

Burdakı bütün xanımlardan fikir öyrənmək istərdim!
Günün neçə saatını yoldaşlarına sərf edirlər və ona gözəl görünmək üçün nə edirlər?Gözəl görünmək üçün kosmetikaya müraciət edirlərmi? Hansı kosmetika firmalarının məhsullarından istifadə edirsiniz?Söhbət hər növ kosmetikadan gedir.Məsləhətli məhsullar hansılardır?Kosmetika çantanızda nə daha çoxdur?Dərinizə qulluq üçün kosmetik vasitələrə müraciət edirsiniz ya maskalara önəm verirsiniz?Kosmetikanın brend olması sizin üçün önəmlidir yoxsa təki üzə çəkməyə bir şey olsun? Buyurun hansı firmanın, hansı məhsulundan istifadə edirsiniz və razısınız ya yox?

Mən hicablı xanımam, amma yoldaşım üçün evdə hər cür geyinməyi, bəzənməyi sevirəm!Və düşünürəm ki, bütün xanımlar bunu etməlidir.Qadın həm evinin qulluqçusu,həm xanımı həm də əri üçün seksuallığını qorumalıdır.
Hamıya uğurlar!Yoldaşlarımızı kimsəyə verməm


Geri dön

nar_18

  • 27 oktyabr 2011 09:50
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
men kasmetikasiz daha gozelem beyenende bele beyensin yani ehtiyac yoxdu kosmetikaya teshekkurler

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

MiLeyla

  • 8 oktyabr 2011 20:18
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
maraqli movzudu,mencede qadin baximli olmalidi,men gunahi aldadanda yox aldadilan terefde gorurem.goze xow gorsenen qadinin eri hec kese baxmaz.

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

sevgi yalandir

  • 8 oktyabr 2011 20:00
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
twk xebeere gore gozellik sadelikdir

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}