Millimizdən biabırçı məğlubiyyət

 
Millimizdən biabırçı məğlubiyyət

Millimizdən biabırçı məğlubiyyət

Avstriyalı futbolçular "Dalğa Arena"da qapımıza 4 qol vurub

Bu gün futbol üzrə Azərbaycan milli komandası Avro-2012-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Bu il son ev matçında Avstriya millisinə qarşı matça çıxan Berti Foqtsun yetirmələri acı məğlubiyyətlə üzləşib.

"Dalğa Arena"dakı oyunda ilk qol 34-cü dəqiqədə vurulub. Belə ki, rəqibin əks-hücumü zamanı Kamran Ağayev Andreas İvanşiçin zərbəsinin qarşısını ala bilməyib. David Alaba topu daha uyğun mövqedə olan İvanşiçə ötürüb və o, boş qapını nişan almaqda çətinlik çəkməyib: 1:0

Birinci hissəni məğlubiyyətlə bitirən millimiz ikinci hissəyə də uğursuz başlayıb. Belə ki, oyunun 51-ci dəqiqəsində rəqib komanda ikinci qolu vurub. Vaqif Cavadovun topu itirməsi nəticəsində avstriyalılar Mark Yanko ilə fərqi artırıb: 2:0

Bir az keçməmiş, oyunun 62-ci dəqiqəsində millimizin oyuncusu Vurğun Hüseynovun kobud səhvindən yararlanaraq Mark Yanko uzaqdan dəqiq zərbə ilə fərqi 3 topa çatdırıb. Məhz bu biabırçı qoldan sonra azarkeşlər Berti Foqtsu istefaya çağırmağa başlayıb. Deyəsən, elə bu addım futbolçularımızı ruhlandırdı. Məhz bundan sonra ikinci yarıda meydana çıxan Vüqar Nadirov uzaqdan dəqiq zərbə ilə fərqi azaldıb: 3-1.

Matçın sonunda hakim oyunun əsas vaxtına 3 dəqiqə əlavə edib. Millimiz fərqi heç olmasa minimuma endirə biləcəyinə ümid etsə də, meydana ikinci yarıda çıxan avstriyalı futbolçu Marko Yunuzoviç müdafiədəki ani boşluqdan yararlanıb 4-cü topu qapımıza göndərib. Bununla da oyunda son nöqtə qoyulub.


Geri dön

music_angel

  • 8 oktyabr 2011 19:26
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
cox sagolun maraqli xebere gore smile

cox sagolun maraqli xebere gore smile

--------------------

gul_93

  • 8 oktyabr 2011 19:12
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
möcüzə olub 1 qol vura biliblər.BIABIRCILIQ

_Selinnn_

  • 8 oktyabr 2011 18:59
  • Məqalə: 9
  • Şərh: 285
  • Bal:
{awards}
HEC VAXT QALIB GELMIYIBLER KI ONSUZDA sad

H.o.S.t _ FaNaTka

  • 8 oktyabr 2011 15:40
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
wink NE ECEB EEE BİR QOL VURA BİLİBLER fellow

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

... Deryam ...

  • 8 oktyabr 2011 15:38
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
wink laughing Hələ yaxşı möcüzə olub 1 qol vura biliblər o da qənimətdi fellow

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 17
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}