“Eurovision-2012” mahnı yarışması 1 milyardmızı “Uda” bilər

 
“Eurovision-2012” mahnı yarışması 1 milyardmızı “Uda” bilər

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu mətbuat konfransında bildirib ki, “Eurovision-2012" mahnı yarışmasına hazırlıq üçün də baş gicəlləndirici pullar ayrılıb: ”Bakı-Ələt avtomobil yolunun çəkilişi çərçivəsində Bayıl qəsəbəsindən Bayraq Meydanına qədər 2 km-lik avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması üçün 65 milyon manat, Bayraq Meydanının abadlaşdırılması və həmin ərazinin enerji infrastrukturunun yaradılmasına 55 milyon manat nəzərdə tutulub.

Bir sözlə, meydanla bağlı xərclər 120 milyon manatı ötür. Bura hələ stadionun tikintisi daxil deyil. Bakı şəhərində binaların təmiri, işıqlandırılması və əhalinin köçürülməsi üzrə xərc maddəsi də məhz “Eurovision”la bağlıdır. İlin ikinci yarısında bunun üçün 198 milyon manat ayrılıb".
Beynəlxalq təcrübəyə görə, 1 kilometr yolun sıfırdan tikintisi 5-6 milyon dollara başa gəlir. Burada isə söhbət sıfır variantından yox, artıq işlək vəziyyətdə olan yolun cəmi iki kilometrinin təmirindən gedir. İki kilometr yola 65 milyon manat və yaxud təxminən 82 milyon dollar xərclənirsə, aydındır ki, burada söhbət çox fantastik şişirtmələrdən gedir. Hətta hesab etsək ki, həmin 2 kilometr sıfır variantından tikiləcək, yenə də xərclərin dəfələrlə şişirdilməsi faktı göz qabağındadır. Bir kilometr yolun sıfır variantı normalda 5-6 milyon dollara başa gəlirsə, hökumət bundan 7 dəfə artıq vəsait ayırıb - bir kilometr yolun tikintisi üçün 41 milyon dollar. Sanki hökumət böyük neft dollarlarını tələsik silmək üçün bəhanə axtarırdı. Mahnı yarışması göydəndüşmə bəhanə olub.
Ümumiyyətlə, “Eurovision” yarışması üçün Azərbaycan hökumətinin xərclədiyi pullar rekord həddi çoxdan keçib. Hələ yarışmaya 7 ay qalsa da, hökumət müsabiqənin təşkilinin texniki tərəfləri üçün 318 milyon manat və yaxud 336 milyon avro xərcləyib. 2008-ci ildə Serbiya müsabiqənin təşkilinə 10 milyon avro, 2007-ci ildə Finlandiya 14 milyon avro, 2006-cı ildə Yunanıstan 12 milyon avro, 2005-ci ildə Ukrayna 22 milyon avro xərcləyib. Neft ölkəsi olan Norveç müsabiqəyə cəmi 17 milyon avro xərc çəkib. Berlin isə indiki ana rekord məbləğ - 47 milyon avro xərclədiyini açıqlayıb. Azərbaycan isə Berlin rekordunu 7 dəfə ötüb. Bir daha təkrar edirik ki, gələn ilin mayında keçiriləcək yarışmaya hələ 7 ay var və əsas xərclər, məsələn, müsabiqənin keçiriləcəyi arenanın tikinti xərcləri indiyə qədər ayrılan 336 milyon avroya daxil deyil. Belə getsə müsabiqənin təşkili Bakıya 1 milyarda başa gələcək.
Nəhayət, Azərbaycan postsovet ölkəsi kimi zəif infrastruktura sahib olduğu üçün xərclərin çox olmasının təbii sayılması ilə bağlı iddialara gəldikdə isə, Ukrayna da Azərbaycan kimi post sovet ölkəsi idi, ancaq yarışmaya cəmi 22 milyon avro pul xərclədi. Azərbaycan isə təkcə 1 kilometr yolun təmirinə 34 milyon avro xərcləyib. Rəsmi statistikaya görə, hər 10 nəfərindən birinin yoxsul olduğu ölkədə adi bir yarışmaya bu pulun xərclənməsi, daha doğrusu, mənimsənilməsi ən azı ikrah doğurur


Geri dön

... Deryam ...

  • 8 oktyabr 2011 21:11
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
BU EUROVİSİON BİZİM MƏHLƏYƏDƏ TƏSİR GÖSTƏRİR .........
CAMAATI NARAHAT ELƏMƏSƏLƏR İŞLƏR GETMİR recourse
İNŞALLAH GƏLƏNLƏRDƏ BƏYƏNİB GEDƏR BURALARI laughing .....

--------------------

_favorit_arkadas

  • 8 oktyabr 2011 21:02
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
tesekkurler

--------------------

MiLeyla

  • 8 oktyabr 2011 20:14
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
thanks

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

_Selinnn_

  • 8 oktyabr 2011 20:03
  • Məqalə: 9
  • Şərh: 285
  • Bal:
{awards}
TESEKKURLER

sevgi yalandir

  • 8 oktyabr 2011 19:59
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
maraqlididri twk xebere goree

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Zoluwka

  • 8 oktyabr 2011 19:58
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}
bizdede kasibciligdi)

--------------------
♀+♂=ღ

Narka E-ZaDe

  • 8 oktyabr 2011 19:57
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
bizde kasibciligdi) wink

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}