İmam Əli (ə)-in Qırx Səhabəsi (1-5)

 
İmam Əli (ə)-in Qırx Səhabəsi (1-5)

İmam Əli (ə)-in Qırx Səhabəsi (1-5)

Bismillahir-rehmanir-rehim

İmam Əli (ə)-in Qırx Səhabəsi (1-5)

1-Abdullah ibni Abbas:
O, Peyğəmbər (s)-in əmisi oğlu, imam Əli (ə)-ın səfiri, nümayəndəsi və İslam ordusunun sərkərdəsi idi. İmam Əli (ə) uşaqlıq çağlarından ona İslam maarifini öyrətməyə başladı.
O, fiqh, təfsir və təvil elmlərində, hətta ənsab elmində başqalarından tam şəkildə fərqlənirdi. Peyğəmbər (s) onun haqqında belə dua etmişdi: “İlahi! Onu din alimi et və Quranın təvilini ona öyrət.” Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində imam Əli (ə)-ın ordusunda iştirak edərək şücaətlə döyüşürdü.
O, Siffeyn müharibəsində imam Əli (ə)-ın ordusunun sol cinahının sərkərdəsi idi, imam Həsən (ə) və imam Hüseyn (ə) da onun ordusunda döyüşürdülər. İbni Abbas imam Əli (ə)-ın tərəfindən Bəsrənin valisi təyin edildi, və o həzrətin şəhadətindən sonra imam Həsən (ə)-ın hüzurunda idi.
Abdullah ibni Zübeyr onu Taifə sürgün etdi. Ömrünün axırlarında gözləri tutuldu, amma yenə də İslam maarifini yaymaqdan əl çəkmədi, nəhayət yetmiş bir yaşında ikən Taifdə vəfat etdi.

İmam Əli (ə)-in Qırx Səhabəsi (1-5)

2-Əbuzər Qəffari:
Əbuzər adı ilə məşhur olan Cündəb İslamı qəbul edən ilk şəxslərdəndir (dördüncü, yaxud beşinci müsəlmandır). Məkkədə həzrət Peyğəmbər (s)-in hüzuruna gəlib İslamı qəbul etmiş, sonra öz tayfasının yanına qayıtmışdı. O, Ühüd, Bədr və Xəndək müharibələrində iştirak etmiş və Xəndək müharibəsindən sonra Mədinəyə köçmüşdür.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah Əbuzəri bağışlasın! O, tək-tənha yaşayar, tək-tənha ölər və məhşərə də tək-tənha gələr.” Həmçinin buyurmuşdur: “Hər kəs İsa ibni Məryəmin təvazökarlığına baxmaq istəyirsə, Əbuzərə baxsın.”
Osman onu Rəbəzəyə sürgün etmiş və hicrətin 31-ci (yaxud 32-ci) ilində elə orada vəfat etdi.

İmam Əli (ə)-in Qırx Səhabəsi (1-5)

3-Bilal Həbəşi:
O, həzrət Peyğəmbər (s)-in səhabələrindən və İslamı qəbul edən ilk şəxslərdəndir, qara dərili bir qul olmuş və Bəni-Cəm qəbiləsində yaşamışdır.
O, İslamı qəbul etdikdən sonra Peyğəmbər (s)-in qatı düşmənlərindən olan Üməyyə ibni Xələf göstəriş verdi ki, onu Məkkənin yandırıçı qumları üstündə uzadıb, sinəsinin üstünə ağır daş qoyaraq ondan Allahı inkar etməsini istəsinlər.
Lakin Bilal yeni qəbul etdiyi dinində sabitqədəm olmuşdur.
Həzrət Peyğəmbər (s)-in göstərişi ilə Əbu Bəkr onu alıb, azad etmişdir. Bilal Peyğəmbər (s)-in apardığı müharibələrdə iştirak etmiş və o həzrətin azançısı və Mədinədə də azan deyən ilk şəxs olmuşdur. Peyğəmbər (s)-in vəfatından sonra bir dəfədən artıq azan deməmişdir, o da xanım Fatimeyi-Zəhra (ə)-ın göstərişi ilə olmuşdur.
Bəzi tarixçilərin nəzərinə görə, “Həyyə əla xəyril-əməl” (xeyirli əməllərə tələsin) cümləsi azandan çıxarıldıqda, artıq o, azan deməyi tərk etmişdir.
O, Əbu Bəkrlə beyət etməmiş və Ömərə demişdir: “Peyğəmbər (s)-in canişin və rəhbər təyin etmədiyi şəxsə beyət etmərəm!”
Buna görə də Ömərin göstərişi ilə Mədinədən Dəməşqə sürgün edildi və orada da altmış, yaxud yetmiş yaşında ikən vəfat etdi.

İmam Əli (ə)-in Qırx Səhabəsi (1-5)

4-Cabir ibni Abdullah Ənsari:
O, Bədr müharibəsində iştirak etmişdir. Atası Abdullah da Ühüd müharibəsində şəhid olmuşdu. Onun vəsfində çoxlu rəvayətlər nəql olunmuşdur. İmam Baqir (ə)-ın dövrünə qədər yaşamış və Peyğəmbər (s)-in salamını o həzrətə çatdırmışdı.
Cabir Peyğəmbər (s)-in apardığı bir çox müharibələrdə iştirak etmiş, imam Əli (ə)-ın vəfalı səhabəsi olmuş və Siffeyn müharibəsində şücaətlə döyüşmüşdü.
İmam Hüseyn (ə)-ın qırxında o həzrətin qəbrini ziyarət edən ilk şəxs idi.
Ömrünün axırlarında gözləri tutulmuş və doxsan yaşında ikən vəfat etmişdir.

İmam Əli (ə)-in Qırx Səhabəsi (1-5)

5-Şəhid İbrahim Əştər:
Malik Əştərin oğlu İbrahim şiə tarixinin şücaətli qəhrəmanlarından və imam Əli (ə), imam Həsən (ə) və imam Hüseyn (ə)-ın səhabələrindən biridir. O, Siffeyn müharibəsində atası ilə birgə Müaviyənin əleyhinə vuruşmuş və Muxtarla birlikdə Kərbəla şəhidlərinin intiqamını almaq üçün qiyam etmişdi.
İbrahim 67-ci hicri qəməri ilində Mosulda Übeydullah ibni Ziyad və Həsin ibni Nümeyri ələ keçirib, hər ikisini qətlə yetirdi.
Muxtar məğlubiyyətə uğradıqdan sonra Əbdül-məliklə beyət etmədi, Şam və Müsəb orduları arasında baş verən müharibədə öldürüldü.
Onun başını kəsib Əbdül-məlikin yanına apardılar, bədənini isə yandırdılar.

İmam Əli (ə)-in Qırx Səhabəsi (1-5)


Geri dön

MuCaHiD_313

  • 9 oktyabr 2011 00:48
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
Allah razi olsun

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

Su Perisi

  • 9 oktyabr 2011 00:33
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
gozel xeberdi

--------------------

sevgimden_utaniram

  • 8 oktyabr 2011 21:49
  • Məqalə: 44
  • Şərh: 617
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

sharm

  • 8 oktyabr 2011 20:41
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

Zoluwka

  • 8 oktyabr 2011 19:52
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
♀+♂=ღ
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 49
Cəmi: 84

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 480
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 44
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}