Dostluq çox gözəl məfhumdur.Hətta bəzən sonu məhəbbətlə də nəticələnə bilər.Əgər dostluq edirsənsə deməli həmin adama simpatyan var.Belədirsə niyə bu dostluq məhəbbətə çevrilməsin?Ancaq məhəbbətin dostluğa cevrilməsi nədənsə çoxlarına şübhəli gəlir.Nə qədər şübhəli olsa da hər birimiz bir çox gənclərin ayrıldiqdan sonra dost kimi qalmaq istəməsini eşitmişik.Keçirilən sorğu nəticəsində müəyyənləşib ki cütlüklərin neçə faizi ayrıldıqdan sonra yaxşı və ya səbrli münasibətləri qoruyub saxlayırlar neçə faizi isə heç bir-birini görmək belə istəmirlər.
Sorğuda iştirak edənlərin 43 faizi görüşərkən sevinclə salamlaşdıqlarını və işlərinin necə getməsi ilə maraqlandıqlarını bildiriblər.20 faizi köhnə tərəf-müqabilini yadına salmaq belə istəmir.12 faizi mütəmadi olaraq zəngləşib hal-əhval tutduqlarını söyləyiblər.11 faizi köhnə tanışların vasitəsilə onun həyatında nələrin baş verdiyini öyrənir və ayrıldıqlarına görə sevinirlər.10 faizi imkan düşdükcə xırda pisliklər etməyə çalışırlar.4 faizi ayrıldıqdan sonra bir-biri ilə dostluq münasibətlərini qoruyub saxlayır və yeri gəldikcə köməklərini əsirgəmirlər.
Deməli həqiqətən də ayrıldıqdan sonra dost kimi qalmaq çox çətin imiş.Amma qəribə burasıdır ki ayrılanların çoxu ilkin olaraq belə bir təklifi irəli sürür: GƏL DOST KİMİ QALAQ. Bəlkə onlar bu sözlərlə öz günahlarını yumağa çalışırlar.Atıb getmək istədikləri adama daha çox ağrı verməmək üçün onun könlünü almaq istəyirlər.Bəs görəsən niyə fikirləşmirlər ki aradakı bütün körpüləri uçurduqdan sonra dost kimi qalmaq cox cətindir.
Mənim fikrimcə hər halda bütün münasibətləri dostluqdan başlamaq daha yaxşı olardı. Münasibətləri bitirdikdən sonra dostluq etmək haqqında düşünmək isə əksər hallarda mümkünsüz görünür...

Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description