Günün ulduz falı (09.10.11)

 
Günün ulduz falı (09.10.11)

QOÇ

Uzaq keçmişdə baş verənlər yenidən xatırlanacaq. Bu gün sizi elə bir adamla görüş gözləyir ki, vaxtilə onunla sıx əlaqədə olmusunuz. Siz xatirələrə elə həvəslə dalacaqsınız ki, bu gününüzdə böyük əhəmiyyət kəsb edəni də unudacaqsınız. Bu hərəkətinizlə isə küskünlüyə və ciddi mübahisələrə yol açacaqsınız.

BUĞA

Çox ünsiyyətcil olduğunuzdan həmsöhbət dairənizi genişləndirməyi üstün tutursunuz. Yeni tanışlarınıza isə yaxınlarınızdan daha çox diqqət yetirirsiniz. Nəzərə alın ki, sevgiliniz sizin bu davranışınızdan məmnun olmayacaq və sizi qısqanacaq. Ulduzlar bildirir ki, hətta bürcün ən mehriban sevgililəri arasında da bu münasibətdən mübahisə yaşanacaq.

ƏKIZLƏR

Sizi xasiyyətinizin zəif tərəflərinə qarşı mübarizə gözləyir. Amma sonda sizi qələbə gözləyir və ətrafdakıların tərifi əhvalınızı yüksəldəcək. Gün daha çox kübar məclislərdə, təntənəli tədbirlərdə iştirak üçün münasibdir. Burada diqqət mərkəzində olacaqsınız və rəqiblərinizə yanıq verəcəksiniz.

XƏRÇƏNG

Bu gününüzü gücünüzün bərpası, istirahət üçün ayırın. Çünki gələn həftə heç də ürəkaçan olmayacaq. Ev qayğılarını unudaraq sevimli işinizlə məşğul olmağınız məsləhətdir. Uzunmüddətli səfərlər arzuedilməzdir. Bu, xüsusən də kommersiya xarakterli səfərlərə aiddir. Yaxınlarla isə dil tapmaq elə də asan olmayacaq. Ehtimal ki, ya gözlənilməz gəliriniz olacaq, ya da hədiyyə alacaqsınız.

ŞIR

Pozitiv tendensiyaların təsiri fikirləşdiyinizdən də güclü olacaq. Ətrafınızdakılarla aranızda xoşagəlməz situasiya yaşanacağı ehtimal edilir. Əhvalınız stabil olmayacaq. Pul üstündə mübahisə düşəcəyi də gözlənilir. Siz inadkarlıq nümayiş etdirəcəksiniz. Təəssüf ki, bir az sonra səhvinizi özünüz də etiraf edəcəksiniz.

QIZ

Sizi çox çətin gün gözləyir. Elə sanmayın ki, əlinizə götürdüyünüz işi tamamlayacaqsınız. Problemlər gözlənilməz olacaq, günün gedişatı sizi çətin duruma salacaq. Ciddi problemlər isə əsasən, ailəli “Qız”ları gözləyir. Onlar xeyli tənqid eşidəcəklər.

TƏRƏZI

Siz etibar etmək baxımından düzgün adamlar seçməyəcəksiniz. Bu isə fitnəkarların tələsinə düşmək deməkdir. Yeni münasibətlərin təməlinin qoyulması üçün münasib zaman deyil. Ancaq digər münasibətləri möhkəmləndirmək imkanınız olacaq. Ailəlilər yaxınlarını sevindirəcəklər.

ƏQRƏB

Bu gününüzü yaxşı adamların əhatəsində istirahət etməklə, tənbəlliklə başa vura bilərsiniz. Ulduzlar yeni romanların başlanmasına etiraz etmirlər. Xroniki xəstəliyin baş qaldırması ehtimalı da var. Düzgün pəhrizə riayət etməyiniz məsləhətdir.

OXATAN

Bu gün əlinizi nəyə uzatsanız, boşa çıxacaq. Amma bu da əsas vermir ki, qollarınızı sallayıb boş-bekar oturasınız. Ulduzlar məsləhət görür ki, bugünkü hadisələrdən öz maraqlarınız üçün istifadə edəsiniz. Gün ünsiyyət üçün əlverişlidir.

OĞLAQ

Əsaslı bir hadisə baş vermir deyə, gün sizə darıxdırıcı görünəcək. Yeganə yolunuz səbrinizi cəmləyib gözləmə mövqeyində durmaqdan ibarət olacaq. Gözləmədiyiniz halda qonaq qəbul edəcəksiniz. Təəssüf ki, daha az görmək istədiyiniz adamla burun-buruna oturmaq məcburiyyətində qalacaqsınız. Keçmişinizlə bağlı olan sirlərinizin üstü də açılacaq, yaxınlarınız da bundan narazı olacaqlar.

DOLÇA

Əgər tələskənliyə yol verməsəniz, yaxşı gün yaşayacaqsınız. Çoxdan həllini gözləyən ailə-məişət münaqişələrini də yoluna qoyacaqsınız. Günün ikinci yarısında gəliriniz olacaq və alış-veriş də istisna edilmir. Bu günə yeni tanışlıq münasib deyil.

BALIQLAR

Dostluq görüşləri sizin gözlədiklərinizi vermədiyindən sevinməyəcəksiniz. Ən yaxın adamınızla aranızda mübahisə olacağı gözlənilir. Qarşınızdakı sizdən güzəştə getməyinizi gözləyəcək. Siz isə buna hazır olmadığınız təqdirdə özünüzü elə aparırsınız ki, guya razısınız. Qarşınızdakıyla yanaşı, özünüzü də aldatmaq cəhdi hamar yolunuza sədd çəkəcək.


Geri dön

Yağmur_

  • 9 oktyabr 2011 15:38
  • Məqalə: 2
  • Şərh: 140
  • Bal:
Tesekkurler

edvart

  • 9 oktyabr 2011 15:21
  • Məqalə: 1
  • Şərh: 219
  • Bal:
{awards}
ilk werh menden twk

MiLeyla

  • 9 oktyabr 2011 14:50
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
oz burcumu oxudum

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Musique Sage

  • 9 oktyabr 2011 14:43
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
ŞIR

Pozitiv tendensiyaların təsiri fikirləşdiyinizdən də güclü olacaq. Ətrafınızdakılarla aranızda xoşagəlməz situasiya yaşanacağı ehtimal edilir. Əhvalınız stabil olmayacaq. Pul üstündə mübahisə düşəcəyi də gözlənilir. Siz inadkarlıq nümayiş etdirəcəksiniz. Təəssüf ki, bir az sonra səhvinizi özünüz də etiraf edəcəksiniz

tesekkurler recourse

Ay Üzlü

  • 9 oktyabr 2011 14:28
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
cox sag olun ozuminkini oxudum

Deniz

  • 9 oktyabr 2011 14:17
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Eqrebi oxudum sag olun.....

HaYaT_GuZeL

  • 9 oktyabr 2011 14:10
  • Məqalə: 234
  • Şərh: 1880
  • Bal:
{awards}

OĞLAQ

Əsaslı bir hadisə baş vermir deyə, gün sizə darıxdırıcı görünəcək. Yeganə yolunuz səbrinizi cəmləyib gözləmə mövqeyində durmaqdan ibarət olacaq. Gözləmədiyiniz halda qonaq qəbul edəcəksiniz. Təəssüf ki, daha az görmək istədiyiniz adamla burun-buruna oturmaq məcburiyyətində qalacaqsınız. Keçmişinizlə bağlı olan sirlərinizin üstü də açılacaq, yaxınlarınız da bundan narazı olacaqlar.

Çox sevindirdiz ee :)

new dream

  • 9 oktyabr 2011 14:08
  • Məqalə: 0
  • Şərh: 98
  • Bal:
{awards}
tesekkurler sir oxudum

_Selinnn_

  • 9 oktyabr 2011 13:55
  • Məqalə: 9
  • Şərh: 285
  • Bal:
{awards}
TESEKKURLER PIS DEYILDI BALIGLAR BURCU

play girl

  • 9 oktyabr 2011 13:43
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:
{awards}

OXATAN

Bu gün əlinizi nəyə uzatsanız, boşa çıxacaq. Amma bu da əsas vermir ki, qollarınızı sallayıb boş-bekar oturasınız. Ulduzlar məsləhət görür ki, bugünkü hadisələrdən öz maraqlarınız üçün istifadə edəsiniz. Gün ünsiyyət üçün əlverişlidir.

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}