İmam qəbrinə səcdə etmək olarmı?

 
İmam qəbrinə səcdə etmək olarmı?

Səcdə yalnız Allaha məxsusdur. Allahdan digərinə səcdə etmək əsla caiz deyildir. Əgər kimlər isə imamın qəbrinə səcdə edirlərsə, onlar bu işi cəhalət üzündən edirlər. Belə adamlar ayıldılıb başa salınmalıdır ki, Allahdan digərinə səcdə caiz deyildir. Amma hər hansı bir imamın ziyarətini Allah insana nəsib etdikdə, imamı ziyarət edərkən Allaha şükr səcdəsi etmək olar. Bu qəsd ilə ki, şükr olsun sənə Allahım, imam qəbrini ziyarət etmək kimi böyük bir neməti mənə həyatımda nəsib etdin.

O ki qaldı mələklərin Adəmə səcdə etmələri aşağıdakı səbəblərdən idi.

1. Adəmin elmi cəhətindən idi ki, elm özü Allaha məxsus olduğu üçün həmin səcdə Allaha səcdə sayılır.

2. Allahın ruhundan xəlq olunduğu üçün idi ki, bütün yaranmışlar insan üçün olduğu halda, insan özü Allah üçün yaradılmış idi.

3. Adəmin təəccüblü vücuduna görə ona səcdə etmişlər ki, Allah yaratmış idi.

4. Əmri Allah verdiyi üçün səcdə də elə Allah üçün sayılır

5. Adəm torpaqdan, mələklər nurdan, şeytan isə odan yarandığı üçün torpaq od və nurdan qabaq olduğu üçün (yəni od və nur torpaqdan yarandığı üçün) onlara əmr olundu ki, Adəmə səcdə etsinlər.

6. 14 Məsumun mübarək nuru Adəmdə olduğu üçün Adəmə səcdə olunmaq əmri verilmişdir.

7. Adəm Allahın yer üzərində xəlifəsi olduğu üçün bu səcdə etmək əmri verilmiş idi.

Deməli, bu 7 halətin hər yerində səcdə etmək hökmü nəticə etibarı ilə Allahın özünə edilmək üçün və Allahdan digərinə səcdə caiz deyildir.


Geri dön

ZAC EFRON

  • 9 oktyabr 2011 16:40
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
TEWKURLER. XEBERCUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 57
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}