Bu gün Ümumdünya Poçt Günüdür

 
Bu gün Ümumdünya Poçt Günüdür

Azərbaycanda da poçt işçilərinin peşə bayramı qeyd olunacaq

Bu gün - 9 oktyabr dünyada “Ümumdünya Poçt Günü” kimi qeyd olunur. 9 oktyabr 1974-cü ildə İsveçrədə 22 ölkənin nümayəndəliyi ilə Baş Poçt Birliyinin əsasını qoyan “Bern sazişi” imzalanıb. 1978-ci ildə birliyin adı dəyişdirilərək Ümumdünya Poçt İttifaqı adlandırılır. Hal-hazırda ÜPİ-nin tərkibində 189-dan çox ölkə var. Ümumdünya Poçt Günü hər il 9 oktyabr tarixindən etibarən bir həftə ərzində- “Beynəlxalq məktub həftəsi” adı altında keçirilir.

Poçt günü münasibətilə ÜPİ-in baş direktoru Eduard Dayan öz müraciətində qeyd edir ki, “Ümumdünya Poçt Günündə biz poçtun əsas dəyərlərini və onların bütün dünya əhalisinə ölkələrin iqtisadi inkişafına xidmət edən göstərdikləri çoxsaylı ictimai xidmətləri başa düşməliyik”.

Azərbaycanda da poçt işçilərinin peşə bayramlarının keçirilməsinə hazırlıq üzrə işlər aparılıb. Belə ki, Azərbaycanın milli poçt operatoru - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt MMC bu əlamətdar gün münasibətilə tədbirlər planı hazırlayıb.

Respublikanın bütün poçt şöbələrində abadlıq, səliqə-sahman və təmizlik məqsədilə işlər görülüb. Bayramla əlaqədar ÜPİ-yə üzv ölkələrə, eləcə də təşkilat rəhbərliyinə təbrik açıqcaları göndərilib. Təbrik teleqramları Azərbaycanın veteran poçt işçilərinə də göndəriləcək. Bayram ərəfəsində Siyəzən, Göyçay və Sabirabad rayonlarında bütün lazımi müasir avadanlıqla təchiz edilmiş poçt şöbələrinin yeni binalarının açılışı olacaq.

Respublikanın bütün poçt şöbələrində bayram tədbirlərin keçirilməsi nəzərdə tutulur. Azərpoçt MMC-nin inzibati binasında əl işləri sərgisi təşkil olunacaq. Bayram tədbirlərinə həmçinin işlərində fərqlənən poçt əməkdaşlarının fərmanlarla təltif edilməsi və mükafatlandırılması daxildir.


Geri dön

..:MeleK kiz:..

  • 11 oktyabr 2011 19:14
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
tebrik edirem onlari

edvart

  • 9 oktyabr 2011 15:23
  • Məqalə: 1
  • Şərh: 219
  • Bal:
{awards}
ilk werh menden twk

_Selinnn_

  • 9 oktyabr 2011 13:58
  • Məqalə: 9
  • Şərh: 285
  • Bal:
{awards}
BUTUN POCT ISCILERINI TEBRIK EDIREM

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 48
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}