Allah yolunda Cihad

 
Allah yolunda Cihad

Müsəlmanlara müstəkbirlərin (təkəbbür edənlərin) ALLAH yolundan yayındırmaq üçün təşkil etdikləri maneələri aradan qaldırmaq üçün cihad etmələri, bütün var-gücüylə səy göstərmələri fərz qılınmışdır. Bunu əmr edən çoxlu ayələr və hədislər vardır.. Hətta ALLAH-Təala lazım gələrsə cihad etməyi ən gəlirli ticarət olaraq təsvir etmişdir:

“Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi? ALLAHa və Onun Elçisinə iman gətirin, ALLAH yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir.” (Saff surəsi, 10-11)

Ümumi mənada baxanda, insanın öz nəfsini daima təzkiyə və tərbiyə etməsi cihaddır. (Tırmızı,Cihad,2). ALLAHın əmrlərini ixlasla yerinə yetirmək və haramlardan qaçmaq cihaddır.. (Nəsəi,Həcc,4). Müsəlman qardaşına nəsihət vermək, qeyri-müsəlman birinə İslamı dəlilləri ilə başa salıb inandırmaq cihaddır.. (İbn Hənbəl,III,456). Müsəlmanın dinini, namusunu, canını, vətənini, malını, mülkünü qoruması, İslamı yaymaq və buna mane olan əngəlləri ortadan qaldırmaq üçün mübarizə və müharibə etməsi də cihaddır:

“Möminlərdən – üzrlülər istisna olmaqla – (evdə) oturanlarla ALLAH yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. ALLAH öz malları və canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün etdi. ALLAH (onların) hamısına ən gözəl nemət vəd etmişdir. ALLAH mücahidləri (evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir.” (Nisa surəsi, 95)

“Həqiqətən, iman gətirən, hicrət edən və ALLAH yolunda öz malı və canı ilə cihad edən (mühacirlər) və sığınacaq verib köməklik göstərən (ənsarlar) – məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir camaat əleyhinə (yardım) istisna olmaqla, kömək etməyiniz gərəkdir. ALLAH sizin nə etdiklərinizi görür.” (Ənfal surəsi, 72)

“İman gətirib hicrət edən və ALLAH yolunda öz malı və canı ilə cihad edənlərin ALLAH dərgahında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır.” (Tövbə surəsi, 20)

“(Sizə) yüngül (gəlsə də), ağır (gəlsə də), döyüşə çıxın, malınız və canınızla ALLAH yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir.” (Tövbə surəsi, 41)

“ALLAHa və Axirət gününə iman gətirənlər ALLAH yolunda malları və canları ilə cihad etmək üçün səndən izn istəməzlər. ALLAH müttəqiləri tanıyır.” (Tövbə surəsi, 44)

“(Döyüşə getməyib) arxada qalanlar ALLAHın Elçisinin əleyhinə çıxaraq (evdə) qalmalarına sevindilər. Onlar ALLAH yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!”– dedilər. De: “Cəhənnəm odu bundan da hərarətlidir!” Kaş anlayaydılar.” (Tövbə surəsi, 81)

“Lakin (ALLAHın) Elçisi və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər hazırlanmışdır. Məhz onlar uğur qazananlardır.” (Tövbə surəsi, 88)

Bir sözlə cihad, nəfsləri islah edib ALLAH-Təalanın rızası və İlahı kəlamın ən uca olması uğrunda fərd və cəmiyyət olaraq İslami bir həyat yaşamaq məqsədilə edilən bütün cəhd və səylərdir..

Ən böyük cihadımızın nəfsimizlə olması diləyi ilə..


Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}