Ya İmam Riza (ə)!(İmam Rizanın (ə) mübarək mövluduna!)Mövludun Mübarək

 
Ya İmam Riza (ə)!(İmam Rizanın (ə) mübarək mövluduna!)Mövludun Mübarək

Mübarək Zilqədə ayının günlərini yaşamaqdayıq. Təqvimə nəzər saldıqda, bu ayda çox mübarək və nurani bir günün olmasını görürük. Həmin gün, müsəlmanlar üçün, bayram hesab edilən və çox sevincli bir gündür. Belə ki, məşhur rəyə əsasən, Zilqədə ayının 11- i, 8-ci imamımız olan Həzrət Əli ibni Musa Rizanın (ə) mübarək mövludu günüdür. Həzrət İmam (ə) Zilqədə ayının 11- i dünyaya gəlmişdir və Muhəmməd (s) ümməti üçün, həmin gün bir bayramdır. İmam Rizanın (ə) mübarək və nurani mövludu münasibəti ilə, İmam Zaman (ə.f) Ağanı və bütün dünya müsəlmanlarını təbrik edirik. Allah Təala (c.c) bizləri, həmin günün və bayramın mübarəkliyinindən, nuraniliyindən bəhrələnənlərdən qərar versin, amin!

Mübarək və nurani mövlud günləri

Biz hansı səbəbə görə, Peyğəmbər (s) Əhli-Beytindən (ə) olan şəxslərin təvəllüd (doğum) günlərini mübarək və nurani günlər hesab edir və həmin günləri bayram edirik? Ona görə ki, həqiqətən də, bu kimi tarixi əlamətdar və mübarək günlər - İslam aləmində misli olmayan şəxsiyyətlərinmövlud günləridir. Necə ki, İslam Peyğəmbərinin (s) mövlud günü mübarək və səadətli gün hesab edilir, eləcə də, Peyğəmbər (s) Əhli-Beytinin (ə) mövlud günləri mübarək və səadətli günlər hesab olunmalıdır. Çünki mövlud günlərini bərəkətli günlər və özlərinin də, mübarək şəxsiyyətlər hesab etdiyimiz insanlar - Peyğəmbərdən (s) sonra, onun ümmətinin İmamları, yəni, rəhbərləridirlər. Yəni, Peyğəmbərdən (s) sonra, İmamlarımız (ə) bu missiyanın daşıyıcısıdırlar, bu vəzifədən onlar məsuldurlar. Peyğəmbər (s) hidayət peyğəmbəri olduğu kimi, İmamlar (ə) da hidayət imamlarıdır. Peyğəmbər (s) hər cür xəta və nöqsandan pak və ismətli (məsum) olduğu kimi, İmamlar (ə) da pakdırlar və ismət sahibidirlər. Peyğəmbər (s) alim olduğu kimi, onun elmi Allah Təala (c.c) tərəfindən ona əta edildiyi kimi, İmamlar (ə) da alimdirlər və elmləri öz ataları (ə) və nəhayətdə Həzrət Peyğəmbər (s) vasitəsiylə Allah Təala (c.c) tərəfindən verilmişdir. Peyğəmbər (s) kimi, İmamlar (ə) da hərtərəfli elmə və ilahi məarifə sahib olmuşlar, Quranı, dini əsasları (usulid-din), dinin budaqlarını (firuid-din), şəri hökmləri, əxlaqi məsələləri və s. dərindən bilmişlər. Peyğəmbərə (s) itaət və tabeçilik vacib olduğu kimi, Peyğəmbərə (s) itaət və tabeçilik etmək, Allaha (c.c) itaət və tabeçilik olduğu kimi, İmamlara (ə) da itaət etmək və tabe olmaq vacibdir və onlara (ə) itaət və tabeçilik etməklik də, İslam Peyğəmbərinə (s) və Allaha (c.c) itaət etmək, tabe olmaq deməkdir. Bu səbəbdən də, belə nurani şəxsiyyətlərin səadətli təvəllüd günləri - İslam dünyasında öz mübarəkliyi və əlamətdarlığı ilə seçilir və həmin günlər müsəlmanalr üçün bayramdır.

İmam Rizanın (ə) həyatına qısa bir baxış

İmam Riza (ə) - müsəlmanların 8- ci imamıdır. O Həzrətin (ə) əsl adı Əlidir. Atası - 7- ci imamımız Həzrət Musa ibn Cəfər ibn Muhəmməd ibn Əli ibnil-Huseyn ibn Əlidir (Allahın Salamı bütün hidayət İmamlarının üzərinə olsun!). İmam Əli ibn Musanın (ə) kunyəsi Əbul-Həsən, ən məhşur ləqəbi isə Rizadır. Hətta, o dərəcədə İmamın (ə) bu ləqəbi məşhurdur ki, İmamların (ə) mübarək adları sadalanarkən, növbə Əli ibn Musanın (ə) mübarək adına çatdıqda və ya, O Həzrət (ə) haqqında danışdıqda, Ona (ə) “İmam Riza (ə)” deyilir. Həzrət İmam (ə) hicrətin 148-ci ilində, mübarək Zilqədə ayının 11- də dünyaya gəlmişdir. Həzrətin (ə) anasının adı Tukəm olmuş və O Xanım (s.ə) fəzilətli xanımlardan olmuşdur. Çünki o, 7- ci İmamın (ə) zövcəsi və 8- ci İmamın (ə) anasıdır. İmam Riza (ə) dünyaya gəldikdən sonra, İmam Museyi-Kazim (ə) o Xanıma (s.ə) “Tahirə” adını vermişdir. Hər bir zamanın öz imamı olduğu və yer üzü heç zaman ilahi höccətsiz qalmadığı kimi, İmam Riza (ə) da, öz zəmanəsinin İmamı və Allah Təalanın (c.c) insanlar üzərindəki höccətidir. O Həzrətin (ə) həyatı əsasən 2 hissədən ibarətdir; 1. Atası İmam Kazimlə (ə) birlikdə yaşadığı dövr, bu müddət 35 ildir. 2. Atasının (ə) şəhadətə yetdiyi, yəni, özünün imamətə çatdığı dövrdən şəhadətinə qədərki dövr. Bu dövr 20 il olmuşdur. İmam Riza (ə), atası İmam Kazim (ə) hicri 183- cü ildə Bağdadın zindanında zəhərləndirilərək şəhid edildikdən sonra, atasının təyinatı əsasında imamət məqamına yetişdi. Əbdürrəhman ibn Həccac deyir: “Əbülhəsən Musa ibn Cəfər (ə) öz oğlu Əlini (ə) öz canişini təyin etdi, onun üçün vəsiyyətnamə yazdı və Mədinənin tanınmış şəxsiyyətlərindən altmış nəfəri şahid tutdu”. İmam Riza (ə) 35 yaşında imamət məqamına çatır, 20 il ümmətin imamı və rəhbəri olur və hicri 203- cü ildə, 55 yaşında şəhadətə qovuşur. O Həzrətin (ə) şərif məzarı İranın Tus - indiki Məşhəd şəhərindədir. Bu gün müxtəlif ölkələrdən saysız-hesabsız insan Həzrət İmamı (ə) ziyarət etmək üçün Məşhəd şəhərinə gəlir, İmamın (ə) vasitəsiylə Allahdan (c.c) hacətlərini diləyir, duaları müstəcəb olur, şəfa tapırlar.

İmam Riza (ə) və müasiri olmuş xəlifələr

Abbasi xəlifələri Harun ər-Rəşid, Əmin və Məmun - İmam Rizanın (ə) müasiri olmuş xəlifələrdir. Yəni, O Həzrətin (ə) zəmanəsində bu insanlar xəlifə olmuşlar. Bu xəlifələr də, Əhli-Beyt (ə) İmamlarının (ə) haqqını qəsb etdikləri üçün, mənfur və məlun kimsələr olmuşlar. İmam Rizanın (ə) 20 illik imamlıq müddətinin ilk 10 ilində, Harun ər-Rəşid xəlifə olmuşdur. 2- ci onilliyin ilk 5 ilində Harunun oğlu və vəliəhdi olan xəlifə Əmin (atasının ölümündən sonra) xəlifə olur. Nəhayət, Həzrət İmam (ə) imamlığının və mübarək ömrünün son 5 ilini, qardaşı Əmini öldürərək xilafətə sahib çıxan Məmunun dövründə yaşamışdır. İmam Rizanın (ə) atası - İmam Kazim (ə) xəlifə Harunun əmriylə zəhərləndirilərək şəhadətə yetmişdir. İmam Riza (ə) da, Harunun oğlu Məmunun əmriylə zəhərləndirildi və şəhid edildi. Ümumiyyətlə, İmamlarımızın (ə) əksəriyyəti zəhərləndirilərək şəhadətə yetmişlər. Hicrətin 193- cü ilində ölən Harunun yerinə oğlu Əmin xəlifə olur. Harun, Əmindən sonra, 2-ci vəliəhdi olaraq, oğlu Məmunu təyin etmişdi. Lakin, Əmin xəlifə olduqdan bir müddət sonra, qardaşı Məmunu vəliəhdlikdən kənarlaşdırıb öz oğlunu vəliəhd və özündən sonrakı xəlifə təyin edir. Məmun da, bu səbəbdən qardaşı Əminlə müharibə edir və Əmin 5 il xilafətdə qaldıqdan sonra, hicrətin 198-ci ilində Məmun tərəfindən öldürülür və xilafət aparatının başına Məmun keçir. Məmunun xəlifəliyinə qədərki dövr, İmam Riza (ə) üçün nisbətən sakit və sərbəst keçir. Çünki həmin dövrə qədər, Əmin və Məmunun başı öz aralarında hakimiyyət üstündə gedən müharibəyə qarışır və İmam (ə) öz vətəni Mədinədə rahat şəkildə təbliğat və təşviqatla məşğul olur, dini mühafizə edir, insanlara ilahi məarifi çatdırır. Məmun xilafətə keçdikdən sonra, İmam Rizanı (ə) öz yanına - Mədinədən Mərvə “dəvət” edir.

Məmunun “dəvəti” və təklifi

Məmun insanların gözündən pərdə asmaq üçün, zahirən özünü İmama (ə) yaxın bir kimsə kimi göstərməyə səy göstərirdi. O, hakimiyyətinin dayaqlarını möhkəmlətmək fikrində idi. Çünki insanların Əhli-Beytə (ə) olan məhəbbət və bağlılığı, İmama (ə) olan hörmət və itaəti Məmunu qorxu və təhlükəyə salmışdı. O, İmamın (ə) tərəfdarlarının çoxalmasından qorxurdu. Bu, onun hakimiyyətinin devrilməsiylə nəticələnə bilərdi. Həmin anlarda hakimiyyətə qarşı qiyamlar da baş qaldırmışdı. Bu səbəbdən o, qərara aldı ki, İmam Rizaya (ə) bir təklifdə bulunsun. Əslində isə, bu təklifin altında məkrli siyasi oyunbazlıqlar və çirkin planlar dururdu. Və bu təklifi reallaşdırmaq və məqsədə çatmaq üçün, İmamı (ə) öz yanına “dəvət” etdi. Məqsəd isə, İmama (ə) vəliəhdlik təklif etmək idi. İmam (ə) razı olmasa da, İslamın və müsəlmanların ümumi mənafeyini nəzərə alıb, Mədinədən Mərvə səfər etdi. O Həzrət (ə) bilirdi ki, bir də vətənə dönüş baş tutmayacaq və bunu yaxınlarına da bildirmişdi. Məmun, əvvəlcə İmama (ə) xilafəti təklif etdi, İmam (ə) isə, onun bu fitnəsindən və iyrənc siyasətindən agah olduğu üçün, bunu qəbul etmədi. Məmun daha sonra, vəliəhdliyi İmama (ə) təklif etdi və İmam (ə) razı olmasa da, təhdid edərək, İmamın (ə) bu təklifi qəbul etməsini istədi.

Xəlifənin iyrənc siyasəti öz əleyhinə işlədi

İmam (ə), İslamın və müsəlmanların xeyri üçün, bu təklifi qəbul etdi. Məmunun təklifi, İmamın (ə) rədd cavabı və Məmunun vəliəhdlik üçün, İmamı (ə) təhdid edərək razı salması haqda, Əbasəlt Hərəvi belə deyir: “Məmun imam Rzaya (ə) dedi: Ey Allahın Peyğəmbərinin oğlu!... Mən belə məsləhət gördüm ki, özümü xilafətdən kənara çəkim, onu sənə tapşırım və səninlə beyət edim".İmam Rza (ə) buyurdu: "Əgər bu xilafət sənindirsə və onu sənə Allah veribsə, Allahın sənin əyninə geyindirdiyi libası çıxarıb başqasına verməyin rəva deyil və əgər xilafət sənin deyilsə, sənin olmayan şeyi mənə vermək haqqın yoxdur". Məmun dedi: "Ey Allahın Peyğəmbərinin övladı! Sən bu işi qəbul etməlisən". İmam buyurdu: "Mən öz razılığımla bu işi heç vaxt qəbul etməyəcəyəm... Sən istəyirsən ki, bu işin ilə camaat “Əli ibn Musa dünyaya arxa çevirməmişdi, əksinə dünya ona arxa çevirmişdi, məgər görmürsünüz ki, xilafət tamahı ilə vəliəhdliyi necə qəbul etdi?!” desin". Məmun əsəbləşdi və dedi: "...And olsun Allaha, əgər, vəliəhdliyi qəbul etməsən, onu sənə məcbur qəbul etdirəcəyəm. Əgər, onu qəbul etsən, heç, yoxsa boynunu vurduracağam”.

Məmun, əvvəldə qeyd etdiyimiz kimi, belə etməklə, həm xilafət əleyhinə baş qaldırmış üsyanları yatırtmaq istəyirdi, həm də, İmamı (ə) bu təklifə razı etməklə, o Həzərti (ə) hörmətdən və xalqın nəzərində nüfuzdan salmağa çalışırdı. O, bilirdi ki, insanlar Əhli-Beytin (ə) haqqı olan xilafəti qəsb etmiş qəsbkar xəlifələrə nifrət edir, onların xəlifəliklərini etibarlı və müqəddəs bilmirlər. Buna görə də, İmamı (ə) vəliəhdliyə razı etməklə, onu (ə) hörmətsiz və etibarsız edə biləcəyini və xalqı İmamdan (ə) narazı sala biləcəyini güman edirdi. Bundan sonra da, İmamı (ə) şəhid etmək Məmun üçün heç də çətin olmayacaqdı. İmam (ə) isə bilirdi ki, bu vəliəhdlik məsələsi baş tutmayacaq. Bu haqda, İmamın (ə) vəliəhdliyi qəbul etməsinə görə, sevinən bir kişiyə bu işin baş tutmayacağını da, bildirmişdi. Məmun, İmamı (ə) vəliəhdliyi qəbul etsin deyə, hədələdikdə, İmam (ə) bilirdi ki, vəliəhdliyi (zahirən də, olsa) qəbul etməsə, Məmun, İmamın (ə) özünə və onun (ə) tərəfdarlarına zərər verəcək, bu səbəbdən də, razılaşmışdı. Amma, bu şərtlə ki, hökümət işlərinə və kiminsə işə götürülməsinə və ya, işdən çıxarılmasına (İmam (ə)) heç bir müdaxilə etməyəcək. Təbii ki, İmamın (ə) uzaqgörənliyi özünü doğrultdu və Məmunun hiyləgərcəsinə qurduğu siyasət öz əleyhinə işləməyə başladı. Xalq, nəinki İmamdan (ə) üz döndərmədi, hətta, qəlbləri İmama (ə) daha da bağlandı, İmamın (ə) tərəfdarları daha da çoxalmağa başladı. Hətta, İmamın (ə) öncələr tərəfdarı olmayan bəzi insanlarda, İmama (ə) tərəf gəlməyə başladılar. Nəhayət də, Məmun, bundan qorxub çarəni İmamı (ə) şəhid etməkdə gördü və xain əllər İmamı (ə) zəhərlədi.

Allah Təala bizləri dünya və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salmasın!


Geri dön

ZERiDE

  • 9 oktyabr 2011 15:36
  • Məqalə: 35
  • Şərh: 148
  • Bal:
AMIN INSALLAH...ALLAH RAZI OLSUN SENDEN.....

edvart

  • 9 oktyabr 2011 15:20
  • Məqalə: 1
  • Şərh: 219
  • Bal:
{awards}
ilk werh menden twk

RADUQA

  • 9 oktyabr 2011 14:20
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
AMIN..INWALLAH AYRi SALMAZ...
COX SAQOL...BU DEYERLI XEBERLER UCUN... ALLAH YARDIMCIN OLSUN...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

_Selinnn_

  • 9 oktyabr 2011 13:51
  • Məqalə: 9
  • Şərh: 285
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TESEKKURLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 76
Cəmi: 118

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}