Hikmətli sözlər

 
Hikmətli sözlər

Şeyx Cəfər Şüştəri Nəcəfdən İrana gələndə, İran şahı Nasirəddin şah onun görüşünə gedir. Şah barmağındakı qiymətli üzüyü çıxarıb Şeyxə verir və deyir: «Bu üzüyü barmağınıza taxın, hər dəfə ona baxanda məni xatırlayarsınız».
Şeyx Şüştəri üzüyü barmağına taxıb bir an saxlayır, sonra çıxarıb şaha qaytararaq deyir: «Mən sizi yadımda saxladım. İndi siz hər dəfə bu üzüyə baxanda məni xatırlayarsınız»..

Həzrət Mühəmməd Peyğəmbər (s) səhabələri ilə səhradan keçirdi. Köç salıb düşən zaman Peyğəmbər tapşırıq verdi ki, səhabələr odun toplasınlar. Səhrada xeyli gəzib-dolandıqdan sonra hərə əlində azacıq çırpı ilə düşərgəyə qayıtdı. Odunları üst-üstə atdılar. Böyük bir qalaq yarandı. Bu zaman Peyğəmbər üzünü səhabələrə tutub buyurdu: «Kiçik günahlar da belədir, çətinliklə gözə çarpır. İnsan ömrü boyu müəyyən fasilələrlə günah işlədəndə, onları kiçik və az sayır. Amma ömrünün sonunda, Allah qarşısında cavab verəndə məlum olur ki, onların sayı nə qədər çox imiş».

Hikmətli sözlər

Bəni-İsrailə qəhətlik üz vermişdi. Həzrət Musa Peyğəmbər (ə) yağış yağması üçün dəfələrlə dua etsə də, nəticəsi olmurdu. Axırda Allah-təala ona belə vəhy etdi: «Sənin ümmətinin içində bir nəfər sözgəzdirən adam var. Nə qədər ki, o tövbə etməyib, sənin duaların qəbul olmayacaq».
Həzrət Musa (ə) həmin adamın kim olduğunu soruşdu. Allahdan vəhy gəldi: «Ey Musa, mən sizə xəbərçilik etməyi, söz gəzdirməyi qadağan etmişəm. İndi istəyirsən ki, özüm xəbərçilik edim?! Ümmətinə tapşır, qoy hamı tövbə etsin».
Musanın (ə) əmrilə Bəni-İsrailin hamısı öz günahlarından tövbə etdi. Bundan sonra Allahın onlara rəhmi gəldi və yağış yağdı.

Sonuncu Qranada əmiri Əbu Abdullah Mühəmməd şəhəri xristianlara təslim edib gedərkən, sonuncu dəfə uzaqdan-uzağa Qranadanı, adı dillər əzbəri olan əl-Həmra (Alqambra) sarayını seyr edir və için-için ağlayır.
Bu zaman anası ona üz tutaraq söyləyir: «Əgər vaxtında bu torpaqları kişi kimi qoruya bilsəydin, indi onun üçün qadın kimi ağlamazdın!».

Hikmətli sözlər

Müqəddəs Ərdəbili elə sadə həyat tərzi sürürdü ki, onu bəzən tanımırdılar Nəcəfə gələn bir zəvvar onun kasıb tələbələrdən olduğunu düşünüb, kirli paltarlarını yumağı xahiş edir. Müqəddəs heç bir söz demədən, paltarları ondan alıb yuyur, qurudub səliqə ilə yığır və sahibinə təhvil verməyə gətirir. Bu arada paltarların sahibinə onun kim olduğunu xəbər verirlər. O, Müqəddəsdən üzr istəyib, bağışlanmasını xahiş edir. Alim isə ona belə cavab verir: «Mən sənin qarşında daşıdığım vəzifələrdən ən kiçiyini yerinə yetirmişəm. Müsəlmanın borcudur ki, öz din qardaşına xidmət etsin, onun qulluğunda dursun».

Ariflərdən biri deyib: «Həzrət Yə’qubun (ə) gözlərinin kor olmasına səbəb oğlu Yusifin (ə) köynəyi oldu. Ata oğlunun qanlı köynəyini o qədər öpüb ağladı ki, axırda gözləri tutuldu.
Onun gözlərinin açılmasının səbəbkarı da yenə Yusifin (ə) Misirdən göndərdiyi köynək oldu. Yə’qub (ə) bu köynəyi gözlərinə sürtəndə, şəfa tapdı. Allah bu əhvalatla bizlərə bir daha başa salmaq istəyir ki, dərd də, dərman da eyni yerdən gəlir və hər ikisi Allahdandır».


Geri dön

aga482

  • 9 oktyabr 2011 20:35
  • Məqalə: 0
  • Şərh: 840
  • Bal:
TESEKKURLER ELLERİNİZE SAGLİQ COX DEYERLİ MELUMATLARDİ smile

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

sharm

  • 9 oktyabr 2011 20:20
  • Məqalə: 2
  • Şərh: 462
  • Bal:
{awards}
tesekkurler

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

rossioneri-004

  • 9 oktyabr 2011 19:57
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
ilk serh menden.tabii ki tewekkurde benden.ee olacak o kadari zahmet de sizden.

rossioneri-004,

--------------------
my whatsapp 0517646564 only friends and who wants to gettin friendship connectivity insstead love!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 50

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 55
Cəmi: 643
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 79
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 44
Cəmi: 59
 
Arzu_zadeh
Xəbərləri: 40
Cəmi: 176
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 150
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 685
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 32
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}