Yalnızam... çünki sən varsan...!

 
Yalnızam... çünki sən varsan...!

Səni çoxaldan izdihamların daha da yalnızlaşdırdığı və çoxluqdan yalnızlığını unutduğun və yaşaya bilmədiyin yalnızlığını sahiblənmək, öz yalnızlığımla daha da izdihamlaşdırmaqdır Yalnızlıq..!

Yalnızlıq...irəlisinə əsla baxa bilməyəcəyin bir pəncərə gerisində yağan qarı, enən gecəni və yüksələn dağları izlərkən, sənin, yanımda olduğunu hiss etməkdir. Xəyalını yanımda daşımaq, yanında varlığımı unutmaqdır. Kiçik bir mən içində, böyük bir sənsizliyi yaşamaqdır Yalnızlıq..! Yaşamaq və şikayət etməmək...

Yalnızlıq...səni, hər kəsini və hər şeyini qəbul etmək amma bunu sənə izah etmə qabiliyyətindən məhrum olmaqdır. İzah edə bilmədən yanında dayanmadan danışmaq və bütün susmaları sənə bağışlamaq, sonunda səssizliyinə məhkum olmaqdır. Susqunluğunun hər bir hərfini şərh etmək və eşitdiyim səsləri inkar etməkdir...Yalnızlıq..! Hər mahnıda artan sızımı dindirmək yerinə " sevdiyim, nəğməni susdur get..! " deyərək qışqırmaqdır. Yalnızlıq...ağrılı melodiyalara kürək dönüb, yalnız sənin səsini dinləməkdir,melodiyalardan daha ağrı səsinin də özüdür Yalnızlıq..!

İndini yox saymaq, sabahı təxirə salmaq və şəkillərin məhdud kadrlarında, sənli dünənləri yaşamaq, ediləcək ağıl karı bir dəlilikdir və dəlilik,Yalnızlığın... ən sadə tərifidir...!

Yalnızlıq...yarın şəhərində özünü yetim hiss etməkdir. Küçələr boyu işıqlarla böyüyən bir kimsəsizliyi, heç bir gülüşə sığdıra bilməmək, durduq yerə ağlamaq və özünə danışmaqdır. Surətinin düşdüyü hər üzə sən deyə baxmaq, surətinin əslinə qorxusuzca baxmaq, aynalardakı surətimə baxa bilməməkdir Yalnızlıq..!

Qatarda, hər stansiyada yenidən başlayan uzun səfərdir..!Yalnızlıq...sənə gələrkən yolları günlərin ardında bitirmək,səndən gedərkən, yollarda "ömrümü" bitirməkdir...

Yalnızlıq...söylədiyin hər sözü yadımda saxlamaq, səni heç unutmamışkən, hər dəfə yenidən xatırlamaq, gecələri tərk edib, səhərlər qapına sığınmaq və getdiyini bilə-bilə "inancsız olaraq" dönməyini gözləməkdir...Şeirə soyunub, məktub geyinmək...bütün şairləri rədd edib bir yazara aşiq olmaqdır Yalnızlıq...!

Yalnızlıq...varlığında və yoxluğunda, "Yalnızam... çünki sən varsan...! " deməkdir..!

Kahraman Tazeoğlu...Susacak var...Eyvallah romanlarından...

Yalnızam... çünki sən varsan...!


Geri dön

sevgi yalandir

  • 13 oktyabr 2011 18:51
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
YALNIZAM YANIMDA OLSANDA MEN COX YALNIZAM.....

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Jackson_fanatı

  • 9 oktyabr 2011 18:48
  • Məqalə: 0
  • Şərh: 782
  • Bal:
{awards}
Dogurdan da Insan sevdiyi insani Onun yaxinlari qebul etmirse onu secib butunlukle yalniz qalmalidi....Yalnizsan...Cunki SEN varsan.

new dream

  • 9 oktyabr 2011 18:14
  • Məqalə: 0
  • Şərh: 96
  • Bal:
{awards}
TESEKKURLER MENALI YAZIDI

MiLeyla

  • 9 oktyabr 2011 17:49
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
cox beyendim

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Delya_91

  • 9 oktyabr 2011 17:02
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
eh kaski unuda bilsem

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

_Selinnn_

  • 9 oktyabr 2011 16:38
  • Məqalə: 9
  • Şərh: 260
  • Bal:
{awards}
ILK SERH MENNEN TESEKKURLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 52

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}