Nə gözəldir sevmək

 
Nə gözəldir sevmək

Nə qədər gözəldir bir sevdiyinin olması, ən çətin anında, heç ümid etmədiyin bir zamanda bir salamıyla içini istilətməsi. Ağlayarkən səsini eşidər-eşitməz bütün mənfilikləri həmin an unutmaq, yağan qarda başını pəncərəyə qoyub onu xəyal etmək, yağışlı havalarda soyuqdan deyil onun üçün darıxdığına görə ta dərinlərdə bir yerinin sızlaması nə gözəldir. Bir salamıyla bütün qaranlıqların işıqlanması, 'gəl' demədən yanında olduğunu bilmək, getdiyin hər yerə onu da ürəyində, mənliyində, yanında aparmaq ..
Ona aid mahnılar zümzümə etmək, yazılar yazmaq səhifə-səhifə. Ən gözəl cümlələri belə bəyənməmək, ən gözəl sözləri belə ona yaraşdırmamaq nə gözəldir. Hiss etmək, yox olmaq, yanmaq, yandırılmaq, özünü onda tapmaq nə gözəldir. Səhər oyandığında, gözlərini gözbəbəyinin içində görmək nə gözəldir. Sonunu bilmədən özünü atəşə atmaq, amma onsuz da atəşdə olduğunu bilmək nə gözəldir. Qərar vermədən, fikir yürütmədən, məntiqli düşünmədən, yalnız sevmək nə gözəldir. Adı xatırlandığında səssiz olmaq, qızarmaq, utanmaq nə gözəldir. Dəfələrlə andlar pozmaq, ürəklər qırmaq, qırılmalar, bağışlamaq, əfv diləmək, məğlub olmaq, sevgiyə boyun əymək nə gözəldir.Getmək, dönmək, darıxmaq, gözləmək, unutmamaq, unutulmamak, eşq uğrunda ağlamaq, qısası eşq içində özünü itirmək nə gözəldir.Qorxduğunun başına gəlməsindən ürkmək, acı çəkmək, yas tutmaq, qısası ziddiyyət içində qalmaq, peşman olmaq; amma keçmişi sorğulamadan başlamaq, yenə yenidən sevmək, sevdiyindən imtina etməmək nə gözəldir.

Nə gözəldir sevmək

İlk olmaq, tək olmaq, son olmaq nə gözəldir. Dualar etmək, yalvarmaq, amma heç ümid etmədiyin bir anda "aha O" deyə bilmək nə gözəldir. qüruruna yenilmeyip 'kal' deyə bilmək nə gözəldir.Hər şeyi boş vermək, hər şeyi dərd etmək, yenə də üsyan etməmək nə gözəldir. Şəkilinə baxdığında sanki qarşındaymış kimi gülümsəmək, eşq qədəhini son damlasına qədər içmək, könül dənizində boğulmaq, azad ruhumuzu bir tək adama zəncirlərlə bağlamaq nə gözəldir. Gəlməyəcəyini bilərək gözləmək, onsuz bayramların zəhər olması, sevinclərin kədərə qarışması, bir sevdanın tək başına hökmdarı olduğunu bilmək nə gözəldir. O olmayanda yetim uşaqlar kimi üşümək, "kaş ki etməsəydim" deyə bilmək, günəşi görə bilməmək, yaşadığını hiss edə bilməmək, ac qalmaq, tək qalmaq, başqa gözlərə kor olmaq nə gözəldir. Onun qoxusundan başqa qoxu hiss etməmək, ondan başqasını görməmək və hər yeni gün bir şeylərin olmasını gözləmək nə gözəldir. Qiymətini anlamaq sevdiyinin, artıq köhnə günlərə dönməyəcəyini bilərək yenə də bəs etməmək bu həyatdan nə gözəldir. Gözlərini xəyal etmək, dənizin dalğaları kimi saçlarını oxşamaq, əllərindən tutmaq.Telefonunun çalmasını gözləmək, yaşadığın şəhəri tərk etmək, başqa yerə yerləşmək, amma eşqdən qaça bilməyəcəyini bilmək, hara gedərsənsə get ürəyini, ağılını, ürəyindəkini də yanında apardığını bilmək nə gözəldir. Heç bir sevdada eyni dadı tapa bilməmək; dünənin, bu günün, sabahın və bir tərəfinin həmişə yarım qalacağını bilmək, həmişə qürbətdə qalmaq, nə gözəldir ağrını dadmaq.
Həyat uzun və bitmək bilməyən bir filmdir...Rejissor isə mərhəmətsiz, insanı ən can alan nöqtələrindən vurandır. Bax, o rejissorun sən olduğunu bilmək belə nə gözəldir. “Mən gedirəm.” dediyin kimi “Mən gəldim.” deyə bilmək nə gözəldir.
Onu yuxularda görmək, bitəcəyini bilsən də bu gözəl yuxunun, səhər qalxdığında gerçək olması üçün dualar etmək, ilk onu düşünmək nə gözəldir.
Mən yalnız səni “məndəki sənlə” sənə izah etmək istədim. Bu yazını bir gün oxusan bil ki içimdə o qədər söz var səni sevməyə həsr etdiyim…
Daha nə deyilə bilər ki sevgi və eşq adına ... Deyilmiş nə qədər sözlər var ki hələ də deyilməkdədi, amma sonu tapılmamaqda, çünki dünya sevgi üzərində dayanmaqdadı...


Geri dön

sevgi yalandir

  • 13 oktyabr 2011 18:50
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
KASKI SEVMEZ OLAYDIM..

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

H.o.S.t _ FaNaTka

  • 10 oktyabr 2011 17:50
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
SEVMƏK İSTEMİRƏM ÇÜNKİ SEVGİ YALNIZ ƏZAB VERİR

SEVMƏK İSTEMİRƏM ÇÜNKİ SEVGİ YALNIZ ƏZAB VERİR

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

RADUQA

  • 10 oktyabr 2011 00:42
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
COX SAQOLUN...NE GOZELDIR OZUNU SEVDIYINDE TAPMAQ...NE GOZELDI SEVDIYINI BILMEK HISS ETMEK DUYMAQ ANLAMAQ....VE EN NEHAYET ......
NE GOZELDIR SEVGI HAQDA BELE GOZEL SOZLER OXUMAQ....
TEWEKKURLER SIZE.....!!!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

_Arzu_

  • 9 oktyabr 2011 20:53
  • Məqalə: 0
  • Şərh: 48
  • Bal:
{awards}
Sevmek mence gozeldir,ezab verse bele. Eger sevgimize asanliqla qazansaq onun qedrini bilmerik.

MiLeyla

  • 9 oktyabr 2011 20:36
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
sevgi yoxdu

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Мой Мир

  • 9 oktyabr 2011 19:35
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
ilk serh menden ama sevmek hecde gozel deyil ne sevmek isteyirem nede sevilmek ancaq semek adama ezabdan ,gozyasindan basqa bir sey vermir angry

eziyete gorede twk edirem

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 43
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}