İmamı Əzam Əbu Hənifə haqqında qısa məlumat

 
İmamı Əzam Əbu Hənifə haqqında qısa məlumat

Həyatı və Şəxsiyyəti
İslam hüquq düşüncəsi və ictihadının inkişafı yolunda mühüm rol oynayan Əbu Hənifə Numan b.Sabit h. 80/m.699-cu il Kufədə doğulmuşdur. Atasının əslən haralı olduğu haqqında müxtəlif məlumatlar mövcuddur. Bununla belə, atasının Kabil bölgəsində yaşayan Farisoğullarından olduğu xəbəri daha çoxdur.
Elm təhsilinə başlamamışdan əvvəl parça ticarətiylə məşqul olmuşdur. Parlaq bir zəkaya sahib Əbu Hənifəyə alimlər yaxşı münasibət göstərərək onu elm öyrənməyə həvəsləndirirlər. Bu barədə xatirəsini Əbu Hənifə belə qeyd etməkdədir:

"Əbu Amr əş-Şə`bi məni yanına çağırıb:
Sən zəki, qabiliyyətli və hərəkətli bir gəncsən. Elmə və alimlərin məclislərinə get,- dedi. Bu sözlər mənə xoş təsürat bəxş etdi. Bununla da, elm təhsilinə başladım”.
Elm həyatına başladıqdan sonra, ticarət işini şəriki vasitəsiylə davam etdirdi. Maddi problemləri olmayan Əbu Hənifə möhtaclara və elm tələbələrinə daima kömək etmiş, amma ozü zahidanə bir ömür yaşamışdır.

İmamı Əzam Əbu Hənifə haqqında qısa məlumat

Tabaqat və mənqibə müəlliflərinin əksəriyyəti onu təbəut-tabiindən hesab edir. Fəqət, Əbu Hənifənin Ənəs b. Malik, Abdullah b. Əbu Övfa, Səhl b. Sad və Əbu Tufəyl kimi əshabələrlə də (r.a.) görüşdüyünü yazanlar olsa da, onun tələbələrindən bu haqda heç bir məlumat verilməməkdədir. Lakin adını qeyd etdiyimiz əshabələrdən (r.a.) sadəcə Ənəs b. Maliklə Kufədə az yaşlı olarkən görüşdüyü məntiqə uyğundur. (D.İ.Ensiklopediyası, C. X, s.132)
Ömrünün əlli iki ilini Əməvilər, on səkkiz ilini isə Abbasilər zamanında yaşayan Əbu Hənifə çox sayıda siyasi hadisələrin şahidi və iştirakçısı olmuşdur.
Əməvilərin Əhli beytə qarşı ədalətsiz davranışlarını digər alimlər kimi, o da açıq bir şəkildə tənqid edirdi. Məşhur alimlərin haklı olaraq etdikləri bu cür sərt etirazları Əməvilərin səltənətini zəyiflədirdi. Bunun qarşısını almaq üçün, II Mərvan könülləri ələ almaq məksədi ilə bəzi alimlərə məmurluq teklif etdi. Əbu Hənifəyə də Kufə qazılığı təklifi edildi. Hər cür təhdidə baxmayaraq bu təklifi qəbul etməyincə də həbs edilərək döyüldü.
Abbasilərin də doğru olmayan siyasətini tənqid edən Əbu Hənifə, onlar tərəfindən də həbs və işgəncəyə məruz qalmışdır.

İmamı Əzam Əbu Hənifə haqqında qısa məlumat

Mənbələr onun comərd, qənaətkar, zahid, güclü iradə və mübariz bir insan olaraq tanıdır. Həyatını İslam fiqhi və haqsızlığa qarşı amansız olma yolunda həsr edən böyük alim, ağır işkəncələr səbəbiylə h.150/m.767-ci ildə Bağdadda vəfat etmişdir. Fiqh elmindəki yeri
Öncə Əqaid və Cədəl elmini öyrənməyə başlayan və bu elmlərdə mükəmməl bilgi əldə edən Əbu Hənifə, dövründəki inkarçı və bidətçilərlə münaqişə edərək Kitab və Sünnə Mühafizi olmuşdur.

Əbu Hənifənin Əqaid və Cədəl elmlərindən Fiqhə yönəlməsi haqqında fərqli rəvayətlər vardır: Rəvayətlərin birində, Əbu Hənifənin bir qadının boşanma ilə əlaqəli sualına cavab verə bilməməsi, özünün fiqh sahəsində təhsil alma ehtiyacını görməsindən sonra ortaya çıxmış olduğu söylənilir.
Dövrünün seçkin alimlərinin əksəriyyəti ilə görüşmə və onlardan elm təhsil edə bilmə imkanı olmuş Əbu Hənifənin fiqh sahəsində əsl müəllimi Kufə rəy ekolunun ustadı qəbul edilən Hammad b. Əbu Süleymandır. On səkkiz il onun dərs halqasına müdavimlik edərək ən seçkin tələbələrindən olan Əbu Hənifə, müəllimi olmadığı zamanlarda ona vəkalətən dərs vermişdir. Ustadının vəfatından sonra, dost və tələbələrin israrı ilə müəlliminin yerinə keçərək dərs verməyə başlamışdır. Yetişdirdiyi tələbələrinin sayı bir neçə mini aşdığı və onların içindən qırxının ictihad edə bilmə səviyyəsinə çatdığı da qeyd olunur.

İmamı Əzam Əbu Hənifə haqqında qısa məlumat

Əbu Hənifənin elmi müzakirələrdən əlavə bir başa ticarət həyatının içində olması, müaməlata dair sayısız tutarlı ictihad etməsini təmin etmişdir. Əfsuslar olsun ki, bunları yazmadığı kimi, ictihad metodunu da açıqlayan bir əsər də qələmə almamışdır.
Onun yaşadığı bölgə təlatümlü bir yer olduğuna görə, qarmaqarışıq hadisələr tez-tez meydana gəlirdi. Bütün bunlara isə, Kitab və Sünnəyə uyğun çözüm tapmaq dərin fiqh bilgisi tələb edirdi. Əbu Hənifə həm baş verən məsələləri, həm də baş verə biləcək nəzəri məsələləri dərslərində tələbələri ilə bir çox yöndən ələ alaraq müzakirə edirdi.
Əbu Hənifə Qiyas metodunu sıx şəkildə işlədirdi.Yuxarıda qetd etdiyimiz kimi, ictihad metodunu bəyan edən bir əsər təlif etməsədə, aşağıda verəceyimiz sözü, onun fiqh metodunu gözəl bir şəkildə açıqlamaqdadır:

"Biz əvvəlcə Allah Təalanın Kitabında olanı alırıq. Onda tapmasaq, Peyğəmbərin (s.ə.s) sünnəsinə baxarıq. Onda da tapmasaq, əshabələrin (r.a.) ittifaq etdiyini götürər, ixtilaf etdiklərindən isə dilədiyimizi seçərik. Başqalarının görüşlərini onlardan üstün tutmarıq. Tabiinə gəlincə, onlar kimi bizdə ictihad edərik. Məsələlər arasında müştərək illət (səbəb) olarsa, bir hökmü digərinə qiyas edərik”. (D.İ.Ensiklopediyası, C. X, s.135)

İmamı Əzam Əbu Hənifə haqqında qısa məlumat

Həmçinin, Fiqhin tərifində söylədiyi "Fiqh insanın leh və əleyhində olan şeyləri bilməsidir” sözü, İslam müəmalatını yüksək səviyyədə bilməsinin vəciz, lakin şümullu xəbərçisidir.
İmam Əzəm, Əbu Hənifə üçün söylənilən hədislərin azlığı iddiasını işlətdiyi hədislərin sayca azlığı kimi yox, əksinə hədis rəvayət etmə azlığı kimi anlaşılmalıdır. Buna baxmayaraq, onun rəvayət etdiyi hədislərin sayısı az deyildir. Özünün şəxsi müsnədi ilə tələbələri olan Əbu Yusif və İmam Məhəmmədin əsərləri və digər hədis məcmualarında ondan gələn hədis rəvayətləri mövcuddur.

Hənəfi məzhəbinin imamı, böyük müctəhid İmam Əzəm Əbu Hənifənin həyatını, məzhəbinin təşəkkülünü və ictihadlarını ehtiva edən bir cox əsər mövcuddur. Xüsusiylə, iki məşhur tələbəsi olan Əbu Yusif və İmam Məhəmmədin yazdığı əsərlər sayəsində onun ictihadları sonrakı nəsillərə çatmışdır.
İmam Məhəmmədin kitabları Hənəfi məzhəbinin əsas qaynağı sayılır. Lakin, onun kitablarının hamısı səhihlik dərəcəsinə görə eyni deyildir. Alimlər bu kitabları iki qismə ayrırlar.

1. Zahirur-Rivayə
Bu qismə "Məbsut”, "Ziyadat”, "Camüs-Sağir”, "Camül-Kəbir”, "Siyərüs-Sağir” və "Siyərül-Kəbir” kitabları daxildir. Adı keçən kitabların raviləri əmin şəxslər olduğuna görə, Zahirur-Rivayə adı verilmişdir.
Bundan əlavə, "Kitabul-Asar” və "Rədd Ə`la əhli Mədinə” kitablarını da, bu qisimdən sayanlar vardır.

2. Nəvadir
Bu qismə isə İmam Məhəmmədin yerdə qalan, digər kitabları daxildir. Buraya "Keysaniyyat”, "Haruniyyat”, "Curcaniyyat”, "Ruqiyyat” və "Ziyadətüz-Ziyadat” kitabları daxildir. Sadalanan kitabları İmam Məhəmməddən o qədər də əmin şəxslər rəvayət etmədiyinə görə, onlara Nəvadir adı verilmişdir.


Geri dön

MuCaHiD_313

  • 10 oktyabr 2011 04:41
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
MEHREM QADINLARLA NIGAH
1. ANA,BACI VE SUD BACISI
ILE NIGAHIN HOKMU
Ehli – Sunne alimleri qarsisinda bele bir mesele var: Bu barede Ebu Henife Melikin fetvasindan da cirkin bir fetva vererek bele demisdir: “Eger bir sexs dogma anasi, qizi, bacisi, nenesi, bibisi, xalasi, hemcinin bibi qizi ve xala qizi ile zina etse, bu emelin haram oldugunu bilse de, bu yolla dunyaya gelen ovlad oz ovladi sayilar ve onlara (zina etdiyi sexslere) mehriyyelerini de vermelidir. Bele bir kimseye hedd cezasi yoxdur. Yalniz tezir cezasi Qeyd: selefi eqidesi qeyd etdiyi revayetlere esasen bir sexse hedd cezasindan asagi olan tezir cezasi duserse, hemin sexse on sallaqdan asagi bir miqdarda sallaq vurular. Bax: “Sehih Buxari”, Tezir fesli, seh:2512; “Sehih – Muslum “, c: 3, seh: 1332 ; “Sehih İbn Hebban”, c: 10, seh: 395, “el – Kafi”, İbn Quddame, c: 4, seh 174; “Sunenil – Beyheqi” c: 13, seh: 146 <Bu kitablari cildinin sehifesine qeder yazilib ki uzr qalmasin behane getirilmesin < 2 side sunne mezhebinin qollaridir biri bele deyir biri bile bilinmir ama hansi sunnedir ba$hdAn ayaqa xarab eqide!!Abu Henifenin Allaha olan bu eqidesi Shia alimleri terefinden redd olunubBele ki, Ebu Henife cammat arasinda oz ustadinin (Imam Cefer Sadig (as)-in) eleyhine chixishalr edib, deyirdi:
Cefer Ibn Muhemmed 3 mesele ireli surub, amma men onlari qebul elemirem.
1) Sheytan cehennem odu vasitesi ile ezaba meruz qalacagdir. Bu duzgun deyil. Chunki, sheytan oddan yaranmishdir. Od Odu yandira bilmez.
2) O deyir ki, Allah hech vaxt gorunmez. Halbu ki, movcud olan her bir shey mutleq gorunmelidir.3) O deyir ki, bendelerin gorduyu ishler oz ixtiyralari ile gorurler. Halbuki, Allah-teala Qur`anda bendelerin ishlerini ozune aid edir. (ye`ni, mecbur qaydada)
Bu zaman Behlul yerden bir dash parchasi goturub Ebu Henifenin alnina vurur. Ebu Henife xelife Haruna shikayet edir. Harunun gosterishi ile Behlulu qazinin yanina aparirlar.Fursetden istifade eden Behlul Qazinin yaninda Ebu henifenin fikirlerini puch ederek deyir:
1) Ebu Henife deyir ki, sheytan oddan yaranmishdir. Od Odu yandira bilmez.allah-teala daAdemi torpagdan xelg edib, bes niye dash onun bashini yarib??
2) Ebu Henife deyir ki, Allah gozle gorunecek. Bes niye men onun bashinin agrisini gormurem?
3) Ebu Henife deyir ki, bendeler oz ishlerinde mecburdular. Bes niye onda meni itiiham edirsiniz?? Halbuki, menim emelim mecburiyyet esasinda bash vermishdir.
Salam olsun Muhemmede (s.a.s) ve Onun pak Ehli-Beytine (as).<<"Bilmediyin bir sheyin ardinca getme . Chunki, qulag, goz ve urek..bunlar hamisi sorgu-sual olunacagdir." ( Isra, 36)>>

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

RADUQA

  • 9 oktyabr 2011 22:57
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
tewekkur...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

MiLeyla

  • 9 oktyabr 2011 22:34
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
cox beyendim

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

ZAC EFRON

  • 9 oktyabr 2011 22:30
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
sevgimden_utaniram,

sevgimden_utaniram

  • 9 oktyabr 2011 22:01
  • Məqalə: 44
  • Şərh: 617
  • Bal:
{awards}
qewekdiler ilk wehr menden twk hamisini beyendim wink

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 41
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}