Sədaqət və qəhrəmanlıq düsturları

 
Sədaqət və qəhrəmanlıq düsturları

HƏQİQİ İSLAM YAŞAMAQ İSTƏYƏNLƏR ÜÇÜN ÖRNƏK OLAN BİR GECƏ

Həqiqi İslamın tələblərini, bəndəliyə iddialı olan insanlardan mübarək dinimizin gözləntilərini tanımaq üçün ilk öncə Aşura gecəsinə nəzər salmaq lazımdır. Aşura gecəsi elə bir gecədir ki, bu gecə həqiqətdə Aşura günü baş verən qəhrəmanlığın, şücaətin, insanlığın hər cəhət üçün təzahür edilməsinin əvvəlinci mərhələsidir. Həmin gecədə insanlığa örnək ola biləcək olduqca mühüm səhnələr yaşanıb. Buna görə də onların bir neçəsinə nəzər salmaq çox mühümdür. Seyyid ibni Tavusun Kərbəla səhnələri ilə bağlı toplusu bu baxımdan olduqca zəngindir. Belə ki, ən mühüm məsələ Kərbəla səhnələrində artırılmış, haradasa dəyişdirilmiş mənbələrdən istifadə etməməkdir. Şəhid Mütəhhəri bu məsələnin üzərində xüsusilə dayanıb ki, o qədər bu səhnələr klassik halından dəyişdirilmiş, xurafi məsələlər əlavə edilmişdir ki, sonradan bunlar mənfi nəticələr də vermişdir.

HƏYATIN HƏR SƏHNƏSİNDƏ İMTAHAN VAR

Aşura gecəsi və artıq Məhərrəm ayının doqquzundan onuna keçən gecə bəşəriyyətə İslam tanıdan bir gecədir. Həmin gecə İmam Hüseyn (ə) səhabələrini bir yerə yığıb Allaha həmd və sənalar dedikdən sonra üzünü onunla birlikdə Məkkədən Kufəyə qədər məşəqqətli yolu gələn səhabələrinə tutub buyurur: “Mən öz səhabələrimdən daha saleh, daha fəzilətli, daha imanlı başqa bir səhabə görmədim. Mən öz Əhli-beytimdən (ə) daha gözəl və daha üstün bir Əhli-beyt (ə) tanımıram. Allaha Təala sizin bu işlərinizin nəticəsində xeyirli aqibətini versin, inşəallah”. Bu, əslində bir giriş idi. Burada İmam (ə) öz səhabələrindən nə qədər razı olduğunu, onların üstün məqamlarını göstərmək istəyirdi. Əslində həmin səhabələr həqiqi İslamı yaşayanlar idi. O qədər gözəl şəkildə yaşayırdılar İslamı ki, behişt cavanlarının ağası olan Həzrət Hüseyn (ə) onları bu cür tanıdırdı. İmam (ə) həm səhabələrindən, həm də Əhli-beytindən (ə) razı olduğunu bildirir. Bu, həm səhabələrin, həm də Əhli-beytinin son imtahanıdır. Onlar bu gecə əsl İslamı yaşamaq dərsini, əsl bəndə olmaq fenomenini ortalığa qoyacaqlar. Özü də necə gözəl formada...

RƏSULALLAHIN (s) İLLƏRLƏ YETİŞDİRDİYİ MƏKTƏBİN PARLAQ ŞAGİRDLƏRİ

İmam (ə) üzünü onlara tutaraq buyurur: “İndi gecədir və onun qaranlığı sizləri artıq öz qucağına alıb. Sizlər də bu gecədən bir dəvə kimi istifadə edin və hər biriniz mənim Əhli-beytimin (ə) övladlarından birini götürün, bu qaranlıqda dağılışın və gedin. Məni bu qoşunla bu halda qoyun. Çünki, onların istədiyi mənəm. Onların məndən başqa bu cəm arasında heç kimə ehtiyacları yoxdur”. Əslində bu səhnə, bəlkə də döyüşdən də ağır olan bir imtahan səhnəsi idi. Burada səhabələr imtahanını verərək Allaha bəndə olmaq nümunəsini ortalığa qoyurlar. Biz görürük ki, burada Rəsulallahın (s) tərbiyə etdiyi, illərlə əziyyət çəkdiyi və yetişdirdiyi bir məktəbin parlaq şagirdləri çıxıb və onlar bu imtahandan layiqincə çıxırlar. Belə bir imtahandan çıxmaq, özü-özlüyündə Həzrət Peyğəmbərin (s) gətirdiyi dini gözəl şəkildə yaşatmaqla onun çəkdiyi əziyyətlərə sədaqət bildirməkdir.

SƏDAQƏTİN UCA ZİRVƏLƏRİ

Belə bir səhnədən lazımlı dərslər götürmək üçün o səhnənin canlı iştirakçılarının mübarək sözlərinə nəzər salmaq lazımdır. İmam Hüseynin (ə) övladları və Abdullah ibni Cəfərin övladları İmamın (ə) bu sözünü eşidəndə buyururlar: “Nə səbəbdən biz səni qoymalı və getməliyik? Bəlkə, buna xatir ki, səndən sonra sağ qalaq? Allah Təala bizə heç vaxt bu cür bir ruzi, bu cür bir tale, bu cür bir aqibət nəsib etməsin”. Burada böyük qəhrəmanlıqla yanaşı, eyni zamanda sədaqətin də çox uca bir zirvəsi var. Onlar üçün İmamı (ə) tək qoyub getmək qeyri-mümkündür. Buna görə də onlar təəccüb içərisindədirlər. Onlar İmamdan (ə) sonra onlara qalacaq həyatı istəmirlər. Onların həyatı yalnız İmamın (ə) yanındadır. Budur əslində sədaqət, qəhrəmanlıq, həqiqi bəndəlik. Bu bəndəliyin önüdə gedən isə - Abbas ibni Əlidir (ə), Həzrət Əbülfəzl Abbasdır. İlk öncə o, bu sözə başlayır və sonra digərləri də ona qoşulur.

HƏYATIN YEGANƏ MƏNASI – ƏHLİ-BEYTDƏN (ə) YAPIŞMAQDADIR

İmam Hüseyn (ə) sanki onlarla qurtardıqdan sonra üzünü tutur Müslüm ibni Əqilin övladlarına tərəf və buyurur: “Müslümün şəhadəti sizin tərəfinizdən kifayət edər. Mən sizə icazə verdim ki, gedəsiniz”. Bu halda qardaşlar və ümumən Əhli-beytin (ə) hamısı İmam Hüseynə (ə) öz gileylərini bildirməyə başlayırlar: “Ey Peyğəmbərin (s) balası, camaat bizə nə deyər və biz onlara nə cavab verərik?! Deyəcəyik ki, mövlamızı, ağamızı, seyyidimizi və Peyğəmərin (s) balasını tək qoyduq və ona düşmən tərəfə ox atmaqda köməklik etmədik və nizələrimizi işə salmadıq, qılınclarımızı vurmadıq?! Yox, and olsun Allaha, səndən ayrılmayacağıq və öz canlarımızı sənin qorunmağında fəda edəcəyik. Ta o ana qədər ki, sənin yolunda şəhid olacayıq və sənin kimi şəhadətə nail olacayıq. Allah Təala səndən sonrakı həyatımızın üzünü qara etsin”. Səhablərin çox dəyərli məntiqi var. Onlar İmam Hüseynsiz (ə) həyata kor baxırlar. Çünki, Hüseynsiz (ə) həyat - elə İslamdan uzaq olan bir həyatdır. Onlar İmaməti (ə), Əhli-beytdən (ə) yapışmağı və onlara bağlanmağı öz həyatlarının yeganə mənası olaraq görürlər. Elə həyatın mənası da bundadır. Gərək imana iddialı olan şəxs Əhli-beytin (ə) ətəyindən bərk yapışsın. Bu bərk yapışmaqlıq – həyatın hər mərhələsində haqla olmaq, haqqın yanında olmaq mənasını daşıyır. Əgər insan özünü Əhli-beyt (ə) davamçısı olaraq görmək istəyirsə, həyatını mənalı yaşamaq istəyirsə - haqqın yanında olmalıdır.


Geri dön

DaMLa

  • 11 oktyabr 2011 02:30
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
Allah hidayət eləsin!

--------------------

MiLeyla

  • 10 oktyabr 2011 15:19
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
TEWEKKUR

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

RADUQA

  • 10 oktyabr 2011 15:10
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
{awards}
TEWEKKURLER...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Nurlan 98

  • 10 oktyabr 2011 14:07
  • Məqalə: 0
  • Şərh: 216
  • Bal:
{awards}
SAĞ OLUN BELƏ DƏYƏRLİ MƏLUMATLARA GÖRƏ .

--------------------
Gördüyünü hər kəs sevər, sən onda heç kimin görmədiyini tapacaqsan. Əgər əsl sevgi istəyirsənsə; bədənə deyil, ürəyə toxun.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 59
Cəmi: 81

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}