İmamla (ə) bir yaşamaq və onunla birgə şəhid olmaq məntiqi

 
İmamla (ə) bir yaşamaq və onunla birgə şəhid olmaq məntiqi

İMAMLA (ə) BİR YAŞAMAQ və ONUNLA BİRGƏ ŞƏHİD OLMAQ MƏNTİQİ

Bu səhnədə yaşlı səhabələr də Allah yanında böyük imtahan verirlər. Onlar da Peyğəmbərin (s) onlara tanıtdığı dini necə yaşamaq dərsini bəşəriyyətə öyrədirlər. Yaşlı səhabələrdən olan Müslüm ibni Övsəcə ayağa qalxır və buyurur: “Ey Peyğəmbər (s) balası, biz səni tək qoyaq və gedək, bir halda ki, bu qədər düşmən səni mühasirəyə alıb?! Yox, and olsun Allaha, bu iş qeyri-mümkündür. Və Allah Təala səndən sonra yaşamağı bizə nəsib etməsin. Mən döyüşəcəm o ana qədər ki, nizəm düşməninin sinəsində sınmış ola, qılıncım düşmənin üzərinə enmiş ola. Əgər heç bir döyüş sursatım qalmasa, daşla döyüşəcəyəm və səndən ayrılmayacayam, ta o ana qədər ki, səninlə dünyadan getmiş olam”. Müslümün çox incə bir məntiqi burada sezilir. Əslində bu məntiq bir çox səhabələrin də İmama (ə) müraciətində sezilir. Onlar həyatı yalnız İmamla (ə) birgə yaşamaq istədikləri kimi, İmamın (ə) şəhadətində də onunla birlikdə olmaq istəyirlər.

İSLAMIN KÖKÜ – PEYĞƏMBƏRİN (s) VƏSİYYƏTİNƏ ƏMƏL ETMƏKDƏDİR

Seyyid ibni Abdullah Hənəfi adlı səhabə ayağa qalxaraq deyir: “Yox, and olsun Allaha, Yəbnə Rəsulallah (s), biz səni tək qoymayacayıq. Və Allaha Təala şahid olsun ki, biz, Allah Təalanın Peyğəmbərinin (s) sənin haqqında vəsiyyətini yerinə yetirmiş olaq. Və əgər bilsən ki, sənin yolunda öləcəyəm və sonra diriləcəyəm və ondan sonra diri-diri yandırılacağam və biləm ki, bu yetmiş dəfə mənim başıma gələr - səndən yenə uzaq düşmərəm. O ana qədər ki, səndən qabaq özüm ölmüş olam. Necə sənin yolunda fədakarlıq etməyim?! Bir halda ki, ölmək bir dəfədən artıq bir iş deyil. Amma ondan sonra izzətlə və əbədi səadətlə yaşamaq var”.

Rəsulallahın (ə) gətirdiyi dinin içərisində çox önəmli bir vəsiyyət yer alıb. İslamı insanlığa çatdıran əziz Rəsuli-Əkrəm (s) iki əmanətə - Quran və Əhli-beytə (ə) sahib çıxmağı vəsiyyət edir. Əslində, İslamın kökü bunlar üzərindədir. İndi həqiqi İslamı yaşayan və yaşadan səhabələr əziz İmama (ə) Peyğəmbərin (s) o vəsiyyətinə sadiq qaldıqlarını bildirirlər. Onlar İmamın (ə) şəhadətini yalnız öz ölümlərindən sonra mümkün bilirlər.

BƏŞƏRİYYƏTƏ HƏYAT VERMƏK İSTƏYƏN ŞƏXSLƏR

Getdikcə səhnələr daha da aliləşir. Peyğəmbərin (s) əkdiyi gözəl mənəviyyat ağacının verdiyi bəhrələr meydana çıxır. Bundan sonra Züheyr ibni Qeyn ayağa qalxır və söyləyir: “And olsun Allaha, ey Rəsulallahın (ə) övladı, istərdim min dəfə öləm və sonra yenidən diriləm sənin yolunda, amma Allah Təala səni və sənin Əhli-beytini (ə) diri saxlaya və siz dünyadan getməyəsiniz”. Bu, Züheyrin məntiqidir. O İmamın (ə) həyatda qalması üçün min dəfə ölməyə hazırdır. Onlar çünki, İslam tanıyırlar. Çünki, onlar yaxşı bilirlər ki, Əhli-beyt (ə) hidayət çıraqlarıdır. Onların dünyadan getməsindən sonra dünya zülmətə bürünəcək, insanlıq öz yolunu azacaq. Onların olmadığı bir dünyada həyat da olmayacaq. Onlar bəşəriyyətə həyat vermək istəyirlər. Bunun üçün min dəfə də canlarından keçməyə hazırdırlar. Onlar yəqin əhlidirlər. İmanları kamildir onların. Zərrədək şəkk yoxdur qəlblərində.

ALLAHA TƏVƏKKÜL NÜMUNƏSİ

Aşura gecəsində bir insaniyyət nümunəsində də nəzər salmaq gərəkir. Aşura gecəsində Məhəmməd ibni Bəşir Həzrəmiyə xəbər gəlir. Ataya xəbər gəlir ki, oğlun Rey sərhədlərində əsir düşüb. Burada bilir ki, Hüseyn (ə) təkdir, sabah Aşuradır. Ata övladının əsir düşməsi barədə xəbər alır. Bu gecədə bir ata nümunəsi meydana gəlur. Buyurur: “Mən o məsələni Allaha tapşırıram. Və and olsun öz canıma, istəməzdim ki, övladım əsir düşə və mən ondan sonra diri qalmış olam”. İmam Hüseyn (ə) bu kişinin sözünü eşidir və buyurur: “Allah sənə rəhm etsin, Allah səni bağışlasın. Mən öz beyətimi sənin boynundan götürürəm. Sən get öz övladının əsirlikdən azad olması üçün işlərini gör”. Atanın cavabına diqqət edək. Buyurur: “Əgər mən səndən uzaq düşsəm, vəhşi heyvanlar məni diri-diri yeyərlər”. Yəni, həmin şəxs İmamdan (ə) ayrılmaq təqdirində öz aqibətini belə istəyir. Bununla da o, İmamdan (ə) ayrılmağın mümkünsüzlüyünü çatdırır. İmam (ə) bu fədakarlığı görür və onun yanında bir qədər qiymətli geyimlər olur, buyurur: “Bu geyimləri övladına ver, qardaşının nicatı üçün onlardan istifafə etmiş olsun”. Burada İmam (ə) min dinar qiymətində beş geyimini onun oğlunun əsirlikdən azad edilməsi üçün verir. Allaha təvəkkül nümunəsi də var burada. Ata öz oğlunun nicatını Allaha tapşırır, Amma Həzrətdən (ə) ayrılmır. Çünki, indi onun İlahi vəzifəsi bu idi.

Həmin gecənin imtahan səhnələri yekunlaşır. Bu səhnələrlə insanlıq üçün yeni bir məktəblərin əsası qoyulur. Bu səhabələrin hər biri ayrılıqda bir məktəbdir. Çox təəssüflər olsun ki, onların həmin məktəblərindən istifadə etmək üçün insanlarda bilgi çox azdır. Onların hər biri haqqında dastanlar yazılmalı, hər birinə aid böyük simpoziumlar keçirilməlidir. Onlar “həqiqi İslamı yaşamaq necə olur?” sualına əməldə cavab verən şəxsiyyətlərdir. Yalnız Aşura və Məhərrəmlikdə deyil, bu şəxsiyyətlər ilin bütün vaxtlarında ayrı-ayrılıqda xatırlanmalıdır. Çünki, həmin səhabələr Əhli-beytə (ə) bağlantının düsturlarıdır. Onlar sədaqətin, qəhrəmanlığın rəmzidir. Bəşəriyyət üçün nümunədir, örnəkdir.

Allahım, bizləri Əhli-beytə (ə) həqiqi bağlantısı olanlardan qərar ver! Bəşəriyyətə nicat gətirən İmamın – Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühürunu tezləşdir! Amin!


Geri dön

ZERiDE

  • 10 oktyabr 2011 18:44
  • Məqalə: 35
  • Şərh: 148
  • Bal:
ALLAH YARDIMCIN OLSUN...TEWEKKUR EDIREM DEYERLI XEBER IDI....

edvart

  • 10 oktyabr 2011 18:23
  • Məqalə: 1
  • Şərh: 219
  • Bal:
{awards}
ilk werh menden twk

RADUQA

  • 10 oktyabr 2011 17:43
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
COX SAQOL DOSTUM ALLAH SENIN YARDIMCIN OLSUN...
BELE YAZILAR OXUDUQCA MUSELMAN OLDUQUMA DAHADA COX WUKUR EDIREM.....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

H.o.S.t _ FaNaTka

  • 10 oktyabr 2011 17:06
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
TƏŞƏKKÜR MARAQLI İDİ

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

_Burla_

  • 10 oktyabr 2011 16:37
  • Məqalə: 1
  • Şərh: 79
  • Bal:
{awards}

BƏŞƏRİYYƏTƏ HƏYAT VERMƏK İSTƏYƏN ŞƏXSLƏR

Getdikcə səhnələr daha da aliləşir. Peyğəmbərin (s) əkdiyi gözəl mənəviyyat ağacının verdiyi bəhrələr meydana çıxır. Bundan sonra Züheyr ibni Qeyn ayağa qalxır və söyləyir: “And olsun Allaha, ey Rəsulallahın (ə) övladı, istərdim min dəfə öləm və sonra yenidən diriləm sənin yolunda, amma Allah Təala səni və sənin Əhli-beytini (ə) diri saxlaya və siz dünyadan getməyəsiniz”. Bu, Züheyrin məntiqidir. O İmamın (ə) həyatda qalması üçün min dəfə ölməyə hazırdır. Onlar çünki, İslam tanıyırlar. Çünki, onlar yaxşı bilirlər ki, Əhli-beyt (ə) hidayət çıraqlarıdır. Onların dünyadan getməsindən sonra dünya zülmətə bürünəcək, insanlıq öz yolunu azacaq. Onların olmadığı bir dünyada həyat da olmayacaq. Onlar bəşəriyyətə həyat vermək istəyirlər. Bunun üçün min dəfə də canlarından keçməyə hazırdırlar. Onlar yəqin əhlidirlər. İmanları kamildir onların. Zərrədək şəkk yoxdur qəlblərində.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}