Azərbaycanlı aparıcı: "Elgiz ölsə, mənim əlimdə öləcək" - MÜSAHİBƏ

 
Azərbaycanlı aparıcı: "Elgiz ölsə, mənim əlimdə öləcək" - MÜSAHİBƏ

Ötən gün Trend-ə müsahibə verib, ANS TV-də yayımlanan "Toy olsun" evlilik şousuna yenidən aparıcı kimi qayıdacağını söyləyən Elgiz Əkbərə, qarşı tərəfdən gələn cavab özünü çox gözlətmədi.
Trend-ə açıqlama verən Ulvira, həmkarı ilə münasibətləri haqqında olduqca səmimi danışdı.

- Yeni mövsümdə "Toy olsun" dəb şousu formatında efirə çıxmalı idi, çıxdı da. Amma elə efirə çıxdığımız ilk gündən müşahidə etməyə başladıq ki, tamaşaçıların böyük əksəriyyəti hələ də "Toy olsun"u evlilik şousu fotmatında izləmək niyyətindədir. Hara getdim, Elgizi soruşdular, nə səbəbdən efirdə bir-birimizdən ayrı düşməyimizlə maraqlanırdılar. Digər tərəfdən, veriliş dəblə əlaqəli olduğu üçün kişi teleaparıcının efirdə olması düzgün çıxmazdı. Sırf bu səbəbdən layihədə aparıcı kimi tək görünməliydim.

- Demək, Elgizin "Toy olsun"a qayıdışı sırf köhnə formatla efirə çıxacağınızla bağlıdır.

- Təbii, çünki tamaşaçı da alışıb ki, Ulvira haradadırsa, Elgiz də onun yanında olmalıdır.

- Elgizə ünvanladığımız sualda da bir-birinizi tamamlayan aparıcılar olduğunuzu xüsusi qeyd etmişdik.

- Cavabı nə oldu?

- Dostluğunuzu vurğulayıb, səni özünə düşmən hesab etmədiyini söylədi.

- Bizim münasibətlərimiz həqiqətən çox çətin başlamışdı. Sonralar başa düşdüm ki, əgər mənim hamıdan gizlətdiyim bi sirrim olsa, çəkinmədən onu Elgizlə bölüşə bilərəm. Çox ağzıbütöv insandır. Çətin vəziyyətdə adamın yardımına qaçmağı bacarandır. Bu yaxınlarda onun elə bir hərəkətini gördüm ki... Əməlli-başlı bir nəfər üçün yardım topladı. Həqiqətən ürəyigeniş insandır. Sadəcə, ikimiz də əsəbiyik və ayrı-ayrı iddialarımız var. Elgizlə müqayisədə səbrli olsam da, əsəbiləşəndə sərhəd tanımıram. Aramızda nə qədər söz-söhbət olsa da, yay boyunca Elgizdən ötrü darıxmışdım. İddialarına gəldikdə isə ola bilər ki, əvvəl məni Elgiz tanımırdı, məndən öncə verilişlər aparsa da, çoxlarına məlumdur ki, Ulvira Qarayeva kimi, hansı telelayihələr adımla bağlı olub. ANS-də də ondan əvvəl jurnalist kimi çalışmışdım. Bir Elgiz məni tanımırdı. "Toy olsun"a başlayanda özünə "mən ulduzam" şüarını seçib efirə çıxırdı. Mən də deyirdim ki, yaxşı, sən ulduz ol, mən də ulduzun köməkçisi. Yavaş-yavaş bu iddialar yox olub getdi. Və təvazökarlıqdan uzaq səslənsə də, hamı gördü ki, Azərbaycan teleməkanında ikimiz də eyni səviyyəli ulduzlarıq.

- Yəni, Elgizlə aranda olan umu-küsü unudulub getdi?

- Əlbəttə, unudulub. Hələ o vaxtlar şirkətdən iki nəfər münasibətlərimizə aydınlıq gətirməkdən ötrü ağsaqqalıq etdi. Elə efirlərimiz olub ki, dekor arxasında dava etmişik, amma canlı yayıma çıxanda bir-birimizin əlindən tutmuşuq ki, tamaşaçılar küsülü olduğumuzu bilməsinlər. İmkan vermirdim ki, canlı yayımda aramızda soyuqluq olsun. Etiraf edim ki, bəzən atmacalarımdan da qalmırdım. Canlı yayım həyəcanı yaşadığı üçün Elgiz əvvəllər mənə cavab qaytara bilmirdi. Sonralar o da atmaca atıb, mənimlə zarafat etməyin öhdəsindən gəlirdi.

- Ulvira, "Toy olsun" kimin layihəsidir? Sənin, yoxsa, Elgizin? Bəlkə bu müəmmalı məsələyə birdəfəlik aydınlıq gətirəsən.

- Elgizin, layihənin ona məxsus olması ilə bağlı bəyanatına necə şərh verim? Bu məsələyə görə Elgiz ölsə, mənim əlimdə öləcək. Aramızda bunu aydınlaşdırsaq da, sonuncu dəfə oxucuları məlumatlandırıb deyirəm ki, "Toy olsun"u ANS-ə mən gətirmişəm. O vaxtlar Elgiz Türkiyədə istirahət edirdi. Və Bakıya qayıtdığında layihə artıq təsdiqlənmişdi. Söhbət ondan gedir ki, nə vaxtsa, ortada evlilik şousu ilə bağlı ideya olub. Nə vaxtsa, bu barədə danışılıb. Yaradıcı insanların beynində minlərlə layihə ola bilər. Amma "Toy olsun"u yazılı şəkildə mən hazırlayıb şirkətə təqdim etmişdim. Uğurlu olacağını əvvəlcədən bilirdim. Amma indi deyirəm ki, nə yaxşı Elgizlə "Toy olsun"da bir yerdəyik. Tamaşaçı sevgisini birlikdə qazanmışıq. İnşallah, televiziya mövsümü boyunca yenə də birinciliyimizi qoruyub-saxlayacağıq


Geri dön

..:LuNaTiK:..

  • 19 oktyabr 2011 10:41
  • Məqalə: 93
  • Şərh: 1733
  • Bal:
baxiram,pis verlis deyil

--------------------

mr_yek

  • 12 oktyabr 2011 14:58
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
iyrencin biridir ikside indide toy olsunu ne gune qoyublar yimek zad bisirirler adinida qoyublar toy olsun lap deyendedki GEYININ-KECININ GELIN ureyim bulanir biabirciliq verlis ans tv-de

bu ne verlisdi biabirciliq iksindende iyrenirem indide ne gune qoyublar verlisi yemk bisirirler adini da qoyublar toy olsun! lap deyendeki GEYININ-KECININ GELIN admin beyni qizir biabirciliq verlis ans tv-de!

-=ZED=-

  • 11 oktyabr 2011 18:43
  • Məqalə: 28
  • Şərh: 330
  • Bal:
{awards}
ikisinden de zehlem gedir =((( biabirchiliqdireeee tv deyil

--------------------
Onℒy ℊod can ℑυdℊℯ ℳℯ !!!

♥℘.s. I ℓ٥ﻻ ﻉ√٥υ♥

mehbube

  • 11 oktyabr 2011 17:43
  • Məqalə: 0
  • Şərh: 102
  • Bal:
{awards}
elgizden igrenirem basdan eyega yarasigdi : wink

castle_walls

  • 11 oktyabr 2011 16:11
  • Məqalə: 0
  • Şərh: 581
  • Bal:
{awards}
eh hec mene maragli deyil bu verlisler.bilmiller neynesinner.Bu verlisler basliyanda kucede adam olmur eee hami tokulur eve ki gorey noldu ne olmadi. wink

--------------------
Bu gunler bizim omrumuzden kecher
Menim son umidim achilan seher
Senin ellerin,menim elimden
Ayrilarag qovushar ebedi goylere..

_Burla_

  • 11 oktyabr 2011 15:18
  • Məqalə: 1
  • Şərh: 79
  • Bal:
{awards}
GEYININ-KECININ GELIN))))))))))))))))))

Sirli Melek

  • 11 oktyabr 2011 14:38
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
MARAQLI XƏBƏR İDİ

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

V_I_P

  • 11 oktyabr 2011 14:05
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
VALLAH BILMIREM KIMIN ELIDE OLECEG AMMA ONU DEYE BILEREM KI KIMSE OLDURECEK. TWK.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

MiLeyla

  • 11 oktyabr 2011 14:05
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
hec baxmiram,maraqlanmiramda

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 67

 

Top 10 Müəllif

Zehra_Aşiqi
Xəbərləri: 60
Cəmi: 203
 
Mrs. BLaCK BLO_oD
Xəbərləri: 53
Cəmi: 286
 
·٠• Sevgi Nağılı •٠·
Xəbərləri: 52
Cəmi: 234
 
ヅ Sweetka SaBoŞ ヅ
Xəbərləri: 50
Cəmi: 475
 
★Number One Röya★
Xəbərləri: 48
Cəmi: 689
 
♣LeGEnd of Kİng♣
Xəbərləri: 48
Cəmi: 161
 
☜❶☞Dreamer☜❶☞
Xəbərləri: 47
Cəmi: 160
 
azer_
Xəbərləri: 46
Cəmi: 461
 
PoZitiV Kaa=)
Xəbərləri: 40
Cəmi: 104
 
H.O.S.T AID.
Xəbərləri: 35
Cəmi: 259